Günlük Xəbərlər mobil tətbiqi istifadəyə verildi

Daha əvvəl Azerbaijan News adlı xəbər tətbiqini blogda tanıtmışdım. Əslində özüm üçün xəbərləri təqib etmək məqsədilə hazırladığım mobil tətbiq idi daha sonra bir balaca təkmilləşdirib ümumi istifadəyə açmışdım. Buradan ətraflı oxuya bilərsiniz.(artıq 5000+ istifadəçi tərəfindən endirilib)

Bu səfər isə Günlük Xəbərlər adlı yeni bir android mobil tətbiqini Google Play Marketə yerləşdirdim. Əvvəlki xəbər proqramından fərqi isə daha sadə, daha kiçik həcmli, daha surətli və sadəcə günün xəbərlərini təqib edə biləcəyiniz mobil proqram olmasıdır. Yenə 4 dildə (Türk, Rus, İngilis, Azərbaycan)  xəbərlər göstərilir. Əvvəlki proqramdan daha asan şəkildə dillər arası keçid imkanı yaradılıb.

Proqramdan xəbərlərdən əlavə günlük valyuta məzənnələrini (USD, EURO, TL, RUBL) və Azərbaycanın bütün rayonları üzrə 10 günlük hava haqqında məlumatı əldə etmək də mümkündür.

Tətbiqi android cihazınızda Google Play Marketdə “Günlük Xəbərlər”, “Gunluk Xeberler” və Anar Samadov açar sözlərini axtarmaqla tapıb yüklıəyə bilərsiniz.

Tətbiqin linki: https://play.google.com/store/apps/details?id=com.xebersaati.gunlukxeberler

Tətbiqdən bəzi görüntülər:

gunluk-xeberler1

gunlukxeberler2

screenshot_2016-11-17-10-24-43

screenshot_2016-11-17-10-24-50

PHP və JSON ilə dərman vasitələri haqqında məlumatın əldə edilməsi.

Tələbə vaxtından bu yana türkcə video dərsliklər hazırlayıram. (Türkiyədə təhsil aldığım üçün) Ancaq bir il əvvəl qərar verdim ki yavaş yavaş da olsa azərbaycanca dərsliklər də hazırlayım.

Məqsədim professional dərsliklər hazırlamaq deyil əlbəttə sadəcə vaxtım olduqca maraqlı olduğunu düşündüyüm mövzularda kiçik video dərsliklər paylaşmağa çalışacam.

İlk dərslik bu videodadır. PHPJSON istifadə edərək data.gov.az servislərindən “Dərman vasitələri haqqında məlumatın əldə edilməsi” servisini istifadə edərək dərmanlar haqqında məlumatın necə çəkildiyini göstərməyə çalışdım.

Burada məqsəd servisdən məlumatın çəkildiyini göstərməkdir.Eyni kodlarla xırda dəyişikliklər etməklə servislərdən məlumatları çəkə bilərsiniz.

Dərsliyi bəyənsəniz kanala abunə olmağı və bəyən düyməsinə klikləməyi unutmayın ;)

Videoda yazdığım kodlar:

 

Php ilə Azərbaycan adları barədə məlumatın əldə edilməsi

Daha əvvəl Açık Hökumət Portalı haqqında yazmışdım. Bu yazımda həmin portal yardımı ilə php proqramlaşdırma dilindən istifadə edərək Ədliyyə nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan adları barədə məlumatın verilməsi” servisindən hər hansı bir adın mənasını əldə etməyə çalışacam.

İstifadə edəcəyimiz servis haqqında təlimatı buradan oxuya bilərsiniz:

Açıqlamadan da göründüyü kimi GetMeaningOfName metodundan istifadə edərək name dəyişənini göndərməklə adın mənasını əldə edə bilərik. Nümunə olaraq Koroğlu adı istifadə olunub. Baxaq görək Koroğlu adı ilə metoda müraciət etdikdə cavab olaraq hansı məlumatlar geri qaytarılır?

Gördünüyünüz kimi sorğu nəticəsində bizə əsas 2 məlumat qaytarılır. Birincisi fault (səhv) ikincisi isə response (cavab). və təbii ki, onlara aid digər alt məlumatlar. Biz burada fault bölməsində faultCode istifadə edərək göndərdiyimiz sorğunun nəticəsinin olub olmadığını təyin edə bilərik. Belə ki, əgər faultCode bizə 0 (sıfır) dəyərini geri qaytarırsa deməli səhv yoxdur və sorğumuzun  nəticəsi var. Yox əgər 1 dəyərini qaytarırsa deməli səhv var, göndərdiyimiz sorğunun nəticəsi yoxdur. Yəni mənasını axtardığımız ad ilə əlaqəli heçbir məlumat tapılmayıb.

Digər istifadə edəcəyimiz məlumat isə response bölməsindədir. Burada bizə lazım olan nameField (sorğu üçün göndərilən ad) və name_meaningField (adın mənası) bölmələdiri. İstəsəniz sexField bölməsini də istifadə edə bilərsiniz ancaq adın mənası bölməsində cinsiyyət bildirildiyi üçün əlavə olaraq bu bölmədən istifadə etməyi ehtiyac görmürəm.

İndi gələk php ilə bu məlumatı necə əldə edəcəyimizə. Kodları paylaşmadan qeyd edim ki, məlumatı qarşı tərəfdən səhifəni yeniləmədən əldə etmək üçün ajax`dan istifadə edəcəm.

 

index.php faylı

 

ajax.php faylı

ajax.php faylında file_get_contents funksiyası ilə servisdəki json formatındakı məlumatları əldə etdik. Sorğu üçün göndərəcəyimiz adda Azərbaycan şriftlərindən istifadə ediləcəyi üçün burada urlencode funksiyasından istifadə etdik.  Yəni hərflər avtomatik olaraq lazımi simvollarla dəyişdirilir ki, şrift problemi yaşanmasın. Daha sonra json_decode funskiyası ilə json formatındakı məlumatları oxuduq. Növbəti addımlarda $json dəyişəninə mənimsətdiyimiz məlumatları oxuduq.

main.js faylı

Bu qədər. Kodları istifadə edərək online rejimdə Azərbaycan adlarınən mənalarını əldə edə bilərsiniz.

Scriptin tam kodu üçün github hesabıma baxa bilərsiniz.

Scripti test etmək üçün buraya klikləyin.

Opera ilə pulsuz VPN

Əvvələ VPN nədir sualına cavab tapaq. VPN (Virtual private Network) — iki kompüter arasında məlumatları virtual tunnel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycanca Virtual özəl şəbəkələr deməktir.

VPN bağlantısı üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir.

Opera yeni versiyasında (hansı ki hazırda BETA versiyadadır) daxili pulsuz VPN təqdim edib. Yəni əlavə heçbir program yükləmədən və əlavə ödəniş etmədən sadəcə Opera browser yükləyərək VPN dən istifadə edə bilərsiniz.

Əvvəla buradan Opera Beta versiyanı yükləməlisiniz.

Brauzeri yüklədikdən sonra Menu > Settings bölməsinə daxil olaraq VPN servisini aktivləşdirməlisiniz.

opera-vpn

Daha sonra brauzerde adres çubuğunun sol tərəfində mavi rəngə VPN yazısını görəcəksiniz. Bu bölmədə Virtual Location hissəsində bir neçə ölkə qeyd edilib. Həmin ölkələrdən birini seçərək VPN xidmətindən asanlıqla istifadə edə bilərsiniz. Hər hansı ölkə seçməsəniz avtomatik olarak adətən Hollandiya üzərindən VPN servis aktiv olur.

opera-vpn-2

CSS3 ilə arxa plan rənginin hərəkətli keçidi

Bu yazımda müasir veb səhifələrdə gördüyünüz menyuların üzərinə gəldikdə arxa fonunun sağdan sola, soldan sağa, aşağıdan yuxarı vəya tərsinə hərəkətli keçidini necə edə biləcəyinizi göstərmək istəyirəm:

Əvvəla səhifəmizə bir düymə əlavə edək:

İndi isə əlavə etdiyimiz düyməni css ilə rəngləndirək və əsas kodlarımızı yazaq:

Kodları açıqlayaq. Deməli əvvəla .duyme sinifini yaratdıq və düyməyə kənarlıq verdik. Arxa fonunu (background:none;) rəngsiz, mövqeyini nisbi (position:relative;) seçdik. Çünki bir sonrakı addımda mövqeyi mütləq edəcəyik və bunun üçün də əvvəlki mövqe nisbi olmalıdır. Transition: color 0.25s ease; kodları isə düymənin üzərinə gəldikdə yazı rənginin keçidli şəkildə dəyişməsi üçündür.

Sonrakı addımda .duyme::after kodları ilə arxa fonumuzu yaratdıq. Burada önəmli olan position:absolute; dəyərinin verilməsi, daha sonra genişliyin sıfır dəyərində saxlanılmasıdır. Hərəkətin keçidli şəkildə olması üçün isə yenə də transition:width 0.25s ease; kodlarından istifadə etdik. Diqqət etsəniz görərsiniz ki yuxarıda transition kodunda color`dan istifadə etmişdik çünki dəyişəcək dəyər rəng idi. İndi isə transition kodunda width istifadə etdik çünki genişliyimiz sıfırdan 100 faize doğru dəyişəcək və nəticədə hərəkətli keçid alınacaq.

Hərəkətli keçidin alınması üçün son addım ise .duyme:hover::after kodunuz yazmaqdır. Bu kodun mənası belədir ki, .duyme sinifinin üzərinə gəldikdə .duyme::after sinifində aşağıdaki (width:100%) dəyişiklikləri et.

Ümid edirəm başa sala bildim. :)

Əlavə olaraq qeyd edim ki, kodlarda .duyme::after bölməsində left:0; yerinə right:0; istifadə etsək arxa fon rəngi soldan sağa yox, sağdan sola dəyişəcəkdir.

Buyurun bu da nəticə.

“Google Adsense” nədir?

Google adsense nədir, necə istifadə edilə bilər, bir istifadəçi kimi nələrə diqqət etməli olduğunuzu bir neçə blog post olmaqla paylaşmağa çalışacam. Əvvəlcədən qeyd edim ki, sadəcə öz təcrübəmdən, istifadə edərkən öyrənidklərimi paylaşacam ona görə də sadəcə mənim paylaşımlarımla yetinməyib digər qaynaqlardan da məlumat toplamağınız yaxşı olar. Əlavələriniz olarsa şərh bölməsində qeyd etməyi unutmayın. Öyrədərkən öyrənmək pis olmaz :)

Fikrimdə cəmləşdirdiyim mövzulara gəldikdə isə google adsense-in nə olduğunu, necə qeydiyyatdan keçiləcəyini, nələrə diqqət ediləcəyini, pulu necə nəğdləşdirəcəyinizi real nümunələrlə göstərməyə çalışacam.

Adsense Google şirkətinə məxsus reklam xidmətidir. Ancaq Adwords ilə qarışdırmamaq lazımdır. Belə ki, adwords reklam vermək üçün istifadə olunur. Yəni bir sahibkar kimi şirkətinizin, hansısa bir xidmətinizin reklamını adwords ilə insanlara çatdıra bilərsiniz. Adwords ilə reklam yayımlamaq üçün əlbəttə müəyyən ödənişlər etməlisiniz.

Adsense isə sahibkarların reklamlarını internet səhifənizdə yayımlamaq üçün istifadə olunur. Daha açıq olması üçün ən sadə dillə izah etməyə çalışacam.

İnternet səhifənizin (Youtube kanalı da ola bilər) olduğunu düşünürəm. Səhifənizdə reklam üçün yer ayırmısınız və pul qazanmaq istəyirsiniz. Adsense hesabı açaraq (hesab pulsuz açılır) həmin hesabda reklam bölmələri yaradırsınız və həmin bölmələrin kodlarını internet səhifənizə yerləşdirirsiniz. Nəticədə həmin bölmədə istifadəçilərə reklamlar göstərilir. İstifadəçilər göstərilən reklamlara tıklayaraq reklam səhifəsinə keçid etdikdə sizin Adsense hesabınıza müəyyən məbləğdə pul otuzdurulur. Hesabdakı məbləği nəğdləşdirmək üçün nəğdləşdirmə limiti qədər hesabınızda pul olmalıdır. Bu limit hesabınzdaki vlayutaya görə dəyişir. Məsələn hesabınız dollar hesabıdırsa (Azərbaycan üçün dollar hesabı verilir) 100$ limitinə çatdıqda nəğdləşdirmə mümkün olur. Türkiyə lirəsi hesabları üçün bu məbləğ 200TL`dir. Digər valyutalar üçün buraya nəzər sala bilərsiniz.

Onu da qeyd edim ki, adsense hansısa digər pul qazandıran xidmətlər qədər səviyyəsiz bir xidmət deyil. Professional şəkildə qanuni yolla pul qazanma yöntəmidir və xaricdə, hətta çox uzağa getməyək Türkiyədə yüzlərlə insan adsense vasitəsi ilə ayda minlərlə pul qazanırlar. Əlbəttə adsense ilə pul qazanmaq asan iş deyil ancaq mümkünsüz də deyil.

Adsense ilə pul qazanmaq üçün aşağıdakılar önəmlidir:

  • Səhifənizin gündəlik girişi yüksək olmalıdır. yəni hərgün səhifənizə minlərlə insan girməlidir.
  • Sadəcə giriş önəmli deyil. Səhifənizə daxil olan istifadəçilər reklamlara tıklamalıdır ki, siz pul qazana biləsiniz. Bunun üçün də səhifəniz insanların maraqlarına görə hazırlanmalı, maraqlı, dolğun məlumatlar daxil edilməlidir. Dolğun məlumat olduqda istifadəçiyə həmin səhifədəki məlumatlara uyğun reklamlar göstərilir və istifadəçinin həmin reklama daxil olması ehtimalı yüksəlir.
  • Adsense tərəfindən müəyyən edilmiş qaydalar mütləq ciddi şəkildə oxunmalı və həmin qaydalara ciddi riayət edilməlidir. Əks halda hesabınızda qazanılmış məbləğ olsa belə hesabınızı bloklaya bilərlər. Hətta xəbərdarlıq etmədən belə bloklama haqqları var.
  • İnternet səhifəniz adsense tərəfindən dəstəklənən dillərdə olmalıdır. Məsələn: İngilis, Rus, Türk dillərində. Azərbaycan dili hal-hazırda dəstəklənmir.

Bu maddələr istənilən qədər çoxaltmaq olar. Növbəti blog postumda adsense üçün necə qeydiyyatdan keçməliyik, qeydiyyatdan keçmək üçün nə lazımdır hamısını paylaşmağa çalışacam.

Sürətləndirilmiş mobil səhifələr

Sirr deyil ki, google uzun müddətdir mobil səhifələr ilə əlaqəli yeniliklər edir. Əsasən də 21 aprel tarixində mobil səhifələrin artıq axtarışlarda önəm kəsb etdiyi, mobil versiyaya malik səhifələrin axtarışlarda daha ön planda çıxacağı haqqında açıqlaması ilə açıq aydın bildirdi ki, səhifələrin mobil versiyaları dəyər qazanır.

Bunun əsas səbəblərindən biri mobil axtarışlarda artışın olmasıdır. Digər səbəblərdən biri də bütün dünyada mobil cihazların istifadəsinin artmasıdır. Təbii ki, google bunu gözardı etməyəcəkdi.

SEO (Search Engine optimization) üçün çox önəmli olan mobil versiya təcrübəsi, süni zəka alqoritmi RankBrain ilə daha da əhəmiyyət qazanacaq kimi görünür.

Google`ın inkişaf etdirməkdə olduğu Sürətləndirilmiş Mobil Səhifələr (Accelerated Mobile Pages – AMP) layihəsi istifadəçilərə daha sürətli mobil səhifə təcrübəsini təmin edir. Artıq böyük xəbər saytları bu təcrübədən  faydalanırlar.

Məsələn, theguardian.com saytı hazırda sürətləndirilmiş mobil səhifələrdən istifadə edir.

Misal üçün: http://www.theguardian.com/gmg/2015/jul/23/responsibility/amp

Səhifənin əsas keçidi isə belədir: http://www.theguardian.com/gmg/2015/jul/23/responsibility

Yuxarıdaki səhifəni ziyarət edərək çox sadə və sürətli olduğunu müşahidə edə bilərsiniz.

Nümunə kimi elə bu səhifənini AMP versiyasına baxa bilərsiniz. Bunun üçün səhifənin linkinin sonuna /amp əlavə edib vəya buraya klikləyərək fərqi təcrübə edə bilərsiniz.

WordPress istifadə edən xəbər saytları üçün bu layihədən istifadə etmək heç də çətin deyil. WordPress ilə hazırlanmış veb saytınıza AMP qoşmasını quraşdırıb aktivləşdirdikdə linklərinin sonuna /amp yazmaqla bu layihədən istifadə edərək mobil istifadəçilərinizə daha sürətli səhifələr təqdim etmiş olarsınız. Onu da qeyd edim ki, bu qoşma ilə hələlik sadəcə yazı səhifələrini (post) sürətləndirə bilirsiniz.

Qaynaq: https://www.ampproject.org/

Azərbaycan Xəbərləri android tətbiqi

Mobil proqramlama ilə maraqlanarkən hazırladığım bir tətbiqdən bəhsetmək istəyirəm. Tətbiq Azərbaycandakı xəbər saytlarını bir pəncərədə istifadəçilərə təqdim edir. Belə ki, proqramı mobil cihazınıza yükləməklə proqramdaki xəbər saytlarını seçəbilər və həmin saytlardaki xəbərləri izləyə bilərsiniz.

Azərbaycan xəbərləri proqrama əlavə edilən saytlar mobil versiyası mövcud olan xəbər saytlarıdır. Əlavə etmədiyim mobil versiyaya malik xəbər saytları təklif edilərsə əlavə etmək istəyərəm. Oxşar tətbiqlərin olduğunu bilirəm. Onu da qeyd edim ki, bu tətbiq hər hansı bir iddia ilə hazırlanmayıb. Sadəcə tətbiqin sadə olması, bildiriş sisteminin olması istifadəçilərə baş verən hadisələrdən daha tez xəbərdar olabiləcəyini düşünürəm.

Mobil proqramlama öyrənərkən hazırladığım diğər tətbiqləri zamanla səhifədə paylaşacağam. Bundan əvvəl Dövlət Qulluğuna Hazırlıq ilə bağlı bir tətbiq paylaşmışdım.

Fikirləriniz, təklifləriniz mənim üçün maraqlıdır. Şərh bölməsindən istifadə edərək düşüncələrinizi paylaşa bilərsiniz.

Android tətbiqi endirin: Azərbayxan Xəbərləri

azərbaycan xəbərləri azərbaycan xəbərləri

azərbaycan xəbərləri

azərbaycan xəbərləri

Youtube kanalları nə qədər qazandırır?

Əslində bu yazımda youtube kanalı ilə pul qazanmaq haqqında yazmaq istəyirdim. Ancaq düşündüm hələki bu haqda yazmayım. Bəlkə bir neçə müddət sonra yazaram. Sadəcə bəzən mənə də maraqlı olan hansı youtube kanalı nə qədər qazanır sualını cavablandırmaq üçün socialblade haqqında yazacam qısaca.

Socialblade.com əslində youtube partnyorluq xidmətidir. Ancaq daha çox youtube kanallarının statistikasını yayınlaması ilə məşhurdur. Socialblade məşhur kanalların abunə sayını, video sayını, videoların izlənmə sayını və bunara bağlı olaraq da təxmini günlük, aylıq və illik gəlirini hesablayır.

Youtubeda ən populyar kanalların, bəzi ölkələrə görə ən populyar kanalların siyahısını da səhifədən əldə edə bilərsiniz. Əslində sadəcə youtube kanalları deyil, instagram və twitch istifadəçiləri üçün də bəzi statistikalar əldə etmək mümkündür.

Saytın dili ingilis dilindədir. İstifadəsi əslində çox sadədir. Saytın sağ üst hissəsindəki axtarış bölməsinə youtube kanalınızın id`sini yazmağınız kifayət edir.

Məsələn: izlədiyim bir kanalın linkini verim.  https://www.youtube.com/channel/UCBJycsmduvYEL83R_U4JriQ  qalın hərflərlə işarələdiyim bölmə youtube kanalının id`sidir. Yəni həmin bölməni kopyalayaraq socialblade səhifəsində axtarış etsəniz, kanalın statistkasına baxa bilərsiniz.

Onu da qeyd edim ki, bəzi kanalları axtardığınızda qarşınıza nəticə çıxmaya bilər. Həmin kanallar axtarışınız zamanı yaddaşa alınıb izlənilir və bir müddət sonra həmin kanalın statistikasını da əldə etmək mümkün olur.

Yuxarıda qeyd etdiyim kanal mobil cihazların incələnməsi, qarşılaşdırılması, yeni cihazların təqdim edilməsi ilə əlaqəlidir. Nümunə olaraq həmin kanalın statistikalarını paylaşıram.

socialblade-youtube-channel-statistics

 

Buraya klikləyərək həmin səhifəni socialblade saytında görüntüləyə bilərsiniz.

Beləcə istədiyiniz kanalın id`sini əlavə etməklə sizi maraqlandıran statistikanı əldə etməyiniz mümkündür.

Azərbaycanlı istifadəçilər artıq ödənişli android tətbiqlər yayımlaya biləcək.

Bildiyiniz kimi hazırlanan android tətbiqlər play store üzərindən pulsuz vəya pulllu şəkildə istifadəçilərə təqdim edilir. Bugünə qədər Google Azərbaycan istifadəçilərinə pullu tətbiqlər yayımlamağa icazə vermirdi. Yəni bir yolunu tapıb yayımlasanız da Google Azərbaycan hesablarına ödəmə etmirdi. Bunun üçün istifadəçilər fərqli yollara üz tuturdu. Məsələn fərqli ölkələrdə hesab açdıraraq android tətbiqi yayımlaya bilirdilər.

Ancaq Google artıq bir neçə ölkəyə də satış dəstəyi verib. Bu ölkələr arasında Azərbaycan da var.

google-android-app-sell

Rəsmi məlumat belədir:

“Satıcılar için desteklenen yeni konumlar: Azerbeycan, İzlanda, Peru veya Yemen’de yaşıyorsanız artık satıcı olarak kaydolabilirsiniz. Satıcı yönergeleri hakkında daha fazla bilgi edinmek için lütfen Google Play Geliştirici Yardım Merkezi‘ni ziyaret edin.”

Hansı ölkələrin satış icazəsi olduğunu buradan öyrənə bilərsiniz.

FTP nədir? Sayt internetə necə ötürülür?

Əvvəla FTP nədir?, nə işə yarayır? bu sualları cavablandırıb sonra hazırladığınız veb səhifəni internetə necə ötürə biləcəyinizi, necə yayımlaya biləcəyinizi başa salmağa çalışacam. FTP (File Transfer Protocol) kəlimə anlamı olaraq faylların ötürülməsi protokoludur. FTP yardımı ilə şəbəkədəki iki kompyuter arasında fayllarəm mübadiləsini həyata keçirir. Teorik bilgi olaraq bu qədərini bilməyiniz kifayətdir :) Gerisini bilməsəniz də olar. Heç mən də bilmirəm gerisini :) Gerisini nə qədər əzbərləsəniz də tətbiq etmədikdən sonra heçbir işə yaramayacaq. Ən azından mənim fikrim belə olub həmişə.

FTP nə üçün istifadə olunur?

FTP vasitəsilə faylları başqa kompyuterlərə ötürmək üçün FTP proqramlarından istifadə olunur. Bunlara nümunə olaraq cuteFTP, FileZilla, Smart FTP və birçox fərqli proqram adlarını sadalamaq mümkündür. Ancaq bunlardan deyərdim ki, ən çox istifadə olunanı FileZilladır. Səbəbi də yəqin ki pulsuz olmasıdır :)

Ümumiyyətlə FTP-dən daha çox veb səhifələrinin hər hansı bir hostingə ötürülməsi, loru dildə desək veb səhifənin internetdə yayımlanması üçün istifadə olunur.

Sayt internetə necə ötürülür?

Şəxsi kompyuterinizdə hazırladığınız veb səhifələrini sadəcə siz görəbilər, istifadə edə bilərsiniz. Səhifənin bütün dünyada istifadə ediləbilməsi üçün veb səhifəyə aid hazırlanmış bütün faylları internet şəbəkəsinə ötürmək lazımdır. Bunun üçün əvvəlcə hər hansı bir şirkətdən veb səhifəniz üçün ad (domain) və yer (hosting) almalısınız.

(Onu da qeyd edim ki, bəzi pulsuz domain adları və hosting satan şirkətlər də mövcuddur. Bu domain adları adətən .tk ilə bitən vəya hansısa şirkətə məxsus domainin əvvəlinə vəya sonuna adlar əlavə etməklə reklam məqsədli verilir. Pulsuz verilən bu hosting şirkətlərində veb səhifənizi yerləşdirdikdə həmin şirkətə aid reklamlar səhifənizdə göstərilir.)

Domain və Hosting-in nə olduğunu qısaca açıqlamaq lazımdırsa, domain veb səhifənizin internet üzərindəki adıdır. Əslində veb səhifələri internet şəbəkəsində ip adreslərlə ayırd edilir. Ancaq hər veb səhifəsinin ip adresi yadda çətin qalacağı üçün domainlərdən istifadə edilir. Məsələn: www.google.az domaindir. Biz www.google.az yazdıqda əslində 216.58.209.31 ip adresinə daxil olmuş oluruq. İstəsəniz veb bələdçisində (web browser) adres çubuğuna 216.58.209.31 adresini daxil edib enter düyməsini sıxaraq www.google.az saytına daxil olduğunuzu müşahidə edə bilərsiniz.

Bəs hosting nədir? Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu kompyuterin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir (mənbə: domen.az). Yenə loru dildə açıqlama vermək lazımdırsa, necə ki, şəxsi kompyuterinizdə veb səhifəsini hazırlamaq üçün kompyuterin yaddaşında yer olmalıdır, eləcə də veb səhifənizi internetə yerləşdirmək (ötürmək) üçün, səhifəmizə aid faylları itnernet şəbəkəsinə yüksək sürətli çıxışı olan bir kompyuterə yükləməliyik. Bunun üçün də xüsusi şirkətlər sırf bu iş üçün ayrılmış serverlərə sahib olaraq, həmin serverlər üzərində müəyyən həcmlərdə yerlər satırlar. İstifadəçilər də həmin yerləri alaraq (əslində kirayə olaraq alınır, aylıq vəya illik ödəniş edilir) veb səhifələrinin internetə çıxışını təmin etmiş olurlar.

FileZilla proqramından necə istifadə edilir?

Bütün bu məlumatlardan sonra nümunə olaraq əlimdəki boşda olan bir domain və hostingi istifadə edərək FileZilla proqramı vasitəsi ilə faylları hostingə necə atacağınızı göstərəcəm. Videodan əvvəl FileZillanı buradan endirə bilərsiniz.

Mega Dropdown Menu

Səhifələrinizi kodlayarkən istifadə etmək üçün çox vaxt hazır menular axtarırsınız yəqin ki. Paylaşacağım menu CSSJS ilə hazırlanmış mega dropdown menu nümunəsidir. Çox məqsədli menu kimi birçox səhifələrdə istifadəyə uyğundur. Ən əsası pulsuz nümunədir :).  Ancaq pul qazanmaq üçün hazırladığınız saytlarda istifadə etmək üçün EXTENDED LICENSE almalısınız. Əks halda nümunə sahibinin sizin haqqınızda şikayet etmə hüququ var.

Nümunəyə gəldikdə isə paylaşacağım səhifədə nümunəni necə istifadə edəcəyiniz və nümunənin hazır versiyası mövcuddur.

Nümunəni endirmək və demo versiyasına baxmaq üçün buraya klikləyin.

 

jQuery Slider, jQuery Carousel tövsiyyəsi

Web səhifələr hazırlayarkən çox istifadə etdiyiniz bəzən bəlkə də çox əziyyət çəkdiyiniz bölümlərdən biri də slider bölümləridir yəqin ki :). Bu paylaşımımla istədim bu mövzuda az da olsa bir köməklik edim. İki ədəd istifadəyə çox uyğun jquery nümunəsi tövsiyyə edirəm.

Bunlar bxSliderowlcarousel qoşmalarıdır.
Bu qoşmaları bəyənməyimin əsas səbəbi həm istifadələrinin rahat və problemsiz olması, həm də responsive (mobil cihazlara uyumlu) olmalarıdır.

bxSlider nümunələrinə buradan baxa bilərsiniz.

bxslider

OWL Carousel nümunələrinə isə buradan baxa bilərsiniz.

Owl Carousel

Ümid edirəm işinizə yarayar.

jQuery və CSS ilə rəy sistemi – Testimonials Carousel

client-testimonials-carousel-featured
Xüsusilə xidmət satan web səhifələrinin çox istifadə etdiyi müşətri rəylərini göstərən maraqlı bir tətbiqi paylaşmaq istəyirəm. Hazır tətbiq CSS və JQuery ilə hazırlanıb.

Tətbiqin hazır versiyasına buaradan baxa bilərsiniz.

Tətbiqi endirmək üçün buraya daxil olaraq download düyməsini sıxın.

Onu da qeyd edim ki, tətbiq eyni zamanda mobil cihazlar üçün də nəzərdə tutulub. Yəni responsive olaraq hazırlanıb.

Remodal jQuery plugin – necə istifadə edilir?

Günümüzdə veb səhifələr hazırlayarkən mütləq jQuery javascript kitabxanasından istifadə edirik. jQuery kitabaxanasını istifadə edən qoşmalardan birini bu yazımda tanıdaraq, istifadə qaydasını göstərəcəm.

Deməli istifadə edəcəyimiz jQuery qoşmasının adı Remodal`dır. Müxtəlif səhifələrdə yəqin ki, müvafiq bağlantıya kliklədikdə səhifənin qaralıb yeni bir mesajın vəya səhifənin çıxdığını müşahidə etmisiniz. Bu qoşma da elə həmin əməliyyatı yerinə yetirmək üçün istifadə edilir.

Remodal jquery plugin istifadə qaydası

Keçək istifadə qaydasına.

Əvvəla remodal adlı bir qovluq açıb içərisind index.html adlı fayl açıb aşağıdaki kodları addım addım əlavə edək:

1. Addım: HTML səhifəmizi hazırlayaq

 

 
Kodlar bölməsində qeyd etdiyim başlıq, gövdə, alt hissə bölmələri şərhdir. Bu tip kodlar istifadəçiyə göstərilmir. Sadəcə asanlıq olsun deyə qeyd etmişəm. Çünki əlavə edəcəyimiz kodlar bu şərhlərin altına əlavə edilməlidir.
 
2.addım: Səhifəmizə jQuery kitabxanasını əlavə edək. Jquery kitabxanasını səhifəmizin body təqləri arasında ən alta body təqini bağlamadan əvvəl “alt hissə” şərhinin altına əlavə etməliyik.
 

 
3.addım: Remodal qoşmasının rəsmi səhifəsinə gedərək lazımı paketi endirməliyik. Bunun üçün bu linkdən istifadə edə bilərsiniz. Açılan səhifədə Downloads bölməsində Source Code (zip) faylını endirə bilərsiniz.
 
4.addım: Endirdiyiniz zip faylı içərisində src qovluğundakı jquery.remodal.cssjquery.remodal.js fayllarını 1. addımda açdığımız remodal qovluğuna atmalıyıq.
 
5.addım: Qovluğa atdığımız bu iki faylı index.html səhifəmizdəki kodlara əlavə etməliyik. jquery.remodal.css faylını “başlıq” şərhindən sonra, jquery.remodal.js faylını isə “alt hissə” şərhindən sonra əlavə etdiyimiz jQuery kitabxanasından sonra əlavə etməliyik. Əlavə edəcəyimiz kodlar belədir:

jquery.remodal.css üçün:

jquery.remodal.js üçün:

 

Və son olaraq aşağıdaki kofları “gövdə” şərhindən sonra səhifəmizə əlavə etməliyik:

Deməli bütün kodları bir araya yığsaq index.html faylı aşağıdaki kimi olmalıdır:

Yazdığımız kodları aşağıda RESULT bölməsində hazır formada incələyə bilərsiniz:

Sevdiyiniz brendlərdən “Notify” vasitəsilə xəbərdar olun!

Çox vaxt sevdiyimiz brendlər və bizə lazım olan digər şirkətlər haqqında, endirimlər, kampaniyalar, vakansiyalar və digər yeniliklər barədə məlumatları əldə etmək istəyirik. Bu məlumatları əldə etmək üçün mağazalara gedirik, internet və ya facebook səhifələrinə daxil oluruq. Ancaq indi bu qədər əziyyət çəkməyə ehtiyac yoxdur. Belə ki, artıq sevdiyiniz brendlərdən “Notify” vasitəsi ilə xəbərdar ola bilərsiniz. “Notify” tamamilə yerli məhsul olub AndroidiOS əməliyyat sistemli telefonlar üçün nəzərdə tutulub. Tətbiqin iOS versiyası mart ayının sonunda tam hazır olacaq. hazırda isə Andorid versiyasını istifadə edə bilərsiniz.

notify baku

Notify tətbiqi sizi sevdiyiniz brendlərə üzv olaraq, onların yenilikləri ilə tanış olmaq imkanı ilə təmin edir. Bunun üçün tətbiqdə davamlı aktiv olmağa ehtiyac yoxdur. Belə ki, üzv olduğunuz brendlərdə hər hansı yenilik varsa, bu telefonunuza səsli bildiriş formasında gəlir. Notify tətbiqinin digər reklam növlərindən əsas fərqi ondan ibarətdir ki, spam deyil. Proqram istifadəçiləri yalnız öz maraq dairəsində olan brendlərdən bildirişlər alır və bunlar mətn, şəkil və video tərkibli olduğundan insanlarda daha dolğun məlumat yaradır. Bundan başqa, proqramda azərbaycan, rusingilis dillərinin, tema seçiminin mövcudluğu və bildiriş tənzimləmələrinin olması ilə proqramın istifadəsi çox rahatdır.

Tətbiqi yükləmək üçün Google Play-də Notify-Baku yazaraq və ya http://bit.ly/android_notify linkindən istifadə edə bilərsiniz.

Səhifəni üfüqi hərəkət etdirmək – Scroll Page Horizontally

Səhifəni aşağı-yuxarı (şaquli istiqamətdə) doğru hərəkət etdirmək üçün hər hansı əlavə bir kod yazmağa ehtiyac olmadığını bilirik. Səhifəmizdəki məlumatlar nə qədər çox olarsa səhifəmiz sağ tərəfdəki scroll çubuğu ilə aşağı-yuxarı doğru hərəkət etdirilir.

Əslində səhifənin sağa-sola (üfüqi istiqamətdə) hərəkəti üçün də əlavə hər hansı koda ehtiyac yoxdur. Bu tamamilə səhifənin genişliyi ilə əlaqədardır. Genişlik istifadə etdiyimiz kompyuterin çözünürlüyü (resulation – motirodakı pixel sayı) ilə əlaqəlidir. Adətən səhifələrin genişliyini sağdan və soldan boşluqlarla kodlaşdırırıq ki istifadəçi əziyyət çəkməsin. Müasir frameworklərdə isə artıq bunu avtomatik tətbiq etmək mümükündür. Yəni səhifələrin hər istifadəçinin minotoruna uyğun şəkildə göstərilməsi artıq mümkündür.

 
Ancaq bəzi xüsusi səhifələr var ki onlarda standart qaydalara əməl etmək əvəzinə bəzi qeyri adi dizaynlara üstünlük verilir. Bu yazımda paylaşacağım kodlar da belə istifadə üçün nəzərdə tutulub. Belə ki, səhifəmizdəki mətnlərin aşağı doğru deyil avtomatik olaraq sağa doğru davam etməsini və mouse`un diyircəyi ilə səhifəni sağa sola doğru hərəkət etdirməyi göstərməyə çalışacam.

Əvvəla yeni bir səhifə hazırlamalıyıq. Bunun üçün səhifəmizdə aşağıdaki kodlar yer almalıdır:

Boş səhifəmizi hazırladıqdan sonra səhifəmizə istifadə edəcəyimiz javascript kitabxanalarını əlavə etməliyik. Bunun üçün biz jquery kitabxanasını və səhifəni üfüqi istiqamətdə hərəkət etdirmək üçün jquery.mousewheel kitabxanasını əlavə edəcəyik. Bu kitabxanaları səhifəmizdə head etiketləri içərisinə daxil etməliyik. Kodlar aşağıdaki şəkildə olacaq:

Jquery kitabxanalarını əlavə etdikdən sonra səhifəmizə məlumatlarımızı əlavə edək. Məlumatları əlavə edərkən xüsusi formadan istifadə edəcəyik. Belə ki, məlumatlarımız page-wrap id`li div içərisində post sinifi onun içərisində də h2 etiketi ilə başlıq və p etiketi ilə mətn şəklində daxil edilməlidir. Bunun səbəbi isə bir sonraki addımlarda açıqlanacaq. Məlumatımız aşağıdaki formada body etiketləri arasına əlavə edilməlidir:

Məlumatlarımızı bu formada bir neçə dəfə əlavə etməliyik ki, səhifədə məlumat çox görünsün ki, sağa sola doğru hərəkət əmələ gəlsin.
Bu şəkildə məlumatlarımızı əlavə etdikdən sonra post sinifi içərisindəki məlumatlara bir genişlik vermək lazımdır. Bu genişliyi verməkdə məqsəd isə səhifənin sağa doğru genişlənməsini istəməyimizdir. Ancaq səhifməzi sağa doğru genişləndiyi zaman səhifəmizin alt hissəsində scroll çubuğu əmələ gələcək. Bu da xoş bir görüntü olmayacaq. Ona görə də body bölməsində css kodlarından istifadə edərək scroll çubuğunu görünməz etməliyik. Bunu da overflow-x kodu ilə edə bilərik. Nəticədə kodlarımız aşağıdaki şəkildə olacaq:

Bu stil kodlarını səhifəmizdə head etiketi arasına daxil etməliyik.
 

İndi isə yuxarıda əlavə etdiyimiz məlumatları avtomatik olaraq javascript kodları ilə cədvəl şəklində göstərməliyik. Yəni post-wrap id`li div`imiz cədvəl, post sinifi`miz isə cədvəldəki sütunlar olmalıdır. Hansı ki yuxarıda css kodları ilə genişliyini 500px dəyərində qeyd etmişdik. Nəticədə cədvəlin sütunları sağa doğru genişlənəcək və məlumatlar səhifənin altına yox sağına doğru genişlənəcək. Bunun üçün aşağıdaki kodları səhifəmizə əlavə etdiyimiz jquery kitabxanalarından sonra əlavə etməliyik:

NƏTİCƏ:

Nəticəni ayrı səhifədə buradan yoxlaya bilərsiniz.

Tətbiqi buradan endirim incələyə bilərsiniz.

Qaynaq: http://css-tricks.com/snippets/jquery/horz-scroll-with-mouse-wheel/

CSS ilə laylı kağız texnikası

Veb səhifələr hazırlayarkən CSS mütləq istifadə edirik. Səhifələrimizdə bəzi bölmələri istifadəçiyə gözəl göstərmək üçün grafikalardan istifadə etmək də gözəl bir yol ola bilər. Ancaq artıq CSS ilə o qədər çox şeylər etmək mümkündür ki, düşünürəm grafikadan istifadə etmək yerinə elə CSS texnikasını istifadə etmək daha gözəl olardı.
 
Bu yazımda CSS ilə laylı kağız texnikasını necə edə biləcəyimizi göstərməyə çalışacam.
 
Bunun üçün HTML və CSS dillərindən istifadə edəcəm.
 
Əvvəla HTML səhifəmizdə aşağıdaki kodları yazmağımız lazım gələcək:

Ardından CSS kodlarımzı yazmalıyıq. İstəsəniz CSS kodlarını əlavə css faylında yaza bilərsiniz. Mən burada HTML səhifəmizin daxilində yazmağa çalışacam:

Bu qədər :) Hər hansı grafika vəya əlavə koda ehtiyac qalmadan sadə bir şəkildə səhifələrinizdə bu kodları istifadə edə bilərsiniz.

Tətbiqin hazır versiyasına baxmaq üçün bu keçiddən istifadə edin.
 


 
p.s : bəzi tətbiqlər türk dilində hazırladığım dərslərin tərcümələri olduğu üçün hazır versiyaları türk dilində göstərilməkdədir.
 
Qaynaq: Layered paper effect using CSS3 box shadows

Google Domain xidməti verəcək!

Birçox sahədə xidmətləri olan Google şirkəti indi də Google Domains adı ilə domain xidməti verməyə başlayır. Bu barədə Google+ Your Business hesabında qeyd edilib. Google Buisness araştırmalar nəticəsində bu qərara gəlib. Araşdırmalar nəticəsində məlum olub ki, kiçik müəssisələrin 55 faizi hələ də veb səhifəsinə sahib deyil.

Google şirkəti bu xidmətlə sadəcə domain adlarının qeydiyyatını nəzərdə tutub. Domain adları üçün heçbir hosting xidməti verməyi planlaşdırmayıb. Buna baxmayaraq Google şirkəti bu layihəni Squarespace, Wix, Weebly və Shopify kimi şirkətlərə birgə həyata keçirir.

Google Domains`in təqdim edəcəyi xidmətlər isə belədir:

  1. Xüsusi olaraq alınan domainlər üçün əlavə ödəniş alınmayacaq,
  2. 1 domain üçün 100 e-poçt ünvanı alınabiləcək,
  3. 1 domain üçün 100 alt domain (subdomain) alınabiləcək,
  4. Google domains google şirkətinin öz DNS `lərini istifadə edəcək. Buna görə də serverin cavab müddəti olduqca sürətli olacaq.

Hal hazırda bu xidmət dəvətnamə ilə həyata keçirilir və BETA versiyasındadır.

Keçid üçün domains.google.com ünvanını istifadə edə bilərsiniz.