Turizm

Macarıstan Budapeşt səfəri haqqında.

Daha əvvəl Macarıstan səfirliyindən Viza almaq barədə yazmışdım. İndi isə həmin yazının davamı olaraq qısaca Macarıstan daha doğrusu Budapeşt səfəri haqqında yazmaq istəyirəm. Mən işlə bağlı getdiyim üçün əslində gəzmək üçün çox vaxtı yox idi ancaq maksimum dərəcədə gəzməyə çalışdım.

24 – 28 aprel tarixlərində Budapeştə oldum və  elə başlayanda qeyd edim ki, çox bəyəndim. Bildiyiniz kimi Budapeşt şəhərini Dunay çayı iki hissəyə bölür Buda və Peşt. Mən daha çox Buda tərəfində qaldım ama çalışıb hər iki tərəfi gəzmək lazımdır. Hər iki tərəfdə çox gözəl gəziləsi yerlər var.

Ümumiyyətlə şəhərdə birçox heykəltəraşlıq nümunələri var. Avropaya ilk səyahətim olduğu üçün başqa ölkələrlə qarşılaşdırma edə bilməyəcəm.

Getdiyim tarixlərdə internetdən hava haqqında məlumatlara baxmışdım yağışlı və soyuq olacağı göstərilsə də Azərbaycan çox daha isti olduğunu qeyd etməliyəm. Qısa qolda rahatlıqlə gəzə biləcəyiniz hava var idi.

Budapeştdə Dunay çayı ətrafında istər piyada, istər velosipedlə, istərsə də çayın üzərində gəmilərlə səyahət edə bilərsiniz. Axşam saatlarında tarixi binların ışıqlandırıması ilə çox gözəl mənzərə ilə qarşılaşırsınız.

Nəqliyyat

Şəhərədə nəqliyyat baxımından çətinlik demək olar ki yoxdur. Şəhər içi avtobuslar, tramvaylar, metro hətta trolleybuslar (Peşt tərəfində gördüm Buda tərəfində trolleybus var mı bilmirəm) işləyir. Ancaq nəqliyyatdan və şəhərdə müəyyən yerlərdə quraşdırılmış elektronik velosipedlərdən istifadə etmək üçün Budapest Card almağınız vacibdir. Budapest Card ilə muzeylərdə, restoranlarda və s. xüsusi endirimlər də əldə etmək mümkündür.

Pul vahidi

Macarıstan avropa ölkəsi olsa da pul vahidi Forintdir. Ancaq mağazalarda Euro ilə ödəniş də etmək mümkündür. Belə ki, məzənnəyə uyğun olaraq (bir neçə forint daha ucuz) konvertasiya edirlər. Mən orda olarkən 1 euro təxminən 300-308 Forint idi. Ancaq nə badə aeroportda valyuta mübadiləsi edəsiniz. Çox aşağı məzənnə ilə konvertasiya edilir. Şəhərdə müxtəlif Valyuta mübadilə məntəqələrində qiymətlərə nəzər yetirib sonra əməliyyat etməyinizi tövsiyyə edirəm. Mübadilə məntəqələrinin bəziləri komissiya haqqı tutur buna da diqqət etmək lazımdır. Saat 18:00 dan sonra mübadilə məntəqələri və mağazalar işləmir.

Yazını payalaşmaq çox gec alındı. Bu səbəblə çox məlumat əlavə edə bilmədim. ))

Müəllif haqqında

Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz