elektron-hokumet-portali-yenilendi

Elektron Hökumət Portalı – e-gov.az yeniləndi!

Maraqla izlədiyim və istifadə etdiyim Elektron Hökumət Portalı veb səhifəsi yenilənib. Daha müsair, sadə və istifadəsi rahat bir görünümə sahib olduğunu düşünürəm. Portaldan çox istifadə edən biri kimi açığı köhnə dizayna öyrəşmişdim ancaq yenisi daha səliqəliqəli və sadə olduğu üçün tez öyrəşəcəyəm yəqin ki.

Bilməyənlər üçün onu da qeyd edim ki, Elektron hökumət portalından qeydiyyatdan keçərək vəya elektron imza kartı vasitəsilə daxil olaraq birçox əməliyyatı yerinə yetirə bilərsiniz. Məsələn, sadəcə elektron ərizəni dolduraraq evinizə yeni telefon xətti çəkilişi üçün sifariş verə bilər, mövcüd telefon nömrənizi addan ada keçirə bilər, yaşayış yerindən arayış , iş yerinə dair arayış , rabitə xidmətlərinə görə borcun olub olmaması haqqında arayış, şəxsiyyət vəsiqəsinin məlumatları üzrə arayış, diplom haqqında elektron arayış çap edə bilərsiniz. Təbii ki, bu sadaladıqlarım mövcud elektron xidmətlərinin çox az hissəsidir. Bunlardan başqa birçox xidmətlərdən faydalana bilərsiniz.

Daha ətraflı e-gov.az saytına daxil olaraq öyrənə bilərsiniz.

Yeni dizayn aşağıdaki kimidir:

Elektron Hokumet Portali

Dərc edən

Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

9 thoughts on “Elektron Hökumət Portalı – e-gov.az yeniləndi!”

      1. Qardasim men bu temani elde eledim xais elesem sen bu seyfede bu temani nece bele gozel edibsen video cekib basa sala bilersen sen deyen yere baxdim hec ne basa dusmedim ( yeni alinmir ) xais elesem 1 video bu temaya hesr ede bilersen

    1. Lap yaxşı. Ancaq 15 yaşında olmağınız sizə haqq qazandırmır ki, kiminsə əmək verib satışa çıxardığı temanı pulsuz istifadə edəsiniz. İndidən vərdiş etsəniz ki, əməyə sayğı göstərmək lazımdır gələcəkdə sizin üçün daha yaxşı olar. Pulsuz temalardan istifadə edin vəya ən gözəli ehtiyac varsa özünüz tema düzəltməyi öyrənir. İnternettə kifayət qədər pulsuz təlimlər mövcuddur.

        1. Mənim temamla hazırda bu saytda istifadə olunan temanın nə əlaqəsi anlamadım?

          tema hazırlama mövzusunda türkçə blogumda dərslər hazırlayıram. Temalar hazırlamırdım sadəcə bir ədəd tema hazırlamışam satış üçün digər temalar sifariş edilən saytlara aid olub onlar satışda olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir