2016-06-29-pRCYZV-azerbaycan-banklari-paypal-a-raziliq-verdiler

Azərbaycan bankları PayPal-a razılıq veriblər.

Daha əvvəl Paypalın Azərbaycan hesabları üçün ödəmə qəbul etmədiyini qeyd etmişdim. Bugün xəbər saytlarından oxuduğum qədəri ilə Azərbaycan bankları Paypal əməliyyatlarına müsbət baxır və bu əməliyyatlara maraqlıdırlar.

Əlbəttə sevindirici haldır. Paypal ilə razılıq əldə olunarsa və paypal əməliyyatları Azərbaycan hesabları ilə problemsiz fəaliyyət göstərərsə internet alışverişləri üçün çox müsbət hal olacaq. Həm freelancerlar üçün yeni iş imkanları yaranar həm də sahibkarlar internet üzərindən ebay, aliexpress kimi nəhəng saytlarda satışlarını reallaşdıra bilərlər.

Hər bir halda internet üzərindən alışverişin yaygınlaşması üçün müsbət hal olacaq.

Ümid edək ki, bu xəbər tezliklə öz təsdiqini tapacaq və bizlər üçün şad xəbərin müjdəçisi olacaq. :)

Dərc edən

Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

43 thoughts on “Azərbaycan bankları PayPal-a razılıq veriblər.”

  1. Salam Anar bəy! Çin satici mənim pulumu geri qayttarmaq istəyir, amma Paypal Azərbaycana ödənişləri qəbul etmir. Zəhmət deyilsə deyin : bəs başqa nə cür qaytarmaq olar yəni başqa bir üsulu varmı ? Öncədən təşəkkürürmü bildirirəm .

  2. Salam.
    Mən Aliexpress dən mal almışam, mal saxta çıxıb tartışma açmışam. Ordan mənə mesaj gəlibki tartışmanı bağla hesabınızı pulu qaytaraq. Sonra məndən paypay hesab nömrəmi istədilər.
    Mən hesab nömrəmi necə verim?
    Paypal açmalıyam?
    Mən maaş kartıyla girmişəm.

  3. Salam bagislayin narahat edirem. Men freelancer olarag calismag isteirdim. Paypal hesabi ile qeydiyatdan kecdim ve turkiyeni qeyd eledim ve kartimi kredi karti kimi kartimin novu master card idi herseyi yerine yetirenen sora yazdiki heminbolkede ele kart movcud deil(

  4. salam anar sene bir sualim olacaq sen indi paypal istifade edilsenmi edilsense hansi olkenin paypali ile daxil olubsan?xarici bir saytda 400 dollara yaxin pulum var ve ancax paypalla odenis eliyirler men de o pulu negd pula cevirmek isteyirem ona gore senin komeyine ehtiyacim var bu problemi hell elemeye mene komek ede bilersen?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir