Ümumi

Myphone.ae biyabırçılığı!

Deməli belə myphone.ae saytı ilə yaşadığım problemi paylaşmaq istəyirəm. Paylaşım ki, səhv edib həmin saytla alış-veriş etməyəsiniz.

Reklamlarından, təriflərindən yaxşı xidmət olacağını ümid edib bir dəfə alışveriş etmişdim və aldığım telefon vaxtında mənə çatdırılmışdı. Həmin vaxtlarda dollar qalxmamışdı və ofisləri Azərbaycanda idi.

Yaxın tarixlərdə dostum myphone.ae saytında qeyd edilən parametrlərə inanıb telefon sifariş etdi və məlum oldu ki, myphone.ae saytında parametrlər səhv yazılıb. Bank hesablarına ödənilən 260 dollar məbləğindəki pulu geri istədi və nəticədə 250 dollar məbləğində pulu mənim bank kartıma göndərdilər.10 dollar kəsinti oldu.

Vəziyyət elə gətirib çıxartdı ki, yenə həmin saytdan sifariş verməli olduq çünki başqa saytda istədiyimiz telefonu tapa bilmədik. Həmin dostum xahiş etdi ki, sifarişi mən edim. 23 iyun tarixində telefonu sifariş etmək üçün sayta daxil oldum. Parametrləri dəfələrlə online əlaqə vasitəsilə Aysun adlı xanımla dəqiqləşdirdim. Dəfələrlə qeyd etdim ki, problem olmayacaq ki?, bir dəfə problem yaşayıb yenidən sifariş veririk. Dəfələrlə soruşdum və qeyd etdim ki, danışıqlarımızı sübut kimi saxlayacam və problem olarsa pulu geri qaytarmağınızı istəyəcəm 1 qəpik də kəsinti etməməlisiniz. Aldığım cavab belə oldu ki, biz pulu tam qaytarırıq. Nə isə bu məsələni çox uzatmadım.

Təkrar problem olub olmadığını dəqiqləşdirib pulu ödədim və saytda yazılan qaydalara əsasən Aysun xanıma dedim ki, 18:00`dan əvvəl sifariş verdiyim üçün bugündən sifarişimi təmin edin. Yaxşı dedi və saytda 28-30 iyun tarixləri üçün sifarişimin çatacağı qeyd olundu.

27 iyun tarixində saytda daxil oldum və heçbir izləmə kodunun daxil edilmədiyini görüb əlaqə saxladım yenə online əlaqə vasitəsi ilə. Bu dəfə Ulduz adlı xanımla danışdım problemi qeyd etdim yardımçı olmadı sadəcə dedi ki bəs hesabımdan sorğu açmalıyam. Sorğu açdım və yazdım ki, niyə izləmə kodu daxil edilməyib? Sifarişim verilibmi? Verilməyibsə səbəbi nədir. Əgər sifarişim verilməyibsə pulumun geri qaytarılmasını tələb etdim.

Aldığım cavab isə sadəcə o oldu ki, 2 günə sifariş veriləcək. Diqqət edin sifariş əlinizə çatacaq yox, sifariş veriləcək. Təbii ki, dəfələrlə yazdım ki, suallarıma cavab verin, dəfələrlə qeyd etdim ki, səbəbini qeyd edin ancaq aldığım cavab sadəcə sifarişin veriləcəyi oldu və heçbir istəyimi yerinə yetirmədilər.

2 iyul tarixində sifarişimi Dubaydan sifariş ediblər. Bəli bəli 23 iyun tarixində verilməli olan sifariş 2 iyul tarixində verilib və yazdığım sualların heçbirinə cavab verməyiblər. Dəfələrlə insanları araya qoyduqlarını, suallarıma niyə cavab vermədiklərimi ünvanlasam da heçbir cavab ala bilməmişəm.

Online əlaqə vasitəsi ilə həm Ulduz həm də Aysun adlı şəxsiyyətlərə dəfələrlə mənim sorğuma düzgün cavab verilmədiyini desəm də, hər dəfə “təəssüf etdiklərini”, sorğumun araşdırıldığını qeyd ediblər. Mən də dəfələrlə araşdırma falan olmadığını, sadəcə söhbəti fırlatdıqlarını iki kəlmə ilə sifarişin göndəriləcəyini yazdıqlarını desəm də, insanları araya qoymaqdan başqa bir iş görmədiklərini bildirsəm də dəyişiklik  olmayıb.

Onu da qeyd edim ki, danışıqlarım sübut kimi hələ də əlimdədir. Qarşı tərəf inkar edərsə dəqiqəsinə saniyəsinə qədər hərşeyi sübut etməyə hazıram.

Odur ki, siz siz olun Myphone.ae saytından alışveriş etməyin. Sakit başınızı ağrıtmayın. Məndən sizə tövsiyyə. Sizə hörmət göstərməyən insanlara xeyir verməyin!

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

13 şərh

  • hmmm /men sifarish verdim One plus one 64 gb..4 gune chatdi hec bir problem zad olmadi .izleme kodunuda maile gonderdiler ordanda dubaitrack nese bele wey gorsenirdi.hardadi mal..salamatda chatdi..qoz kimide iwdiyir..niye size bele elesinlerki bashim chixmir

  • Serefsizler menimde bawima bele bir oyun getiribler demeli men iyul ayinin axirinda telefon zakaz verdim telefon geldi amma webeke problemi vardi muraciyet edim bu werefsizlere mene aciglama vermediler sonra 28 m terefde WORLD biznes senterden PIXSEL adli telefon temiri wirketi zeng vurdu dediler ki sizin telelfonu biz temir edecik sentyabirin 3 mennen telefonu aldilar dunen noyabirin 14 mene zeng vurub PIXSEL wirketinin reyisi Vuqar Quliyev adli wexsdeyim ya wexsiyetsiz deyim bilmirem daha Gel telefonu gotur duzelmir yaxinlawdim amma menle ele davrandiler ki ged kime deyirsen de biz senin telefonu duzeltmirik ged my phone in ozu ile danis ne ise uzatmiyim Vuqar Quliyev kimi werefsizler coxdu burda kimse nese oyrense mene xeber edsin cox sagolun

  • Bu sirketde 263 dollar pulum qalib menim. Indide ne sehifeleri isleyir ne deki emaillere cavab vermirler. Paypalla odenis etmisem. Cox xais edirem bu barede mene yol gostere bilecek biri varsa mene yazsin. Pulumu nece geri ala bilerem

  • Salam, tesedufen bu meqaleye rast geldim, wehrlere baxib hech inana bilmedim ki bu wirket bele firildag iwlere bawlayib. men bu wirketden 1-2 il bunnan evvel $ kohne kursunnan coxlu telefon sifariw vermiwem, ve hec bir problemle rastlawmamiwam. ofisleri ise Demirci plazada sehf etmiremse 6ci mertebede olmalidir (Demirci plaza, Xetai m/s yaninda yerlewir)
    Hetta 1 defe iphone 6 teze cixan vaxtlar idi, 2 ed. sifariw etdim, mene 3 ed. gelmiwdi))
    arada sehf telefonlarda gelirdi, amma sehfen bawka adamin telefonlarida gelmiwdi mene, onlari ofis vasitesi ile sahiblerini tapirdig, ve qaytarirdig ozlerine.
    yani bu wirketnen burda oxudugum kommenetlere baxanda, hech bir problemim olmayib.
    amma bu 1-2 ilin sohbetidi.
    amma indi eger bele firiladag iwler gorurlerle elbetdeki bu yaxwi hall deyil.
    umumiyyetle size deyim, indiki zemane, xususende bu $ qalxdigdan sonra, caliwin online saytlardan hecne sifariw etmeyin, cunki firildaglar heddinnen artig coxalib.
    20-30 $ artig odeyin, amma mali negd alin, negd alinki sonra nese problem olsa, yerindece, heckime hecne yazmadan, ele aldigiviz yerdede hell edesiniz.
    Bele meqaleler ucunde twk etmek isteyiremki, en azinnan bilmeyenler bilsinki, bele firildag iwler goren wirketden hecne alinmasin.

  • Bunları baykot eləməz lazımdı sosial şəbəkələrdə və televiziyada. Mənim iş yoldaşımında başına oyun açıblar. Telefonu alıb 2-3 həftə süründürdülər ama prablemidə həll etmədilər. Prablem o idiki telefon nömrəni tanımırdı

  • Tezelikce mende telefon aldım. 14gub erİnde nasazliq çixdi. Gönderdin izlerine yalandan güya telefona su dusduyunu hazırlar ve temirden boyun qaçırırlar. Bele bir halda ne etmek lazimdi ?
    Azad İsyehlakcilar Birliğine sikayetin daha düzgub olduğunu dediler. Siz ne meslehet vere bilersiniz ?

  • mende bunlarda telefon sifaris etmidem 30 avqusta gelmeli idi amma helede gelmeyib bunlarin baki ofisinin yerini bilen varsa zehmet olmasa yazsin bura .menimle indiye kimi hec bir elaqe saxlamirlar

      • qardas duz edirsiniz bunu paylasirsiniz .bunlar kecen il menim basima bir oyun acdilar ki ,bunlardan kecen il 3 ay erzinde 3 telefon aldim .birini dostumun adina ikisini ise oz adima .telefonun kamera parametrleri ferqli cixdi yeni men sifaris vermisdim HTC816 G yerine geldi gecikme ile 816d h.,qutunun da ustune yazilmisdi 816 g.isimden avara ola ola apardim 2 hefte de bele uzandi axirda bir dene google kamera yukleyib gonderdiler mene ki bu problem nedir biz de bilmirik .gerek siz vaxtinda deyerdiniz .15-20 defe zeng etdim size verdikleri cavabi mene de vermisdiler.bir sozle sonra tel lazim oldu ele Irsad telecomdan aldim .lap eladir sa[ olsunlar .hormetle de yanasirlar.amma bu myphone ae 0000.bundan sonra orada en bahali telefonu bele mene havayi verseler almaram

    • Əvvəl Xətai metrosunun qabağındakı hansısa navastroykada ofislərinin olduqlarını deyirdilər. Bu yaxınlarda da guya servis mərkəzi açdılar ama 2 günədə bağlandı mərkəz.

  • Məndə də hal hazırda bu problem var.Sifariş verdiyim telefonun məbləğini 430 dolları 2016 avqust ayının 8-i Bank Standarta ödəmişəm.Bugün avqustun 16-dı. Hələ də myphone saytı təsdiq mesajı göndermeyib.Birinci yalandan atdılar Bank Standartın üstüne.Araşdırdım Bank dedi ki,biz elə həmin günü,yəni avqustun 8-i pulu hesaba gondermişik. Yəqinki belə hərəkət etməkdə myphone saytının hansısa bir marağı var.Yoxsa bu qədər keyfiyyətsiz hərəkət etməzdilər.

Şərh yaz