Ümumi

Ailə tərkibi haqqında arayış – Forma N2

Daha əvvəl bəzi arayış formalarının əldə edilməsi haqqında yazı paylaşmışdım. Vətəndaşların işini asanlaşdırmaq, bilməyənlər üçün arayışların onlayn vəya dövlət qurumlarından asanlıqla necə əldə ediləcəyi barədə məlumat vermək məqsədi ilə növbəti arayış növünün alınması prosesindən danışmaq istəyirəm.

Yaşadığınız ünvanda kimlərin qeydiyyatda olduğunu öyrənmək üçün lazım olan Forma N2 adlandırılan (ailə tərkibi haqqında arayış vəya yaşayış yeri üzrə qeydiyyat haqqında arayış da deyilir) arayış birçox halda lazım olur.

Əslində bu arayışı JEK deyə adlandırdığımız mənzil istismar sahələri verir. Ancaq bir neçə dəfə müraciət etsəm də artıq onların vermədiyini, ASAN xidmət mərkəzlərindən əldə ediləcəyini qeyd edirdilər. Yaxın tarixlərə qədər ASAN xidmət mərkəzləri bu sənədi vermirdi (bir neçə dəfə onlara da müraciət etmişdim).

Hazırda bu sənədi ASAN xidmət mərkəzlərindən almaq mümkündür, mərkəzdən öyrəndiyim qədəri ilə mənzil istismar sahələrindən bu səlahiyyət də hələki alınmayıb. Yəni onlar da bu sənədi əslində verə bilirlər.

01.06.2016 tarixində 2 saylı ASAN xidmət mərkəzinə yaxınlaşaraq bu arayışı əldə edə bildim. ASAN xidmət mərkəzinin rəsmi internet səhifəsindən Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi səhifəsinə daxil olaraq bu barədə məlumat əldə edə bilərsiniz.

Arayışı əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsinə ehtiyac var. Onu da qeyd edim ki, xidmət ödənişsiz həyata keçirilir, yəni heçbir dövlət rüsumu nəzərdə tutulmayıb.

Xüsusi qeyd olaraq bildirilir ki, xidmət müvafiq “ASAN xidmət” mərkəzinin əhatə dairəsində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxslərə göstərilir.

Arayışın nümunəsi:

aile-terkibi-haqqinda-arayis

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

5 şərh

Şərh yaz