Könül deyir, yaşa hələ

Səfərdəyəm, səfərimi
Vurmamışam başa hələ.
Arzularım, əməllərim
Toxunmayıb daşa hələ.

Dolanıb kəndi şəhəri,
Dağlarda açdım səhəri
Fikrim gəzir üfüqləri
Dönüb qızıl quşa hələ.

İlləri yola salmışam,
Şeir yazıb, saz çalımşam
Ömür deyir: – Qocalmışam,
Könül deyir: – Yaşa hələ.

Hüseyn Arif
(Ayrı düşəli kitabından)