Google Texnologiya

“Google Adsense” nədir?

Google adsense nədir, necə istifadə edilə bilər, bir istifadəçi kimi nələrə diqqət etməli olduğunuzu bir neçə blog post olmaqla paylaşmağa çalışacam. Əvvəlcədən qeyd edim ki, sadəcə öz təcrübəmdən, istifadə edərkən öyrənidklərimi paylaşacam ona görə də sadəcə mənim paylaşımlarımla yetinməyib digər qaynaqlardan da məlumat toplamağınız yaxşı olar. Əlavələriniz olarsa şərh bölməsində qeyd etməyi unutmayın. Öyrədərkən öyrənmək pis olmaz :)

Fikrimdə cəmləşdirdiyim mövzulara gəldikdə isə google adsense-in nə olduğunu, necə qeydiyyatdan keçiləcəyini, nələrə diqqət ediləcəyini, pulu necə nəğdləşdirəcəyinizi real nümunələrlə göstərməyə çalışacam.

Adsense Google şirkətinə məxsus reklam xidmətidir. Ancaq Adwords ilə qarışdırmamaq lazımdır. Belə ki, adwords reklam vermək üçün istifadə olunur. Yəni bir sahibkar kimi şirkətinizin, hansısa bir xidmətinizin reklamını adwords ilə insanlara çatdıra bilərsiniz. Adwords ilə reklam yayımlamaq üçün əlbəttə müəyyən ödənişlər etməlisiniz.

Adsense isə sahibkarların reklamlarını internet səhifənizdə yayımlamaq üçün istifadə olunur. Daha açıq olması üçün ən sadə dillə izah etməyə çalışacam.

İnternet səhifənizin (Youtube kanalı da ola bilər) olduğunu düşünürəm. Səhifənizdə reklam üçün yer ayırmısınız və pul qazanmaq istəyirsiniz. Adsense hesabı açaraq (hesab pulsuz açılır) həmin hesabda reklam bölmələri yaradırsınız və həmin bölmələrin kodlarını internet səhifənizə yerləşdirirsiniz. Nəticədə həmin bölmədə istifadəçilərə reklamlar göstərilir. İstifadəçilər göstərilən reklamlara tıklayaraq reklam səhifəsinə keçid etdikdə sizin Adsense hesabınıza müəyyən məbləğdə pul otuzdurulur. Hesabdakı məbləği nəğdləşdirmək üçün nəğdləşdirmə limiti qədər hesabınızda pul olmalıdır. Bu limit hesabınzdaki vlayutaya görə dəyişir. Məsələn hesabınız dollar hesabıdırsa (Azərbaycan üçün dollar hesabı verilir) 100$ limitinə çatdıqda nəğdləşdirmə mümkün olur. Türkiyə lirəsi hesabları üçün bu məbləğ 200TL`dir. Digər valyutalar üçün buraya nəzər sala bilərsiniz.

Onu da qeyd edim ki, adsense hansısa digər pul qazandıran xidmətlər qədər səviyyəsiz bir xidmət deyil. Professional şəkildə qanuni yolla pul qazanma yöntəmidir və xaricdə, hətta çox uzağa getməyək Türkiyədə yüzlərlə insan adsense vasitəsi ilə ayda minlərlə pul qazanırlar. Əlbəttə adsense ilə pul qazanmaq asan iş deyil ancaq mümkünsüz də deyil.

Adsense ilə pul qazanmaq üçün aşağıdakılar önəmlidir:

  • Səhifənizin gündəlik girişi yüksək olmalıdır. yəni hərgün səhifənizə minlərlə insan girməlidir.
  • Sadəcə giriş önəmli deyil. Səhifənizə daxil olan istifadəçilər reklamlara tıklamalıdır ki, siz pul qazana biləsiniz. Bunun üçün də səhifəniz insanların maraqlarına görə hazırlanmalı, maraqlı, dolğun məlumatlar daxil edilməlidir. Dolğun məlumat olduqda istifadəçiyə həmin səhifədəki məlumatlara uyğun reklamlar göstərilir və istifadəçinin həmin reklama daxil olması ehtimalı yüksəlir.
  • Adsense tərəfindən müəyyən edilmiş qaydalar mütləq ciddi şəkildə oxunmalı və həmin qaydalara ciddi riayət edilməlidir. Əks halda hesabınızda qazanılmış məbləğ olsa belə hesabınızı bloklaya bilərlər. Hətta xəbərdarlıq etmədən belə bloklama haqqları var.
  • İnternet səhifəniz adsense tərəfindən dəstəklənən dillərdə olmalıdır. Məsələn: İngilis, Rus, Türk dillərində. Azərbaycan dili hal-hazırda dəstəklənmir.

Bu maddələr istənilən qədər çoxaltmaq olar. Növbəti blog postumda adsense üçün necə qeydiyyatdan keçməliyik, qeydiyyatdan keçmək üçün nə lazımdır hamısını paylaşmağa çalışacam.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

1 şərh

Şərh yaz