Ümumi

Green card üçün yeni qaydalar təklif edilib.

Bildiyiniz kimi Amerikanın Yaşıl kart (Green card) adlı programı hər il keçirilir və ildə 55 min nəfər Amerikada yaşamaq və işləmək hüququ qazanır.

Amerikanın yeni prezidenti Donald Trumpın göstərişi ilə Green Card sənəd qəbulu qaydalarında dəyişikliklər təklif edilib. Ancaq bu təklif hələ rəsmiləşməyib. Əgər konqres bu təklifi qəbul edərsə bundan sonra sənəd qəbulu bal sistemi ile aparılacaq. Yəni şansdan yox müəyyən kriteriyalarda asılı olaraq Green Card qazanma şansınız olacaq.

Təklif aşağıdaki kimidir:
Siz sənəd göndərərkən bir neçə kategoriya üzrə bal toplamalısınız və cəmi 30 bal olmalıdır ki, siz qalib gələsiniz.

1. YAŞ
  • 18-21 yaş aralığındasınızsa 6 bal,
  • 22-25 yaş aralığındasınızsa 8 bal,
  • 26-30 yaş aralığındasınızsa 10 bal,
  • 31-35 yaş aralığındasınızsa 8 bal,
  • 36-40 yaş aralığındasınızsa 6 bal,
  • 41-45 yaş aralığındasınızsa 4 bal,
  • 45-50 yaş aralığındasınızsa 2 bal,
  • 18 dən kiçik vəya 50 dən böyüksünüzsə 0 bal :)
2. TƏHSİL
  • US orta təhsil vəya öz ölkənizdə orta təhsil diplomu 1 bal,
  • Bakalavr diplomunuz varsa 5 bal,
  • Bakalavr diplomu US`ə aiddirsə 6 bal,
  • Magistr diplomunuz varsa 7 bal,
  • Magistr diplomu US`ə aiddirsə 8 bal,
  • Prof vəya doktorantura diplomu varsa 10 bal, US`ə aiddirsə 13 bal.
3. DİL (TOEFL vəya İELTS)
  • nəticə 60 % dən azdırsa 0 bal,
  • nəticə 60% – 80% arasındadırsa 6 bal,
  • 80%-90% arasındadırsa 10 bal,
  • 90% və daha çox 11 bal.
4. İŞ TƏKLİFİ
  • Əgər aldığınız iş təklifinin gəliri, gedəcəyiniz ştatın orta həcmli gəlirinin 150%-ni təşkil edirsə 5 bal,
  • Əgər aldığınız iş təklifinin gəliri, gedəcəyiniz ştatın orta həcmli gəlirinin 200%-ni təşkil edirsə 8 bal,
  • Əgər aldığınız iş təklifinin gəliri, gedəcəyiniz ştatın orta həcmli gəlirinin 300%-ni təşkil edirsə 13 bal,
5. Əlavə olaraq əgər Nobel mükafatçısısınızsa avtomatik 25 balınız var :)
6. Fərdi Olimpiya medalı sahibinə və ya nisbətən rəqabətli beynəlxalq idman fəaliyyətini qazanmış birinə 15 bal veriləcəkdir.
Təkrar qeyd edirəm ki, bu təklif hələ qəbul edilməyib.
 
 

Müəllif haqqında

Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz