Turizm

Macarıstan səfirliyindən necə Viza almaq olar?

Açığı xaricə çox da səyahət etməmişəm. Rusiyada anadan olmuşam ancaq Azərbaycanda yaşamışam. Birneçə dəfə Rusiyaya gedib gəlmişəm. Tələbəliyim isə Türkiyədə keçib. Təxminən 5 il. Ancaq səyahət etmək, fərqli ölkələr, fərqli insanlar, fərqli adətlər ilə tanış olmaq , dünya görüşünü artırmaq üçün gözəl fürsətdir.

Türkiyə, Rusiya kimi ölkələrə getmək üçün Azərbaycan vətəndaşlarından bildiyiniz kimi Visa tələb olunmur. Ancaq Visa tələb olunan ölkələrə gedərkən həmin ölkənin səfirliyindən Viza almaq lazım gəlir və bu prosedurlar bir birinə bənzəsə də ölkələrə görə fəqrlilik göstərə bilir.

İşimlə bağlı ezamiyyət məqsədi ilə Macarıstana getməli oldum və bu müddətdə Viza üçün hara necə sənəd verdim bu barədə paylaşmaq istəyirəm.

Əvvəla onu qeyd edim ki, Macarıstan Schengen Viza ərazisinə daxildir və Schengen Vizası almalısınız.

Schengen nədir?

Şengen razılaşması – gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.

Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.

Qaynaq: Wikipedia

Deməli, 2016-cı il Yanvarın 25-dən etibarən Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün “IFR System” – ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunub. IFR System-in saytında daxil olaraq əvvəlcədən sıra almalısınız. Saytda ölkəni seçib (vətəndaşı olduğunuz ölkəni) və sizdən soruşulan şəxsi məlumatları daxil edərək sonda növbə ilə bağlı formanı çap edirisiniz. Formada aşağıdakı məlumatlar əks olunacaq:

Baku Consular Section of the Embassy (Republic of Azerbaijan)
Baku, 1004 Icheri Sheher, Mirza Маnsur u. 72.
Service window (if more than one): Window: 1. customer service window

Service date and time: 4/12/2017 Wednesday 12:30 PM – 4/12/2017 Wednesday 12:45 PM
Number of persons: 1

For any questions in relation to the service call:

Phone: 497-4579

Or visit the webpage of the office: http://www.mfa.gov.hu/emb/baku

Bu sıra nömrəsi ilə siz Macarıstan Səfirliyində (Xəritə üçün klikləyin) sənəd verə bilərsiniz. Bir digər yol isə Macarıstan Viza mərkəzində sənəd qəbulu mümkündür. Ancaq əgər Macarıstan Viza mərkəzinə getmək istəsəniz o zaman Viza rüsumundan (35 euro) əlavə olaraq sizdən 29 euro xidmət haqqı tələb olunacaq. Macarıstan viza mərkəzi rəsmi saytına buradan daxil ola bilərsiniz. Viza mərkəzinin avantajı odur ki, siz səfirliyə getmirsiniz. Lazımi sənədləri toplayaraq onlara verirsiniz və onlar sizin əvəzinizdən səfrlikdə lazımı işləri görüb vizanızı alırlar.

Hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlər Vizanın növünə görə dəyişir. Yəni turistik viza, təhsil vizası, biznes işgüzar viza və s. Ona görə də bunların hamısını burada yazmayacam. Yuxarıda qeyd etdiyim bağlantılardan sizin üçün lazım olan vizanın növünü seçərək lazımı sənədləri təyin edə bilərsiniz.

Sadəcə bəzi xırda nüansları qeyd edim. Tələb olunan sənədlər arasında tibbi sığorta və bankdan maaş kartı hesabından çıxarış tələb olunur. Tibbi sığortanın məbləği 30.000 euro olmalıdır. Bilməyənlər üçün bu əlçatmaz birşey kimi görünə bilər :) ancaq elə deyil. Bu sadəcə sizin sığortanızdır və əldə etmək üçün birçox turizm agentliklərinə yaxınlaşaraq səfərinzin müddətinə görə  ortalama 10-30 azn qarşılığında tibbi sığorta ala bilərsiniz. Sənədlərinizi səfirliyə təqdim edərkən tibbi sığortanın surətini verin əsli sizdə qalsın. Çünki səfər zamanı sizdən istənilə bilər.

Digər məsələ isə bankdan maaş kartı hesabından çıxarışdır. Bu sənəd üçün banka yaxınlaşdıqda adətən ingilis dilində yazılmış hesab arayışı verirlər və qarşılığında 10 azn tələb edirlər (Azərbaycan Beynəlxalq bankından aldığım üçün oranı nümunə verə bilərəm).Ancaq Macarıstan səfirliyi üçün bu arayış lazım olmadı. Əvəzinə maaş kartı hesabınızdan son 6 ayın çıxarışını almaq bəs edir. Bir də ən əsası bu sənəd üçün notarius təsdiqinə ehtiyac yoxdur. Adətən var deyirlər ancaq əlavə xərc çəkməyin. Şübhəniz olarsa səfirliyə zəng edib dəqiqləşdirə bilərsiniz.

Bunlardan başqa səfərlə bağlı qalacağınız oteldən göndərilən rezervasiya ilə bağlı sənəd və biletiniz səfirlik tərəfindən tələb olunur.  Və sonda onu da qeyd edim ki səfərinizə 15 gün qalana qədər viza üçün müraciət edə bilərsiniz. 15 gündən az qalıbsa səfirlik sənədinizi qəbul etməyə bilər. Ancaq şansınızı yoxlayın mütləq məndə 12 gün qalmışdı qəbul etdilər :)

Macarıstan ilə bağlı yazımı isə qayıdandan sonra paylaşacam :)

Müəllif haqqında

Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

5 şərh

Şərh yaz