Elektron hökumət

Açıq Hökumət Portalı

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi yaxın tarixlərdə Açıq Hökumət portalının açılışı münasibəti ilə tədbir keçirmişdi. Bu haqqda qısaca məlumat vermək istəyirəm.

Əvvəla qurumun rəsmi səhifəsində də verilən açıqlamaya baxsaq “Açıq Məlumat” – azad şəkildə heç bir məhdudiyyət qoyulmadan, istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır.İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan, istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər.

Belə bir yeniliyə kim əhsən deməz ki? Bu digər dövlətlərdə çoxdan istifadə olunan bir xidmət idi. Azərabaycanda da belə bir xidmətin istifadəyə verilməsi təbii ki, çox sevindiricidir. Xüsusilə də developerlar üçün. :)

 

aciq-hokumet-portali

Bunları başa düşdük bəs bu bizim nə işimizə yarayacaq deyirsiniz yəqin ki. Qısaca bu xidmət vasitəsi ilə hərkəs Açıq Hökumət portalında təqdim olunan servislər vasitəsilə şəxsi səhifələrimizdə, mobil tətbiqlərimizdə birçox xidmətdən faydalana bilərik.

Nümunə ilə açıqlayası olsaq, məsələn hal hazırda Açıq hökümət portalında Azərbaycan adlarının mənası, poçt indeksinə görə küçələrin vəya əksinə küçə adlarına görə poçt indekslərinin öyrənilməsi, Mobil cihazların IMEI kodunun yoxlanılması və başqa servisləri istifadə edərək internet səhifəmizdə kiçik proqramlaşdırmalar ilə istifadəçilərin rahat və tez məlumat əldə etmələrinə köməklik göstərə bilərik.

Əvvəllər səhifələrimizdə bu xidmətləri göstərən səhifələrə keçidlər verərək, istifadəçini başqa bir səhifəyə yönləndirib məlumatı başqa səhifələrdən əldə etməyini istəyirdiksə indi Açıq hökumət portalı vasitəsilə bu xidmətləri birbaşa öz səhifəmizdə göstərə bilərik.

Qısacası bu yenilik şəxsən mənim ürəyimcə oldu.

Ancaq onu da qeyd etməliyəm ki, hazırda portalda göstərilən servislərdə ciddi səhvlər var və bu haqqda idarəçilərə məlumat vermişəm. Ümid edirəm səhvlər tezliklə ortadan qaldırılar.

Servislərin siyahısına buradan baxa bilərsiniz.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz