Ümumi

Millinet internet mükafatının nəticələri

Millinet 2014 başlayır başlıqlı yazımla layihənin başlanması haqqında yazmışdım. Nəhayət yarışmada iştirak edən səhifələr dəyərləndirildi.

Nəticələrlə buradan tanış ola bilərsiniz.

www.samadov.net də Bloqlar kateqoriyasında ikinciliyə layiq görüldü.

Açığı Millinet bir ölçü deyil. Ancaq hazırladığınız səhifə haqqında münsiflər heyətinin fikirlərini öyrənmək müsbət birşeydir. Çox təəssüf ki bu fikirləri öyrənə bilmək üçün layihədə Nominant olaraq seçilməlisiniz. Yoxsa münsiflər heyətinin sizin səhifələriniz haqqındaki fikirlərini öyrənmə ehtimalınız yoxdur.

Məsələn, bir il əvvəl 3-cü olmusunuz ancaq, bu il səhifəni təkmilləşdirib (responsive dizayn, iOS və android tətbiq və s.) yenidən iştirak etmək üçün göndərib nəticədə heç nominant belə ola bilmirsinizsə bunun səbəbini öyrənmə şansınız yoxdur. :)

Ümumiyyətlə belə layihələrin Azərbaycanda keçirilməsi gözəldir. Ancaq əksikliklər çoxdur.

Düzdür kənardan durub danışmaq asandır amma düşünürəm ki, deyəcəklərim bir tənqid kimi yox, bir sonraki il üçün daha da diqqətli olmağa dəvət kimi nəzərə alınar.

Belə ki, hazırlanan veb səhifələrə qiymət verən bir layihə olaraq Millinet, əvvəla öz səhifəsini təkmilləşdirməlidir zənnimcə.

Ən əsası səhifənin texniki işlərini məsuliyyətli insanlara və layihənin gedişatı zamanı texniki dəstək göstərən insanları yaxşı seçməlidir. Səhv başa düşülməsin, texniki işləri görə bilməyən insanlara tapşırılır demək istəmirəm sadəcə səhlənkarlıqla yanaşılır. Ola bilər ki, iş yoğunluğundan belə olur ancaq bu bir layihədirsə buna diqqət edilməlidir.

Çünki hər il bu mövzuda çox problemlər yaşanır.

millinet-internet-mukafati

Tənqid kimi bir yazı oldu ancaq ümid edirəm səhv anlaşılmaz və gələcəkdə qüsursuz bir layihə halını alar.

Uğurlar.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz