Texnologiya

FTP nədir? Sayt internetə necə ötürülür?

Əvvəla FTP nədir?, nə işə yarayır? bu sualları cavablandırıb sonra hazırladığınız veb səhifəni internetə necə ötürə biləcəyinizi, necə yayımlaya biləcəyinizi başa salmağa çalışacam. FTP (File Transfer Protocol) kəlimə anlamı olaraq faylların ötürülməsi protokoludur. FTP yardımı ilə şəbəkədəki iki kompyuter arasında fayllarəm mübadiləsini həyata keçirir. Teorik bilgi olaraq bu qədərini bilməyiniz kifayətdir :) Gerisini bilməsəniz də olar. Heç mən də bilmirəm gerisini :) Gerisini nə qədər əzbərləsəniz də tətbiq etmədikdən sonra heçbir işə yaramayacaq. Ən azından mənim fikrim belə olub həmişə.

FTP nə üçün istifadə olunur?

FTP vasitəsilə faylları başqa kompyuterlərə ötürmək üçün FTP proqramlarından istifadə olunur. Bunlara nümunə olaraq cuteFTP, FileZilla, Smart FTP və birçox fərqli proqram adlarını sadalamaq mümkündür. Ancaq bunlardan deyərdim ki, ən çox istifadə olunanı FileZilladır. Səbəbi də yəqin ki pulsuz olmasıdır :)

Ümumiyyətlə FTP-dən daha çox veb səhifələrinin hər hansı bir hostingə ötürülməsi, loru dildə desək veb səhifənin internetdə yayımlanması üçün istifadə olunur.

Sayt internetə necə ötürülür?

Şəxsi kompyuterinizdə hazırladığınız veb səhifələrini sadəcə siz görəbilər, istifadə edə bilərsiniz. Səhifənin bütün dünyada istifadə ediləbilməsi üçün veb səhifəyə aid hazırlanmış bütün faylları internet şəbəkəsinə ötürmək lazımdır. Bunun üçün əvvəlcə hər hansı bir şirkətdən veb səhifəniz üçün ad (domain) və yer (hosting) almalısınız.

(Onu da qeyd edim ki, bəzi pulsuz domain adları və hosting satan şirkətlər də mövcuddur. Bu domain adları adətən .tk ilə bitən vəya hansısa şirkətə məxsus domainin əvvəlinə vəya sonuna adlar əlavə etməklə reklam məqsədli verilir. Pulsuz verilən bu hosting şirkətlərində veb səhifənizi yerləşdirdikdə həmin şirkətə aid reklamlar səhifənizdə göstərilir.)

Domain və Hosting-in nə olduğunu qısaca açıqlamaq lazımdırsa, domain veb səhifənizin internet üzərindəki adıdır. Əslində veb səhifələri internet şəbəkəsində ip adreslərlə ayırd edilir. Ancaq hər veb səhifəsinin ip adresi yadda çətin qalacağı üçün domainlərdən istifadə edilir. Məsələn: www.google.az domaindir. Biz www.google.az yazdıqda əslində 216.58.209.31 ip adresinə daxil olmuş oluruq. İstəsəniz veb bələdçisində (web browser) adres çubuğuna 216.58.209.31 adresini daxil edib enter düyməsini sıxaraq www.google.az saytına daxil olduğunuzu müşahidə edə bilərsiniz.

Bəs hosting nədir? Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu kompyuterin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir (mənbə: domen.az). Yenə loru dildə açıqlama vermək lazımdırsa, necə ki, şəxsi kompyuterinizdə veb səhifəsini hazırlamaq üçün kompyuterin yaddaşında yer olmalıdır, eləcə də veb səhifənizi internetə yerləşdirmək (ötürmək) üçün, səhifəmizə aid faylları itnernet şəbəkəsinə yüksək sürətli çıxışı olan bir kompyuterə yükləməliyik. Bunun üçün də xüsusi şirkətlər sırf bu iş üçün ayrılmış serverlərə sahib olaraq, həmin serverlər üzərində müəyyən həcmlərdə yerlər satırlar. İstifadəçilər də həmin yerləri alaraq (əslində kirayə olaraq alınır, aylıq vəya illik ödəniş edilir) veb səhifələrinin internetə çıxışını təmin etmiş olurlar.

FileZilla proqramından necə istifadə edilir?

Bütün bu məlumatlardan sonra nümunə olaraq əlimdəki boşda olan bir domain və hostingi istifadə edərək FileZilla proqramı vasitəsi ilə faylları hostingə necə atacağınızı göstərəcəm. Videodan əvvəl FileZillanı buradan endirə bilərsiniz.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz