Vaxt

Uşaqlığım, Gәncliyim, ahıllığım —еynimi?!
Yоx, hәr biri başqadır, bir-birinә yad kimi
Gәlәn qоvur gеdәni.
Inkar еdir mәn, mәni…
Ömrün hәr pillәsindә başqalaşır tәbimiz,
Dünyada mәqsәdimiz, dünyadan tәlәbimiz.
Vaxt mәni pәrvanәtәk başına dоlandırır,
Dünәn qanmadığımı bu gün mәnә qandırır.

Kim döşünә döyәr ki,
Mәn vahidәm, mәn birәm!
Bircә bunu bilirәm: mәn güclüyәm, qadirәm.
Mәn gücsüzәm, acizәm tәkcә vaxtın әlindә.
Ömrün о sahilinә әlim yеtә bilmәyir.
Ömrün bu sahilindә.

Hanı gözümün nuru,
hanı qәlbimin qоru!
Kimdir udan, uduzan zaman ilә arzunun әbәdi yarışında!
Saçımın ağlığında, alnımın qırışında
Zaman nеcә at çapır, yüyәni öz әlindә.
Оğulsansa, tap görək, kimdir atın bеlindә!
Mәn öz azadlığıma tanrı dеdim, haqq dеdim
Bir hökmә, bir fәrmana mәn başımı әymәdim
Amma vaxtın dalınca
Ömrüm bоyu qul kimi nеcә sürünmüşәm mәn
Qоlumdakı saatın quluna dönmüşәm mәn.

1985 – Bəxtiyar Vahabzadə (Axı dünya fırlanır)

Elektron Hökumət Portalı – e-gov.az yeniləndi!

Maraqla izlədiyim və istifadə etdiyim Elektron Hökumət Portalı veb səhifəsi yenilənib. Daha müsair, sadə və istifadəsi rahat bir görünümə sahib olduğunu düşünürəm. Portaldan çox istifadə edən biri kimi açığı köhnə dizayna öyrəşmişdim ancaq yenisi daha səliqəliqəli və sadə olduğu üçün tez öyrəşəcəyəm yəqin ki.

Bilməyənlər üçün onu da qeyd edim ki, Elektron hökumət portalından qeydiyyatdan keçərək vəya elektron imza kartı vasitəsilə daxil olaraq birçox əməliyyatı yerinə yetirə bilərsiniz. Məsələn, sadəcə elektron ərizəni dolduraraq evinizə yeni telefon xətti çəkilişi üçün sifariş verə bilər, mövcüd telefon nömrənizi addan ada keçirə bilər, yaşayış yerindən arayış , iş yerinə dair arayış , rabitə xidmətlərinə görə borcun olub olmaması haqqında arayış, şəxsiyyət vəsiqəsinin məlumatları üzrə arayış, diplom haqqında elektron arayış çap edə bilərsiniz. Təbii ki, bu sadaladıqlarım mövcud elektron xidmətlərinin çox az hissəsidir. Bunlardan başqa birçox xidmətlərdən faydalana bilərsiniz.

Daha ətraflı e-gov.az saytına daxil olaraq öyrənə bilərsiniz.

Yeni dizayn aşağıdaki kimidir:

Elektron Hokumet Portali

Paypal hesabındaki pulu necə çıxara bilərəm?

Paypal ilə əlaqəli məqalə yazmışdım. Düşünrəm xeyli maraqlı mövzu imiş ki, ziyarətçilər az olsa belə 91 şərh yazılıb :). Bir neçə gün əvvəl paypal səhifəsində yeniliklər etti. Bəzi yeniliklər əlbəttə xoş oldu ancaq xoş olmayan yeniliklər də var. Onlardan biri paypal hesabınızdaki məbləği çıxarmaq ilə əlaqəlidir.

Bildiyiniz kimi, paypal Azərbaycan bank hesablarına pul köçürməyi dəstəkləmir hal hazırda. Ümumiyyətlə paypal hesabındakı pulunuzu nəğdləşdirmənin iki yolu var idi. Biri bank hesabına pul köçürülməsi digəri isə karta pul köçürmə ilə. Bank hesabına pul köçürülməsi ödənişsiz, karta pul köçürmə isə ödənişli idi. Ödəniş təxminən 7.5 türk lirəsi idi.

Bu günlərdə yenilik edildikdən sonra artıq paypal səhifəsində sadəcə bank hesablarına pul köçürülməsi aktiv görünür. Digər yol olan karta pul köçürülməsi isə ləğv edilib. Bu da o deməkdir ki, Azərbaycanda pulu nəğdləşdirmək müşkül məsələyə çevrilib.

paypal-banka-hesabina-para-cekme

Mən də açığı həmişə karta pul köçürmə yolundan istifadə edirdim. Hesabım Türkiyə hesabı olduğu üçün sadəcə Türkiyə banklarına köçürmə edə bilirdim. Ancaq karta köçürmə Azərbaycan bank kartları üçün də mümkün idi. Bu yeniliklərdən sonra karta pul köçürmə çətinliyi ilə qarşılaşdım. Biraz axtarış etdikdən sonra isə bir yolunu tapdım.

Belə ki, əgər hesabınız Türkiyə hesabıdırsa bu linkə daxil olduqda görəcəksiniz ki, yuxarıda göstərdiyim şəkildəki bildirişi alırsınız. Bəlkə də, gələcəkdə artıq bu linkə daxil olduqda yenidən karta köçürmə aktif olacaq onu deyə bilmərəm ancaq hazırda bu bildiriş ekrana çıxır. “Ödeme çekimi şu anda desteklenmiyor.”

Ancaq buradan daxil olsanız görəcəksiniz ki, əvvəli kimi karta pul köçürülməsi hələ də aktivdir. Yəni bu yolla əvvəlki kimi paypal hesabındaki məbləği karta köçürə bilərsiniz. Belə görünür ki, hazırda bəzi ölkələrdə bu funksiya aktivdir. Burada ağlıma iki səbəb gəlir, ya həmin ölkələrdə yeni versiyaya keçməyiblər, ya da doğurdan da bəzi ölkələr üçün bu funskiya məhdudlaşdırılıb.

paypal-banka-hesabina-para-cekme2

Onu da qeyd edim ki, açıqladığım bu yolla bugün (06.10.2015 tarixində) transfer gerçəkləşdirmişəm. Heçbir problem olmayıb. Xeyirlisi ümid edirəm gələcəkdə bu funksiya tamamilə ləğv edilməz vəya ən azından Azərbaycan üçün də bank hesabına transfer aktivləşdirilər.

Paypalın pul göndərmə və alma, sadəcə pul göndərmə əməliyyatına icazə verdiyi ölkələrin siyahısına buradan baxa bilərsiniz.

Dövlət qulluğuna hazırlıq android tətbiqi

Hər il dövlət, magistratura və s. imtahanlarında iştirak edən biri olaraq düşündüm ki, belə bir proqram lazımdır. Çünki hərgün hamımız metroda, avtobusda orda burda oluruq ancaq telefonumuz həmişə yanımızdadır. Sözün düzü proqramı özüm üçün düşünmüşdüm. Telefonda PDF dən oxumaq çətin olur. Çünki şriftləri böyütdükçə görüntü dağılır və s problemlər meydana çıxır. Əlbətdə bunların çarəsi var ancaq ayrıca bir proqramda sizə lazım olan  bütün materialların bir yerde olması və istədiyiniz zaman çox sadə bir tətbiq ilə bu materiallara əlinizin çatması işinizi asanlaşdırmış olur.

Mobil tətbiqlərin proqramlaşdırılması ilə məşğul deyiləm. Sadəcə Android Studio incələrkən şəxsi istifadə üçün nəzərdə tutduğum tətbiqi istək olduğu üçün ümumi istifadəyə açdım. Google Play marketdə “DQMK” vəya “Anar Samadov”  açar sözlərini daxil edərək tətbiqi mobil cihazınıza yükləyə bilərsiniz.

Əlbətdə bu tip tətbiqlər var və bu tətbiq Dövlət Qulluğu imtahan mövzusunda ilk deyil. Sadəcə şəxsi düşüncəm bəzi bu tip proqramlarda mətnlər oxunaqlı deyil. İç içə və qarışıq şəkildə daxil edildiyi üçün diqqəti pozur. Hazırladığım tətbiqdə əsas diqqət etdiyim mövzu budur. Tətbiq çox sadədir və istifadəçinin diqqətini dağıtacaq əlavə funskiya reklam və s yoxdur.

Tətbiqə hazırda qanunlar əlavə edilir və yaxın tarixlərdə bütün əlavələr edilərək tətbiq yenilənəcədir. Fikirlərinizi, təkliflərinizi şərhlərdə bildirsəniz məmnun olaram.

Əlavə olaraq onu da qeyd edim ki, tətbiqdəki materiallar “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya”nın internet səhifəsindəki proqramlara əsasən əlavə edilir.

Bu tətbiq “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” nın rəsmi tətbiqi deyil və komissiya ilə heçbir əlaqəsi yoxdur.

Namizədlərə imtahanda uğur arzu edirəm.

Tətbiqi mobil cihazınıza yükləyin: “Dövlət qulluğuna hazırlıq-DQMK

Qədim Kənd

Kәndin оrtаsındа аyаq sахlаyıb
Bахıb düşünürәm hеy dәrin-dәrin.
Hörümçәk tоr qurub, yuvа bаğlаyıb
Dаğılmış küncündә uçuq еvlәrin.

Qоcаlаr dаyаnıb yоl qırаğındа,
Nә cаvаn görünur, nә uşаq qаlıb.
Vәһşi оtlаr bitib mеyvә bаğındа,
İyirmi binаdаn biri sаğ qаlıb.

Hаnı gәl-götürü, firаvаnlığı,
Tәnһаlıq yükümü üstünә düşüb.
Kоl-kоs içindәki qәbiristаnlığı
Yаğışdаn, yаğmurdаn nә günә düşüb.

Döyür qаpılаrı ахşаm külәyi,
Pоzulub cığırlаr, silinib izlәr.
Dаm vаr ki, titrәyәn ахır dirәyi
Çәnәdә lахlаyаn sоn dişә bәnzәr.

Lаkin tәbiәtin zinәtinә bах.
Çаylаr, şәlаlәlәr, sәrin bulаqlаr
Tоrpаğın gücünә, qüdrәtinә bах,
Bir qаrış оtlаğı bir sürü sахlаr.

Qаrtаllаr һаvаdа şığıyır yеnә,
Sulаrı dәrmаndır ilk gündәn bәri
Qаyаlаr bеlindәn çiyin-çiyinә
Bоylаnır üzünә dаğ kеçilәri.

Mеşәlәr qәrq оlub gülә, güllüyә,
Аylı gеcәlәri sәssiz-sәmirsiz…
Bәs nәdәn göz yumub bu gözәlliyә
Bir ucdаn şәһәrә ахışırıq biz.

Nәdәn yаyılmаsın çölә, çәmәnә
Gәnclәrin qәlbаçаn mеһribаn sәsi,
Nәdәn һәsrәt qаlsın gеdib-gәlәnә
Mәğrur pаlıdlаrın sәrin kölgәsi.

Nә üçün mаşınlаr gәlib çаtmаsın,
Kitаb, kitаbхаnа һаnı bu yеrdә.
Nәdәn çохаlmаsın, nәdәn аrtmаsın
İliç lаmpаsının sаnı bu yеrdә.

Biz ki, bоy аtırıq ötdükcә illәr,
Tаriх şаһiddir bu һәqiqәtin.
Bәs niyә duymаsın burdа nәsillәr
İsti nәfәsini mәdәniyyәtin.

Nеcә bu аğrını sаlmаyım yаdа,
Dоğmа оvlаqlаrа qıymаq оlаrmı?
Düzlәrdә yаşаmаq аsаn оlsа dа,
Dаğlаrı insаnsız qоymаq оlаrmı.

Hüseyn Arif

Youtube kanalları nə qədər qazandırır?

Əslində bu yazımda youtube kanalı ilə pul qazanmaq haqqında yazmaq istəyirdim. Ancaq düşündüm hələki bu haqda yazmayım. Bəlkə bir neçə müddət sonra yazaram. Sadəcə bəzən mənə də maraqlı olan hansı youtube kanalı nə qədər qazanır sualını cavablandırmaq üçün socialblade haqqında yazacam qısaca.

Socialblade.com əslində youtube partnyorluq xidmətidir. Ancaq daha çox youtube kanallarının statistikasını yayınlaması ilə məşhurdur. Socialblade məşhur kanalların abunə sayını, video sayını, videoların izlənmə sayını və bunara bağlı olaraq da təxmini günlük, aylıq və illik gəlirini hesablayır.

Youtubeda ən populyar kanalların, bəzi ölkələrə görə ən populyar kanalların siyahısını da səhifədən əldə edə bilərsiniz. Əslində sadəcə youtube kanalları deyil, instagram və twitch istifadəçiləri üçün də bəzi statistikalar əldə etmək mümkündür.

Saytın dili ingilis dilindədir. İstifadəsi əslində çox sadədir. Saytın sağ üst hissəsindəki axtarış bölməsinə youtube kanalınızın id`sini yazmağınız kifayət edir.

Məsələn: izlədiyim bir kanalın linkini verim.  https://www.youtube.com/channel/UCBJycsmduvYEL83R_U4JriQ  qalın hərflərlə işarələdiyim bölmə youtube kanalının id`sidir. Yəni həmin bölməni kopyalayaraq socialblade səhifəsində axtarış etsəniz, kanalın statistkasına baxa bilərsiniz.

Onu da qeyd edim ki, bəzi kanalları axtardığınızda qarşınıza nəticə çıxmaya bilər. Həmin kanallar axtarışınız zamanı yaddaşa alınıb izlənilir və bir müddət sonra həmin kanalın statistikasını da əldə etmək mümkün olur.

Yuxarıda qeyd etdiyim kanal mobil cihazların incələnməsi, qarşılaşdırılması, yeni cihazların təqdim edilməsi ilə əlaqəlidir. Nümunə olaraq həmin kanalın statistikalarını paylaşıram.

socialblade-youtube-channel-statistics

 

Buraya klikləyərək həmin səhifəni socialblade saytında görüntüləyə bilərsiniz.

Beləcə istədiyiniz kanalın id`sini əlavə etməklə sizi maraqlandıran statistikanı əldə etməyiniz mümkündür.

Hamı öz işiylə məşğul olsun

Deməli bir məsələ biraz canımı sıxır. İstədim bu barədə bəzi fikirlərimi qeyd edim. Yazacaqlarım əslində ikt aləmində çalışanlara aid olacaq, developer, dizayner və s. vəzifələrində çalışanlara.  Daha doğrusu birbaşa onlardan məsul olan şəxslərə.

İKT sahəsi elə geniş və günümüzdəki insanların marağını cəlb edən sahədir ki, qocasından uşağına qədər çox adamın həvəsi var. Əlbətdə maraqlı sahədir. Elə ona görə də ixtisası tamamilə fərqli olan insanlar belə ucundan qulağından bu sahə ilə maraqlanmağa başlayır. Burda bir problem görmürəm. Maraqlanmalıdırlar əlbətdə.

Yəqin mənlə razılaşarsınız ki, günümüzdə artıq demək olar hər bir müəssisənin internet səhifəsi və bu səhifənin dizaynı, proqramlaşdırılması, sosyal şəbəkələrdə tanıdılması üçün xüsusi olaraq işə götürdüyü insanlar var. Hansı ki, işə götürərkən onlarda müvafiq qabiliyyətlərin olmasını arzu edirlər. Eləcə də vakansiyalarda həmin qabiliyyətləri qeyd edirlər və nəticədə həmin qabiliyyətlərin heç olmasa 80-90 faizinə malik olduğuna inandıqları insanları işə qəbul edirlər. Çox gözəl! Bura qədər heç bir problem yoxdur.

Həmin insan hansı ki, dizaynerdir vəya proqramistdir vəya sosial marketinq mütəxəssisidir, bilir nə iş görməlidir və necə görməlidir. Çünki bu qabiliyyətlərinin olduğuna görə işə qəbul edilib!

Ancaq bu insan işə başlayır, deyək ki, dizaynerdir və internet səhifəsinin dizaynını hazırlayır. Təəssüf ki, bu məqamda müəssisə rəhbəri vəya həmin işçidən məsul olan şəxslər hazırlanan işə o qədər müdaxilə etməyə çalışırlar ki, sanki bu iş üzrə mütəxəssisdirlər. Əslində işə götürərkən “kreativ işlər istəyirik“, “bu bizim sahəmiz deyil“, “siz daha yaxşı bilərsiniz” kimi sözlər sərf ediblər ancaq çox bilmişliklərindən də qala bilmirlər. İşin gedişində “məncə buranı bu rəng edək”, “məncə belə edək”, “məncə bu olmasın”, məncə məncə məncə… istədiyiniz qədər bu “məncə” ləri uzatmaq olar.

Bu barədə əslində Barış Özcanın gözəl bir videosu var. Elə onun dediklərini də nəzərə alaraq bəzi məqamları deyəcəm. Sonda isə həmin videonu izləməyiniz üçün paylaşacam.

Deməli hörmətli rəhbərlər (məsul şəxslər) əgər kreativ iş gözlənilirsə və siz bu iş üçün işçi götürmüsünüzsə icazə verin rahat işlərini görsünlər də. Nəyə görə axı ixtisasınız olmadığı halda, bir iki internet səhifəsində, hardasa rastlaşıb qatıldığınız seminarda, kimdənsə eşitdiyiniz nələrəsə görə bu işdən anlayan, bu işin mütəxəssisi kimi hiss edirsiniz özünüzü?

Axı bu iş zənn etdiyiniz qədər sadə məsələ deyil. Məsələn internet səhifəsinin dizaynında istifadə olunan fontundan tutun, səhifədəki boşluqlara qədər hərşeyin öz qaydası qanunu var axı.

Dizayner olmaq, developer olmaq və s. bu qədər asan işdirsə, hamının iki seminar, üç video izləyərək görəbiləcəyi bir işdirsə onda niyə işçi götürüb əlavə xərc çəkirsiniz? Sizə belə davrandıqda işçiniz necə kreativ ola bilər axı? Necə rahat iş görə bilər? Necə özünə güvənə bilər?

Bilərək vəya bilməyərək işçinizə əngəl olduğunuzu unutmayın! Məncə hamı öz işiylə məşğul olsun!

Vəya yenə Barış Özcanın dediyi kimi “Mən əslində bu işləri yaxşı bilirəm. Başım çıxır. Sadəcə vaxtım yoxdur deyə, bu sahədə mənə kömək olsun deyə işçi götürmüşəm” kimi cümlələr sərf edib özünüzü gülünc vəziyyətə salmayın.

Son olaraq çox istərdim aşağıdaki videonu sona qədər izləyəsiniz:

PS: Bunlar mənim şəxsi fikrimdir. Kiminə görə düz, kiminə görə səhv ola bilər. Sadəcə bu mövzuda düşüncələrimi paylaşmaq istədim.

Torpaqdan pay olmaz

Biz yaxın olmuşuq qədimdən, yaxın.
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən.

Əgər düşmənsənsə, hiylədən əl çək,
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı. ancaq
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da.
Təbriz də. Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr –
Yəni bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..

Arxını gəl selimə bənd eləmə,
Bu, qan davasıdır, bu, qan davası.
Xəbərimiz yoxdur… yamaqmış demə
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim.
Şərəfim,
Şöhrətim,
Öz adım mənim…

Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa, sənə “hay” verim!

“Dığalar” yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış,
Neçə yol vermişəm, görünür azmış,
İstəyir mən ona yenə pay verim!

Yoluna bax

Gecə ayrı bir gecə.
Sakit, aylı bir gecə,
Piyada yol gedirəm,
Yola sərilib sükut,
Ulduzlarla mıxlanıb
Göyə bir topa bulud.
Yolum dərədən keçir,
Yolum təpədən aşır.
Deyəsən yol axırda
Gedib aya dırmaşır.
Gecə, aylı bir gecə..
Gecə ayrı bir gecə…

Könlümə uçmaq düşdü,
Gözümü dikdim aya,
Niyə axı qanadsız,
Gəlirik biz dünyaya?!
Qalxardım asimana,
ay nurunda üzərdim,
dağların başı üstə
Qartal kimi süzərdim..
Ayağım daşa dəydi,
tozlu yola sərildim
Özüm özümə gəldim.
“Göyə, aya, ulduza
adam yavaşca qalxar”.
Gecə yol yeriyəndə
Adam yoluna baxar!

Fikrət Qoca

Könül deyir, yaşa hələ

Səfərdəyəm, səfərimi
Vurmamışam başa hələ.
Arzularım, əməllərim
Toxunmayıb daşa hələ.

Dolanıb kəndi şəhəri,
Dağlarda açdım səhəri
Fikrim gəzir üfüqləri
Dönüb qızıl quşa hələ.

İlləri yola salmışam,
Şeir yazıb, saz çalımşam
Ömür deyir: – Qocalmışam,
Könül deyir: – Yaşa hələ.

Hüseyn Arif
(Ayrı düşəli kitabından)

Azərbaycanlı istifadəçilər artıq ödənişli android tətbiqlər yayımlaya biləcək.

Bildiyiniz kimi hazırlanan android tətbiqlər play store üzərindən pulsuz vəya pulllu şəkildə istifadəçilərə təqdim edilir. Bugünə qədər Google Azərbaycan istifadəçilərinə pullu tətbiqlər yayımlamağa icazə vermirdi. Yəni bir yolunu tapıb yayımlasanız da Google Azərbaycan hesablarına ödəmə etmirdi. Bunun üçün istifadəçilər fərqli yollara üz tuturdu. Məsələn fərqli ölkələrdə hesab açdıraraq android tətbiqi yayımlaya bilirdilər.

Ancaq Google artıq bir neçə ölkəyə də satış dəstəyi verib. Bu ölkələr arasında Azərbaycan da var.

google-android-app-sell

Rəsmi məlumat belədir:

“Satıcılar için desteklenen yeni konumlar: Azerbeycan, İzlanda, Peru veya Yemen’de yaşıyorsanız artık satıcı olarak kaydolabilirsiniz. Satıcı yönergeleri hakkında daha fazla bilgi edinmek için lütfen Google Play Geliştirici Yardım Merkezi‘ni ziyaret edin.”

Hansı ölkələrin satış icazəsi olduğunu buradan öyrənə bilərsiniz.

FTP nədir? Sayt internetə necə ötürülür?

Əvvəla FTP nədir?, nə işə yarayır? bu sualları cavablandırıb sonra hazırladığınız veb səhifəni internetə necə ötürə biləcəyinizi, necə yayımlaya biləcəyinizi başa salmağa çalışacam. FTP (File Transfer Protocol) kəlimə anlamı olaraq faylların ötürülməsi protokoludur. FTP yardımı ilə şəbəkədəki iki kompyuter arasında fayllarəm mübadiləsini həyata keçirir. Teorik bilgi olaraq bu qədərini bilməyiniz kifayətdir :) Gerisini bilməsəniz də olar. Heç mən də bilmirəm gerisini :) Gerisini nə qədər əzbərləsəniz də tətbiq etmədikdən sonra heçbir işə yaramayacaq. Ən azından mənim fikrim belə olub həmişə.

FTP nə üçün istifadə olunur?

FTP vasitəsilə faylları başqa kompyuterlərə ötürmək üçün FTP proqramlarından istifadə olunur. Bunlara nümunə olaraq cuteFTP, FileZilla, Smart FTP və birçox fərqli proqram adlarını sadalamaq mümkündür. Ancaq bunlardan deyərdim ki, ən çox istifadə olunanı FileZilladır. Səbəbi də yəqin ki pulsuz olmasıdır :)

Ümumiyyətlə FTP-dən daha çox veb səhifələrinin hər hansı bir hostingə ötürülməsi, loru dildə desək veb səhifənin internetdə yayımlanması üçün istifadə olunur.

Sayt internetə necə ötürülür?

Şəxsi kompyuterinizdə hazırladığınız veb səhifələrini sadəcə siz görəbilər, istifadə edə bilərsiniz. Səhifənin bütün dünyada istifadə ediləbilməsi üçün veb səhifəyə aid hazırlanmış bütün faylları internet şəbəkəsinə ötürmək lazımdır. Bunun üçün əvvəlcə hər hansı bir şirkətdən veb səhifəniz üçün ad (domain) və yer (hosting) almalısınız.

(Onu da qeyd edim ki, bəzi pulsuz domain adları və hosting satan şirkətlər də mövcuddur. Bu domain adları adətən .tk ilə bitən vəya hansısa şirkətə məxsus domainin əvvəlinə vəya sonuna adlar əlavə etməklə reklam məqsədli verilir. Pulsuz verilən bu hosting şirkətlərində veb səhifənizi yerləşdirdikdə həmin şirkətə aid reklamlar səhifənizdə göstərilir.)

Domain və Hosting-in nə olduğunu qısaca açıqlamaq lazımdırsa, domain veb səhifənizin internet üzərindəki adıdır. Əslində veb səhifələri internet şəbəkəsində ip adreslərlə ayırd edilir. Ancaq hər veb səhifəsinin ip adresi yadda çətin qalacağı üçün domainlərdən istifadə edilir. Məsələn: www.google.az domaindir. Biz www.google.az yazdıqda əslində 216.58.209.31 ip adresinə daxil olmuş oluruq. İstəsəniz veb bələdçisində (web browser) adres çubuğuna 216.58.209.31 adresini daxil edib enter düyməsini sıxaraq www.google.az saytına daxil olduğunuzu müşahidə edə bilərsiniz.

Bəs hosting nədir? Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu kompyuterin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir (mənbə: domen.az). Yenə loru dildə açıqlama vermək lazımdırsa, necə ki, şəxsi kompyuterinizdə veb səhifəsini hazırlamaq üçün kompyuterin yaddaşında yer olmalıdır, eləcə də veb səhifənizi internetə yerləşdirmək (ötürmək) üçün, səhifəmizə aid faylları itnernet şəbəkəsinə yüksək sürətli çıxışı olan bir kompyuterə yükləməliyik. Bunun üçün də xüsusi şirkətlər sırf bu iş üçün ayrılmış serverlərə sahib olaraq, həmin serverlər üzərində müəyyən həcmlərdə yerlər satırlar. İstifadəçilər də həmin yerləri alaraq (əslində kirayə olaraq alınır, aylıq vəya illik ödəniş edilir) veb səhifələrinin internetə çıxışını təmin etmiş olurlar.

FileZilla proqramından necə istifadə edilir?

Bütün bu məlumatlardan sonra nümunə olaraq əlimdəki boşda olan bir domain və hostingi istifadə edərək FileZilla proqramı vasitəsi ilə faylları hostingə necə atacağınızı göstərəcəm. Videodan əvvəl FileZillanı buradan endirə bilərsiniz.

Mega Dropdown Menu

Səhifələrinizi kodlayarkən istifadə etmək üçün çox vaxt hazır menular axtarırsınız yəqin ki. Paylaşacağım menu CSSJS ilə hazırlanmış mega dropdown menu nümunəsidir. Çox məqsədli menu kimi birçox səhifələrdə istifadəyə uyğundur. Ən əsası pulsuz nümunədir :).  Ancaq pul qazanmaq üçün hazırladığınız saytlarda istifadə etmək üçün EXTENDED LICENSE almalısınız. Əks halda nümunə sahibinin sizin haqqınızda şikayet etmə hüququ var.

Nümunəyə gəldikdə isə paylaşacağım səhifədə nümunəni necə istifadə edəcəyiniz və nümunənin hazır versiyası mövcuddur.

Nümunəni endirmək və demo versiyasına baxmaq üçün buraya klikləyin.

 

jQuery Slider, jQuery Carousel tövsiyyəsi

Web səhifələr hazırlayarkən çox istifadə etdiyiniz bəzən bəlkə də çox əziyyət çəkdiyiniz bölümlərdən biri də slider bölümləridir yəqin ki :). Bu paylaşımımla istədim bu mövzuda az da olsa bir köməklik edim. İki ədəd istifadəyə çox uyğun jquery nümunəsi tövsiyyə edirəm.

Bunlar bxSliderowlcarousel qoşmalarıdır.
Bu qoşmaları bəyənməyimin əsas səbəbi həm istifadələrinin rahat və problemsiz olması, həm də responsive (mobil cihazlara uyumlu) olmalarıdır.

bxSlider nümunələrinə buradan baxa bilərsiniz.

bxslider

OWL Carousel nümunələrinə isə buradan baxa bilərsiniz.

Owl Carousel

Ümid edirəm işinizə yarayar.

jQuery və CSS ilə rəy sistemi – Testimonials Carousel

client-testimonials-carousel-featured
Xüsusilə xidmət satan web səhifələrinin çox istifadə etdiyi müşətri rəylərini göstərən maraqlı bir tətbiqi paylaşmaq istəyirəm. Hazır tətbiq CSS və JQuery ilə hazırlanıb.

Tətbiqin hazır versiyasına buaradan baxa bilərsiniz.

Tətbiqi endirmək üçün buraya daxil olaraq download düyməsini sıxın.

Onu da qeyd edim ki, tətbiq eyni zamanda mobil cihazlar üçün də nəzərdə tutulub. Yəni responsive olaraq hazırlanıb.

Daha 4 elektron arayış növü istifadəyə verilib.

Maraqla izlədiyim “Elektron Hökumət” portalında yenilik olub. Daha 4 elektron arayış növü vətəndaşların istifadəsinə verilib. Və düşünürəm bunlar önəmli 4 arayış növüdür.
Arayışları “Elektron Hökumət” portalına giriş etdikdən sonra E-Xidmətlər bölməsində ən altda yerləşən Elektron Hökümət Portalı başlığı altında əldə edə bilərsiniz.

1. Yaşayış yeri haqqında arayış:

yasayis-yeri-haqqinda-arayis

2. FİN-ə görə fərdi məlumatların axtarışı (Şəxsiyyət vəsiqəsinin surəti) :

shexsiyyet-vesiqesinin-sureti

3. Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış:

telefon-borcunun-olmamasi-haqqinda-arayis

4. Diplom haqqında məlumatlar:

Mənim diplomum xarici ölkəyə aid olduğu üçün bu arayışdan təəssüf ki istifadə edə bilmədim. :)

Təklif :)

Düşünürəm gözəl yenilikdir. Ancaq bir təklifim də var, Yaşayış yeri haqqında arayışa bir əlavə kimi vəya yeni bir arayış növü kimi yaşayış yerində kimlərin qeydiyyatda olduğu məlumatını verən bir arayış pis olmazdı :). Məsul şəxslərə bir təklif olsun :)

Remodal jQuery plugin – necə istifadə edilir?

Günümüzdə veb səhifələr hazırlayarkən mütləq jQuery javascript kitabxanasından istifadə edirik. jQuery kitabaxanasını istifadə edən qoşmalardan birini bu yazımda tanıdaraq, istifadə qaydasını göstərəcəm.

Deməli istifadə edəcəyimiz jQuery qoşmasının adı Remodal`dır. Müxtəlif səhifələrdə yəqin ki, müvafiq bağlantıya kliklədikdə səhifənin qaralıb yeni bir mesajın vəya səhifənin çıxdığını müşahidə etmisiniz. Bu qoşma da elə həmin əməliyyatı yerinə yetirmək üçün istifadə edilir.

Remodal jquery plugin istifadə qaydası

Keçək istifadə qaydasına.

Əvvəla remodal adlı bir qovluq açıb içərisind index.html adlı fayl açıb aşağıdaki kodları addım addım əlavə edək:

1. Addım: HTML səhifəmizi hazırlayaq

 

 
Kodlar bölməsində qeyd etdiyim başlıq, gövdə, alt hissə bölmələri şərhdir. Bu tip kodlar istifadəçiyə göstərilmir. Sadəcə asanlıq olsun deyə qeyd etmişəm. Çünki əlavə edəcəyimiz kodlar bu şərhlərin altına əlavə edilməlidir.
 
2.addım: Səhifəmizə jQuery kitabxanasını əlavə edək. Jquery kitabxanasını səhifəmizin body təqləri arasında ən alta body təqini bağlamadan əvvəl “alt hissə” şərhinin altına əlavə etməliyik.
 

 
3.addım: Remodal qoşmasının rəsmi səhifəsinə gedərək lazımı paketi endirməliyik. Bunun üçün bu linkdən istifadə edə bilərsiniz. Açılan səhifədə Downloads bölməsində Source Code (zip) faylını endirə bilərsiniz.
 
4.addım: Endirdiyiniz zip faylı içərisində src qovluğundakı jquery.remodal.cssjquery.remodal.js fayllarını 1. addımda açdığımız remodal qovluğuna atmalıyıq.
 
5.addım: Qovluğa atdığımız bu iki faylı index.html səhifəmizdəki kodlara əlavə etməliyik. jquery.remodal.css faylını “başlıq” şərhindən sonra, jquery.remodal.js faylını isə “alt hissə” şərhindən sonra əlavə etdiyimiz jQuery kitabxanasından sonra əlavə etməliyik. Əlavə edəcəyimiz kodlar belədir:

jquery.remodal.css üçün:

jquery.remodal.js üçün:

 

Və son olaraq aşağıdaki kofları “gövdə” şərhindən sonra səhifəmizə əlavə etməliyik:

Deməli bütün kodları bir araya yığsaq index.html faylı aşağıdaki kimi olmalıdır:

Yazdığımız kodları aşağıda RESULT bölməsində hazır formada incələyə bilərsiniz:

İş yerindən arayış almağın ən asan yolu!

Bildiyiniz kimi günlük həyatımızda birçox əməliyyat zamanı iş yerindən arayışa ehtiyac duyulur. Hal-hazırda ən çox kredit əməliyyatları zamanı iş yerindən arayış tələb olunur. Ancaq, iş yerindən arayışın ən qısa zamanda və asan necə əldə ediləcəyini birçoxumuz bilmirik.

Bunun üçün Elektron Hökumət portalından istifadə edərək sürətli bir şəkildə iş yerindən arayış tələb edə bilər, həmin an arayışı elektron formada yükləyə bilərsiniz.

Arayışda birçox məlumatlar qeyd olunur. Məsələn əməq müqaviləsi üzrə aylıq məvacibiniz, əmək müqaviləsi müddəti, arayışın hara təqdim olunacağı, doğum tarixiniz, işlədiyiniz müəssisənin adı, vəzifəniz, şəxsiyyət vəsiqənizə aid məlumatlar və s.

Bunlardan əlavə olaraq arayışa istədiyiniz tarixlərdə keçərli olması üçün tarixi də siz qeyd edirsiniz.

Elektron arayışı necə əldə edə bilərəm?

Elektron arayışı əldə etmək üçün əvvəla Elektron Hökumət portalından qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək üçün  Şəxsiyyət vəsiqəsinə mütləq ehiyac var. Şəxsiyyət vəsiqəsindən əlavə olaraq şəxsi məlumatlarınızı təsdiqləmək və güvənlik məqsədi ilə ən azı 3 sənədin məlumatlarını daxil etməlisiniz. Bu sənədlər Xarici Passport vəya Sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsidir.Bir də öz adınıza qeydiyyatda olan və hal hazırda işləyən mobil nömrə.

Qeydiyyatdan keçmək üçün video təlimatı izləyə bilərsiniz.

Bundan əlavə olaraq müəllimlər üçün sadələşdirilmiş qeydiyyat sistemindən də istifadə edə bilərsiniz. Müəllimlərin sistemə qeydiyyatı ilə əlaqədar təlimatı aşağıdaki videodan izləyə bilərsiniz.

Elektron Hökumət portalından elektron arayışı necə əldə edə bilərəm?

Qeydiyyatdan keçdikdən sonra, əldə etdiyiniz istifadəçi adı və şifrə ilə portala daxil olduqdan sonra E-Xidmətlər siyasınından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərdən “İş yerinə dair arayış” bölməsini seçməlisiniz.

Qarşınızda aşağıdaki səhifə çıxacaq:

is-yerine-dair-arayis
Buradan yeni arayış bölməsinə daxil olaraq iş yerinizi seçərək qarşınıza çıxan növbəti xanaları doldurmalısınız.

is-yerine-dair-arayisin-tesdiqlenmesi

Nəticədə sizə iş yerinə dair arayış PDF formatında təqdim olunacaqdır.

Nümunə olaraq aşağıdaki arayışa baxa bilərsiniz (Şəxsi məlumatlar gizlədilmişdir):

is-yerine-dair-arayis-numune

Elektron arayışa üzərində möhürə ehtiyac yoxdur. Arayış üzərindəki “ştrix kodlar” möhürü əvəz edir.

Son olaraq onu da qeyd edim ki, elektron arayışlar hal-hazırda birçox müəssisədə qəbul edilməkdədir.

Sevdiyiniz brendlərdən “Notify” vasitəsilə xəbərdar olun!

Çox vaxt sevdiyimiz brendlər və bizə lazım olan digər şirkətlər haqqında, endirimlər, kampaniyalar, vakansiyalar və digər yeniliklər barədə məlumatları əldə etmək istəyirik. Bu məlumatları əldə etmək üçün mağazalara gedirik, internet və ya facebook səhifələrinə daxil oluruq. Ancaq indi bu qədər əziyyət çəkməyə ehtiyac yoxdur. Belə ki, artıq sevdiyiniz brendlərdən “Notify” vasitəsi ilə xəbərdar ola bilərsiniz. “Notify” tamamilə yerli məhsul olub AndroidiOS əməliyyat sistemli telefonlar üçün nəzərdə tutulub. Tətbiqin iOS versiyası mart ayının sonunda tam hazır olacaq. hazırda isə Andorid versiyasını istifadə edə bilərsiniz.

notify baku

Notify tətbiqi sizi sevdiyiniz brendlərə üzv olaraq, onların yenilikləri ilə tanış olmaq imkanı ilə təmin edir. Bunun üçün tətbiqdə davamlı aktiv olmağa ehtiyac yoxdur. Belə ki, üzv olduğunuz brendlərdə hər hansı yenilik varsa, bu telefonunuza səsli bildiriş formasında gəlir. Notify tətbiqinin digər reklam növlərindən əsas fərqi ondan ibarətdir ki, spam deyil. Proqram istifadəçiləri yalnız öz maraq dairəsində olan brendlərdən bildirişlər alır və bunlar mətn, şəkil və video tərkibli olduğundan insanlarda daha dolğun məlumat yaradır. Bundan başqa, proqramda azərbaycan, rusingilis dillərinin, tema seçiminin mövcudluğu və bildiriş tənzimləmələrinin olması ilə proqramın istifadəsi çox rahatdır.

Tətbiqi yükləmək üçün Google Play-də Notify-Baku yazaraq və ya http://bit.ly/android_notify linkindən istifadə edə bilərsiniz.

Açıq Hökumət Portalı

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi yaxın tarixlərdə Açıq Hökumət portalının açılışı münasibəti ilə tədbir keçirmişdi. Bu haqqda qısaca məlumat vermək istəyirəm.

Əvvəla qurumun rəsmi səhifəsində də verilən açıqlamaya baxsaq “Açıq Məlumat” – azad şəkildə heç bir məhdudiyyət qoyulmadan, istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır.İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan, istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər.

Belə bir yeniliyə kim əhsən deməz ki? Bu digər dövlətlərdə çoxdan istifadə olunan bir xidmət idi. Azərabaycanda da belə bir xidmətin istifadəyə verilməsi təbii ki, çox sevindiricidir. Xüsusilə də developerlar üçün. :)

 

aciq-hokumet-portali

Bunları başa düşdük bəs bu bizim nə işimizə yarayacaq deyirsiniz yəqin ki. Qısaca bu xidmət vasitəsi ilə hərkəs Açıq Hökumət portalında təqdim olunan servislər vasitəsilə şəxsi səhifələrimizdə, mobil tətbiqlərimizdə birçox xidmətdən faydalana bilərik.

Nümunə ilə açıqlayası olsaq, məsələn hal hazırda Açıq hökümət portalında Azərbaycan adlarının mənası, poçt indeksinə görə küçələrin vəya əksinə küçə adlarına görə poçt indekslərinin öyrənilməsi, Mobil cihazların IMEI kodunun yoxlanılması və başqa servisləri istifadə edərək internet səhifəmizdə kiçik proqramlaşdırmalar ilə istifadəçilərin rahat və tez məlumat əldə etmələrinə köməklik göstərə bilərik.

Əvvəllər səhifələrimizdə bu xidmətləri göstərən səhifələrə keçidlər verərək, istifadəçini başqa bir səhifəyə yönləndirib məlumatı başqa səhifələrdən əldə etməyini istəyirdiksə indi Açıq hökumət portalı vasitəsilə bu xidmətləri birbaşa öz səhifəmizdə göstərə bilərik.

Qısacası bu yenilik şəxsən mənim ürəyimcə oldu.

Ancaq onu da qeyd etməliyəm ki, hazırda portalda göstərilən servislərdə ciddi səhvlər var və bu haqqda idarəçilərə məlumat vermişəm. Ümid edirəm səhvlər tezliklə ortadan qaldırılar.

Servislərin siyahısına buradan baxa bilərsiniz.

Millinet internet mükafatının nəticələri

Millinet 2014 başlayır başlıqlı yazımla layihənin başlanması haqqında yazmışdım. Nəhayət yarışmada iştirak edən səhifələr dəyərləndirildi.

Nəticələrlə buradan tanış ola bilərsiniz.

www.samadov.net də Bloqlar kateqoriyasında ikinciliyə layiq görüldü.

Açığı Millinet bir ölçü deyil. Ancaq hazırladığınız səhifə haqqında münsiflər heyətinin fikirlərini öyrənmək müsbət birşeydir. Çox təəssüf ki bu fikirləri öyrənə bilmək üçün layihədə Nominant olaraq seçilməlisiniz. Yoxsa münsiflər heyətinin sizin səhifələriniz haqqındaki fikirlərini öyrənmə ehtimalınız yoxdur.

Məsələn, bir il əvvəl 3-cü olmusunuz ancaq, bu il səhifəni təkmilləşdirib (responsive dizayn, iOS və android tətbiq və s.) yenidən iştirak etmək üçün göndərib nəticədə heç nominant belə ola bilmirsinizsə bunun səbəbini öyrənmə şansınız yoxdur. :)

Ümumiyyətlə belə layihələrin Azərbaycanda keçirilməsi gözəldir. Ancaq əksikliklər çoxdur.

Düzdür kənardan durub danışmaq asandır amma düşünürəm ki, deyəcəklərim bir tənqid kimi yox, bir sonraki il üçün daha da diqqətli olmağa dəvət kimi nəzərə alınar.

Belə ki, hazırlanan veb səhifələrə qiymət verən bir layihə olaraq Millinet, əvvəla öz səhifəsini təkmilləşdirməlidir zənnimcə.

Ən əsası səhifənin texniki işlərini məsuliyyətli insanlara və layihənin gedişatı zamanı texniki dəstək göstərən insanları yaxşı seçməlidir. Səhv başa düşülməsin, texniki işləri görə bilməyən insanlara tapşırılır demək istəmirəm sadəcə səhlənkarlıqla yanaşılır. Ola bilər ki, iş yoğunluğundan belə olur ancaq bu bir layihədirsə buna diqqət edilməlidir.

Çünki hər il bu mövzuda çox problemlər yaşanır.

millinet-internet-mukafati

Tənqid kimi bir yazı oldu ancaq ümid edirəm səhv anlaşılmaz və gələcəkdə qüsursuz bir layihə halını alar.

Uğurlar.

Paypal ilə ödəmək və hesabınıza pul köçürmək

İnkişaf edən texnologiya, Azərbaycandaki yeniliklər artıq onlayn alışverişdən istifadə edənlərin sayında artışa səbəb olub. Mən də bu yazımda Paypal ilə ödəmə və hesabımıza pul köçürmək barəsində bildiklərimi paylaşmaq istəyirəm.

Bildiyiniz kimi Paypal onlayn ödəmə sistemidir. Onlayn ödəmə üçün bir vasitədir desək daha doğru olardı. Çünki Paypal ödəməni daha əvvəl Paypal hesabınıza tanıtdığınız plastik kartınız (Kredit kartı, debet kart (VİSA/MASTER)) vasitəsi ilə edir.

Paypal sisteminə kredit kartımı necə əlavə edə bilərəm?

Paypal hesabınıza aşağıdaki şəkildə də göstərilən bölmədən kart əlavə edə bilərsiniz.

paypal-kredit-karti-elave-etmek
Kart Əlavə et düyməsini sıxdıqda aşağdaki səhifə ilə qarşılaşacaqsınız:

paypal-kart-elave-edin

Məlumatları daxil etdikdən sonra kartınız əlavə olunacaq. Onu da qeyd edim ki, bu bölmədə siz həm kredit kartınızı (Bolkart Mastercard, Yapikredi Worldcard, Albalı Mastercard) həm də Visa vəya Master kartınızı (debet kart) əlavə edə bilərsiniz.

Kart əlavə olunduqdan sonra sizin kartınızın təsdiqlənməsi üçün kartın aid olduğu banka Paypal tərəfindən 4 rəqəmli kod göndəriləcək. Əvəzində 1$-2$ arasında bir məbləğ kartınızdan çıxılacaq. Kartınız təsdiqləndikdən sonra həmin məbləğ kartınıza geri qaytarılacaq. Bu kodu Bankla əlaqə saxlayaraq əldə edə bilərsiniz. Kodu daxil edərək kartınızı təsdiqlədikdən sonra istədiyiniz kimi alışveriş edə bilərsiniz.

Ancaq bu kartları (istər kredit kartı olsun istərsə də debet kart) yalnız kredit kartı kimi əlavə edə bilərsiniz. Yəni debet kartınız olsa belə siz onu kredit kartı olaraq əlavə edirsiniz və kart hesabınızda olan pulu xərcləyirsiniz. Bank hesabı kimi Azərbaycan banklarına məxsus kartlarla Paypal ödəmə sistemində işləmək hələ ki mümkün deyil.

Paypal ilə hansı ödəmələr mümkündür?

Paypal ilə birçox ödəməni həyata keçirə bilərsiniz. Onlayn alışveriş, xidmət və s. kimi saytlar ödəmə sistemi olaraq Paypal istifadə edirsə asanlıqla paypal hesabınızla ödəmə həyata keçirə bilərsiniz.

İki paypal hesabı arasında ödəmə edə bilərsiniz. Məsələn, freelancer olaraq evinizdən işlər görürsünüz və xaricdən sifarişlər alırsınızsa, görəcəyiniz işin haqqını Paypal ilə tələb edə bilərsiniz. Qarşı tərəf öz paypal hesabından sizin paypal hesabınıza pul köçürə bilər.

Burada kiçik bir problem var. Paypal sistemində hesab açarkən yaşadığınız ölkə olaraq Azərbaycan seçdiyiniz halda xaricdən sizin hesabınıza ödəmə edə bilməyəcəklər birçox halda. Çünki Paypal Azərbaycan üçün ödəmə qəbul etmir. Eləcə də hesabınızdaki məbləği nəğd olaraq çıxara bilməyəcəksiniz. Bunun üçün də tövsiyyəm paypal hesabı açarkən yaşadığınız ölkə/ünvan olaraq Türkiyə seçməyinizdir. Türkiyə seçdiyiniz zaman Azərbaycanda olsanız da xaricdən paypal hesabınıza göndəriləcək pulu qəbul edə biləcəksiniz. Eləcə də Azərbaycan banklarına aid kredit və debet kartlarınızı istifadə edə biləcəksiniz. Ancaq Bank Hesabı əlavə edə bilməyəcək eləcə də hesabınızdaki məbləği bank hesabınıza köçürə bilməyəcəksiniz.

Paypal hesabınızdaki məbləği Bank hesabınıza köçürmək üçün ən gözəl yol isə hər hansı bir bankda hesab açdırıb, həmin hesaba aid Visa kartını paypal hesabında kredit kartı kimi əlavə edərək Paypal hesabınızdaki məbləği 7.5 türk lirəsi qarşılığında bank hesabınıza köçürə bilərsiniz. Təbii ki bu halda paypal hesabınızdaki pul bank hesabınızın aid olduğu valyutaya görə hesablanaraq hesabınıza keçəcək.

Aşağıdaki şəkillərdə bu daha aydın göstərilir:

Əvvəla hesabınızdaki qalığı göstərən bölmədən “Para çek” bağlantısını sıxaraq aşağıda göstərilən səhifəyə keçid edirsiniz:

paypal hesabından pul çəkmək

Bu səhifəyə keçid etdikdən sonra gördüyünüz kimi iki seçim çıxır qarşınıza. Bank hesabınıza (debet kart hesabı) vəya kredit hesabınıza pulun köçürülməsi şərtləri qeyd edilib. Onu da qeyd edim ki əgər hesabınızı Türkiyə hesabı kimi açmısınızsa Azərbaycan banklarındaki hesab kartınızı burada sadece kredit hesabı kimi əlavə edə bilərsiniz. Yəni başqa bir deyişlə burada göstərilən bank hesabı bölməsinə sadəcə türkiyədəki banklara aid hesabınızı əlavə edə bilərsiniz.

paypal hesabından pul çəkmək

Nümunə olaraq aşağıdaki şəklə baxa bilərsiniz. Unibank VİSA Electron kartına paypal hesabımdan pul köçürmə əməliyyatının fakturası. Onu da qeyd etmək istərdim ki, bu üsülla pul 1 dəqiqə ərzində hesabıma keçir. Ancaq TL-AZN valyuta əməliyyatı zamanı çox itgi olur.

Bank hesabına pul köçürmək - paypal

Mövzu ilə əlaqədar hər hansı sualınız olarsa şərhlər bölməsinə yaza bilərsiniz.

Səhifəni üfüqi hərəkət etdirmək – Scroll Page Horizontally

Səhifəni aşağı-yuxarı (şaquli istiqamətdə) doğru hərəkət etdirmək üçün hər hansı əlavə bir kod yazmağa ehtiyac olmadığını bilirik. Səhifəmizdəki məlumatlar nə qədər çox olarsa səhifəmiz sağ tərəfdəki scroll çubuğu ilə aşağı-yuxarı doğru hərəkət etdirilir.

Əslində səhifənin sağa-sola (üfüqi istiqamətdə) hərəkəti üçün də əlavə hər hansı koda ehtiyac yoxdur. Bu tamamilə səhifənin genişliyi ilə əlaqədardır. Genişlik istifadə etdiyimiz kompyuterin çözünürlüyü (resulation – motirodakı pixel sayı) ilə əlaqəlidir. Adətən səhifələrin genişliyini sağdan və soldan boşluqlarla kodlaşdırırıq ki istifadəçi əziyyət çəkməsin. Müasir frameworklərdə isə artıq bunu avtomatik tətbiq etmək mümükündür. Yəni səhifələrin hər istifadəçinin minotoruna uyğun şəkildə göstərilməsi artıq mümkündür.

 
Ancaq bəzi xüsusi səhifələr var ki onlarda standart qaydalara əməl etmək əvəzinə bəzi qeyri adi dizaynlara üstünlük verilir. Bu yazımda paylaşacağım kodlar da belə istifadə üçün nəzərdə tutulub. Belə ki, səhifəmizdəki mətnlərin aşağı doğru deyil avtomatik olaraq sağa doğru davam etməsini və mouse`un diyircəyi ilə səhifəni sağa sola doğru hərəkət etdirməyi göstərməyə çalışacam.

Əvvəla yeni bir səhifə hazırlamalıyıq. Bunun üçün səhifəmizdə aşağıdaki kodlar yer almalıdır:

Boş səhifəmizi hazırladıqdan sonra səhifəmizə istifadə edəcəyimiz javascript kitabxanalarını əlavə etməliyik. Bunun üçün biz jquery kitabxanasını və səhifəni üfüqi istiqamətdə hərəkət etdirmək üçün jquery.mousewheel kitabxanasını əlavə edəcəyik. Bu kitabxanaları səhifəmizdə head etiketləri içərisinə daxil etməliyik. Kodlar aşağıdaki şəkildə olacaq:

Jquery kitabxanalarını əlavə etdikdən sonra səhifəmizə məlumatlarımızı əlavə edək. Məlumatları əlavə edərkən xüsusi formadan istifadə edəcəyik. Belə ki, məlumatlarımız page-wrap id`li div içərisində post sinifi onun içərisində də h2 etiketi ilə başlıq və p etiketi ilə mətn şəklində daxil edilməlidir. Bunun səbəbi isə bir sonraki addımlarda açıqlanacaq. Məlumatımız aşağıdaki formada body etiketləri arasına əlavə edilməlidir:

Məlumatlarımızı bu formada bir neçə dəfə əlavə etməliyik ki, səhifədə məlumat çox görünsün ki, sağa sola doğru hərəkət əmələ gəlsin.
Bu şəkildə məlumatlarımızı əlavə etdikdən sonra post sinifi içərisindəki məlumatlara bir genişlik vermək lazımdır. Bu genişliyi verməkdə məqsəd isə səhifənin sağa doğru genişlənməsini istəməyimizdir. Ancaq səhifməzi sağa doğru genişləndiyi zaman səhifəmizin alt hissəsində scroll çubuğu əmələ gələcək. Bu da xoş bir görüntü olmayacaq. Ona görə də body bölməsində css kodlarından istifadə edərək scroll çubuğunu görünməz etməliyik. Bunu da overflow-x kodu ilə edə bilərik. Nəticədə kodlarımız aşağıdaki şəkildə olacaq:

Bu stil kodlarını səhifəmizdə head etiketi arasına daxil etməliyik.
 

İndi isə yuxarıda əlavə etdiyimiz məlumatları avtomatik olaraq javascript kodları ilə cədvəl şəklində göstərməliyik. Yəni post-wrap id`li div`imiz cədvəl, post sinifi`miz isə cədvəldəki sütunlar olmalıdır. Hansı ki yuxarıda css kodları ilə genişliyini 500px dəyərində qeyd etmişdik. Nəticədə cədvəlin sütunları sağa doğru genişlənəcək və məlumatlar səhifənin altına yox sağına doğru genişlənəcək. Bunun üçün aşağıdaki kodları səhifəmizə əlavə etdiyimiz jquery kitabxanalarından sonra əlavə etməliyik:

NƏTİCƏ:

Nəticəni ayrı səhifədə buradan yoxlaya bilərsiniz.

Tətbiqi buradan endirim incələyə bilərsiniz.

Qaynaq: http://css-tricks.com/snippets/jquery/horz-scroll-with-mouse-wheel/

CSS ilə laylı kağız texnikası

Veb səhifələr hazırlayarkən CSS mütləq istifadə edirik. Səhifələrimizdə bəzi bölmələri istifadəçiyə gözəl göstərmək üçün grafikalardan istifadə etmək də gözəl bir yol ola bilər. Ancaq artıq CSS ilə o qədər çox şeylər etmək mümkündür ki, düşünürəm grafikadan istifadə etmək yerinə elə CSS texnikasını istifadə etmək daha gözəl olardı.
 
Bu yazımda CSS ilə laylı kağız texnikasını necə edə biləcəyimizi göstərməyə çalışacam.
 
Bunun üçün HTML və CSS dillərindən istifadə edəcəm.
 
Əvvəla HTML səhifəmizdə aşağıdaki kodları yazmağımız lazım gələcək:

Ardından CSS kodlarımzı yazmalıyıq. İstəsəniz CSS kodlarını əlavə css faylında yaza bilərsiniz. Mən burada HTML səhifəmizin daxilində yazmağa çalışacam:

Bu qədər :) Hər hansı grafika vəya əlavə koda ehtiyac qalmadan sadə bir şəkildə səhifələrinizdə bu kodları istifadə edə bilərsiniz.

Tətbiqin hazır versiyasına baxmaq üçün bu keçiddən istifadə edin.
 


 
p.s : bəzi tətbiqlər türk dilində hazırladığım dərslərin tərcümələri olduğu üçün hazır versiyaları türk dilində göstərilməkdədir.
 
Qaynaq: Layered paper effect using CSS3 box shadows

Elektron imza – Elektron pul kisəsi

Fins.az saytının verdiyi məlumata görə “Elektron imza”lar plastik karta çevrilirmiş. Çox gözəl. Belə yeniliklərin olması gözəldir. Ancaq Elektron İmza kartlarının pul kisəsinə çevrilməsi vacibdirmi? Məncə yox. Əvvəlca Fins.az saytında çıxan yazını oxuyaq:

 

“Azərbaycanın plastik kart bazarında banklara ciddi rəqib peyda olub. Söhbət yaxın vaxtlarda tətbiq olunacaq “Elektron pul kisəsi”nin tətbiqindən gedir. Fins.az-ın məlumatına görə, layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və “GoldenPay” şirkəti ilə birlikdə reallaşdırılır və ilin sonuna qədər işə düşəcək. “Elektron pul kisəsi”nin tətbiqi adi bank kartlarına ehtiyacı azalda bilər.

“Elektron imza”lar plastik karta çevrildi

Layihənin ən maraqlı cəhəti odur ki, onun üçün yeni plastik kart buraxılmayacaq, sadəcə, indiyədək və bundan sonra buraxılan “elektron imza”lar həm də plastik kart kimi istifadə olunacaq.
MHM-nin direktor müavini Nazim Mədətovun sözlərinə görə, bütün növ elektron imza kartının sahibləri MHM-a yaxınlaşaraq pulsuz hesab açdıra və öz hesablarına pul yatıra biləcəklər. Həmin puldan internetdə ödəniş etmək üçün istifadə oluna bilər. Nəticədə elektron kartlardan təkcə öz təyinatı üzrə yox, həm də plastik kart kimi istifadə ediləcək.

Qeyd edək ki, elektron imza kartı (yəni sonradan plastik kart kimi istifadə olunacsaq kart) 3 illik müddətə verilir, qiyməti 18 manatdır. Kart oxuyucusu almaq üçün isə əlavə 13 manat ödəmək lazımdır.

“Elektron pul kisəsi” necə işləyəcək?

Amma adi plastik kartlardan fərqli olaraq “Elektron pul kisəsi” ilə ödəniş edərkən 16 rəqəmli nömrə, kartın istifadə müddəti və CVV kodu tələb olunmayacaq. Bunun üçün sadəcə elektron imza kartını kart oxuyucusu vasitəsilə kompüterə qoşmaq lazımdır. Lazımi məbləğ avtomatik olaraq hesabdan çıxılacaq və kart sahibinin mobil telefon nömrəsinə hesabda qalan məbləğ barədə SMS göndəriləcək.
Elektron imza kartından “Elektron pul kisəsi” kimi faydalananlar buna görə heç bir xidmət haqqı ödəməyəcəklər. Pulu hesaba qoymaq üçün istifadəçilər MHM-a gəlməklə yanaşı, əmək haqqının bir qismini mühasibatlıq vasitəsilə “Elektron pul kisəsi”nə yönəldə də bilərlər.

Layihənin tərəfdaşı olan “Goldenpay” şirkəti hazırda vətəndaşlara kommunal xidmətlərin, sabit və mobil telefonların, kabel televiziyalarının, internet provayderlərinin haqqını ödəmək imkanı yaradır.

Banklar üçün ciddi rəqib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tətbiq etdiyi yeni layihə ölkənin plastik kart bazarında ciddi yeniliyə səbəb olacaq. Çünki bu yenilik nəticəsində bank kartlarına ciddi alternativ yaranacaq. Doğrudur, hazırda elektron imzaların sayı bank kartları ilə müqayisəyə gəlmir. Belə ki, bankların indiyədək buraxdığı plastik kartların sayı bir neçə milyondur, indiyədək buraxılan “elektron imza”ların sayı isə təxminən 20 mindir.

Bununla yanaşı, “elektron imza”nın təyinatı və funksiyaları həddən artıq genişdir. Üstəlik, ölkədə elektron xidmətlərin sayı artdıqca elektron imzaya tələbat da artır və nəticədə gələcəkdə ölkə əhalisinin böyük hissəsinin elektron imza alacağı şübhə doğurmur. Belə bir vəziyyət paralel olaraq həm də plastik kartla təmin edilmiş ölkə vətəndaşlarının bankların adi plastik kartlara ehtiyacı kəskin azalacaq.”

Fikrimcə ehtiyac yoxdur. Niyə? Bütün banklarda visa/visa electron/mastercard kimi birçox kartlar var və illik qiymətləri münasibdir və istifadəsi üçün heçbir cihaza ehiyac yoxdur.

Nümunə kimi Unibank`ın kartlarını götürək. Visa Classic kart pulsuzdur. Heçbir ödəməyə ehtiyac yoxdur. Sadəcə 50 AZN depozit ödəməlisiniz. Əgər depozit ödəmək istəmirsinizsə 3 illik kart üçün 20 AZN ödəyirsiniz. Ancaq elektron imza üçün 3 illik 18 AZN +13 AZN cihaz üçün ödəməlisiniz. Bundan əlavə olaraq isə cihazı istifadə etməyi öyrənməlisiniz. Razıyam ki bu çox çətin proses deyil ancaq bu xidməti sadəcə gənc nəsil istifadə etməyəcək axı.

Bir digər problem mənə görə elektron pul kisəsinə pul daxil etməkdir. Pulu hesaba daxil etmək üçün MHM-ə getmək məncə problemdir. Əmək haqqının bir qismini karta yönləndirməklə məsələ həll edilmir. Maaş verilmə tarixini gözləmədən işimi həll edə bilməliyəm. Məsələn yenə Unibank`ı misal verək. Unibankın ödəmə terminalları ilə istədiyiniz vaxt kartınıza sıra gözləmədən pul daxil edə bilərsiniz və pulsuz internet banking açdıraraq hesabınızı idarə edə bilərsiniz.

Təbii ki bunlar mənim fikrimdir :) Bəlkə də qeyd edilməyən daha gözəl xidmətlər var elektron pul kisəsində onu da səbr edib görəcəyik yəqin ki :)

Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

Milli Net Təşkilat Komitəsi bildirir ki Milli İnternet Mükafatına 25 sentyabr tarixdə  start veriləcək.
İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz İnternet resursları və İnternet layihələrini təqdim edə bilərlər. Keçən ilkindən fərqli olaraq bu il  2 yeni Nominasiya – “Qarabağ haqqında saytlar“ və   “Mobil tətbiqlər” Nominasiyaları daxil edilib. Aşağıdaki kateqoriyalar üzrə səhifələrinizi müsabiqəyə göndərə bilərsiniz:

1.    Korporativ saytlar
2.    İctimai-sosial saytlar
3.    Media və İnformasiya
4.    Mədəniyyət, incəsənət və turizm saytları
5.    Ailə, uşaq və sağlamlıq
6.    Asudə vaxt, idman və əyləncə
7.    Bloqlar
8.    Elm və təhsil
9.    Elektron hökumət
10.    Xidmət (Servis)
11.    Qarabağ haqqında saytlar
12.    İstifadəçi kontenti üzərində qurulmuş saytlar
13.    Mobil tətbiqlər
14.    Ən yaxşı sosial şəbəkə səhifəsi

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli Net 2014 yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Ətraflı məlumat üçün millinet internet səhifəsini ziyarət edə bilərsiniz.

Google Domain xidməti verəcək!

Birçox sahədə xidmətləri olan Google şirkəti indi də Google Domains adı ilə domain xidməti verməyə başlayır. Bu barədə Google+ Your Business hesabında qeyd edilib. Google Buisness araştırmalar nəticəsində bu qərara gəlib. Araşdırmalar nəticəsində məlum olub ki, kiçik müəssisələrin 55 faizi hələ də veb səhifəsinə sahib deyil.

Google şirkəti bu xidmətlə sadəcə domain adlarının qeydiyyatını nəzərdə tutub. Domain adları üçün heçbir hosting xidməti verməyi planlaşdırmayıb. Buna baxmayaraq Google şirkəti bu layihəni Squarespace, Wix, Weebly və Shopify kimi şirkətlərə birgə həyata keçirir.

Google Domains`in təqdim edəcəyi xidmətlər isə belədir:

  1. Xüsusi olaraq alınan domainlər üçün əlavə ödəniş alınmayacaq,
  2. 1 domain üçün 100 e-poçt ünvanı alınabiləcək,
  3. 1 domain üçün 100 alt domain (subdomain) alınabiləcək,
  4. Google domains google şirkətinin öz DNS `lərini istifadə edəcək. Buna görə də serverin cavab müddəti olduqca sürətli olacaq.

Hal hazırda bu xidmət dəvətnamə ilə həyata keçirilir və BETA versiyasındadır.

Keçid üçün domains.google.com ünvanını istifadə edə bilərsiniz.