people-crowd-child-kid

Haqqımda

Blogun ən çətin səhifəsi haqqımda səhifəsidir yəqin ki. :) 1988-ci ildə Surqut şəhərində anadan olmuşam. Mingəçevir şəhəri 7 saylı orta məktəbdə, daha sonra Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində oxumuşam. İxtisasca İnformatika müəllimi olsam da müəllim olacaq qədər səbirli biri deyiləm :).

HTML, CSS, jQuery, PHP, Android ilə maraqlanıram. Veb proqramlaşdırma ilə məşğulam. Vaxtım olduqca bu və digər mövzularda blog yazıları yazmağa çalışıram. Əslində özüm üçün qeydlər aparıram sadəcə bu qeydləri istifadəçilərlə də bölüşmüş oluram.

Paylaşdığım mövzuları sosyal şəbəkələrdə paylaşaraq blog səhifəmdəki paylaşımları artırmaqda məni həvəsləndirə bilərsiniz ;)

Türkçə blog səhifəmi də ziyarət edə bilərsiniz.

İstifadə edilən şəklin linki: https://static.pexels.com/photos/7077/man-people-office-writing.jpg