Kateqoriya - Məhəmmədhüseyn Şəhriyar

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən bir ziyalı idi. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı. Şəhriyar Təbrizdə orta təhsil alıb, Tehran Universitetinin tibb fakültəsini bitirsə də 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlamışdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünyanın, həyatın mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələr, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. 1988-ci ildə vəfat etmişdir. (82 yaşında)
Mənbə : Wikipedia