Ümumi

İctimai nəqliyyatda müşahidələrim :)

Son günlərdə şahidi olduğum iki hadisəni paylaşmaq istəyirəm. Biri yaxşıdır biri pis! Biri IT sahəsində yaşlıların aktiv rol almağına olan ümidimi işıqlandırır, biri bakıda insanların daha anlayışlı, daha mədəniyyətli davranış sərgiləyəcəyi barədə ümidimi zədələyir.

Əvvəl pisdən başlayaq ki, sonu yaxşı bitirək :) Deməli bir neçə gün əvvəl (onu da qeyd edim ki, paylaşacağım hər iki hadisə eyni gündə yaşanıb) Əhmədli metrosunda qatardan enərkən 40-45 yaşlarında bir kişiyə gözüm sataşdı. O yaşlarda birinin nümunə olmağı lazım ikən metro stansiyasının ortasında sanki belə də olmalıymış kimi burnunda qazıntı işləri aparıb (üzr istəyirəm :) bura qədər hardasa başa düşə bilərdim.) sonra çıxartıdığı nadir tapıntını metronun sütununa sürtdü. Özündən razı şəkildə qatara minib çıxıb getdi. Bundan sonra metro sütunlarına da söykənə bilməyəcəm onu da aldı dayday əlimizdən. Düzdür o qədər dərd var bu onun yanında bəlkə də heçnədir ama xoş deyil.

İkinci hadisə isə belədir. Deməli ümumiyyətlə 40+ yaşlarında insanların (Azərabycanda) işləri kompyuterlə görməsi, elekron hesabatlar ilə işləməsi alqışlanası haldır. Çünki bir neçə dəfə bu yaş qrupundaki insanların kompyuter bacarıqlarının zəif olduğunu müşahidə etmişəm yəqin bu heçkəsə yad bir hal deyil. Ona görə də düşünürdüm ki, bu yaş qrupundaki insanlar elə belə də gedəcək öyrənmək istəməyəcəklər. Ancaq son vaxtlarda bu düşüncəmdə yanıldığımı hiss edirəm. Bir neçə 50+ yaşlarındaki proqramçılarla, sistem administratorları ilə rastlaşdıqdan sonra anladım əmin oldum ki, hərşey həqiqətən də həvəsdən və özünü inkişaf etdirməkdən, təmbəllik etməməkdən asılıdır.

Deməli avtobusda 40 yaşlarında bir xanımın telefonla məşğul olduğunu gördüm. Artıq öyrəşmişik bütün yaş qruplarındaki insanların avtobusda, metroda telefonda oyun oynamaqlarına. Ancaq telefon böyük olduğundan və ayaq üstə durduğumuzdan məcburən görürük telefonun ekranını. 40 yaşlarındaki xanım Teamviewer proqramı ilə avtobusda ikən kompyuterə daxil olub hansısa hesabatda düzəlişlər etdi. Sonra onu e-poçt ünvanına göndərdi ardından da telefonda excel faylında dəyişikliklər edib onu da e-poçt ilə göndərib işini bitirdi. Açığı çox təəccübləndim nə yalan deyim. :) Ancaq Əhsən!

Belə, bunu da yazdım ki, bir neçə il sonra bu postu görüb qarşılaşdırma edə bilim vəziyyəti.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz