Ümumi

Kiril əlifbası ilə yazılan mətni Latın əlifbasına çevirmək

Azərbaycan dilində hazırladığım ilk video dərslik olduğu üçün səhvlər ola bilər üzrlü hesab edin. Başlıqdan da göründüyü kimi mövzu kiril əlifbası ilə yazılan mətnlərin latın əlifbasına çevirilməsidir.

Gördüyüm şahid olduğum qədəri ilə dövlət qurumlarının əksəriyyətində hal-hazırda kiril əlifbası ilə mətnlər yazılır və A1 Lat, A3 Arial AzLat şriftləri ilə latın əlifbası kimi göstərilib çap etdirilir. Yəni əslində bir problem yoxdur. Kiril (klaviaturadaki rus şriftləri ilə) əlifbası ilə yazırsınız və latın əlifbası ilə görüntüləyirsiniz. Ancaq diqqət etdikdə görmək olar ki, şriftlər çox bərbad formada görünür. Bundan başqa həmin sənədi latın hərfləri ilə yazan birinə göndərdikdə əziyyət çəkir. Bir-bir həmin hərfləri latın hərflərinə çevirməli olur. Elə bu əməliyyatda çətinlik olmaması üçün aşağıdaki videonu paylaşmaq istədim. Latin.az saytında paylaşılan convert.bas faylını istifadə edərək çox asanlıqla kirilcə tərtib edilmiş mətni, birdəfəlik latın əlibası hərflərinə çevirərək istifadə edə bilərsiniz.

 

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

1 şərh

  • Salam. Mən bu faylları yükləyirəm amma burda alınmır hərflərin hamısı dəyişmir. Bəlkə kömək edəsiniz? heç kim mənim komputerimdə bunu düzəldə bilmir. nə edim?yardım lazımdı. zəhmət olmasa

Şərh yaz