Ümumi

Paypal hesabındaki pulu necə çıxara bilərəm?

Paypal ilə əlaqəli məqalə yazmışdım. Düşünrəm xeyli maraqlı mövzu imiş ki, ziyarətçilər az olsa belə 91 şərh yazılıb :). Bir neçə gün əvvəl paypal səhifəsində yeniliklər etti. Bəzi yeniliklər əlbəttə xoş oldu ancaq xoş olmayan yeniliklər də var. Onlardan biri paypal hesabınızdaki məbləği çıxarmaq ilə əlaqəlidir.

Bildiyiniz kimi, paypal Azərbaycan bank hesablarına pul köçürməyi dəstəkləmir hal hazırda. Ümumiyyətlə paypal hesabındakı pulunuzu nəğdləşdirmənin iki yolu var idi. Biri bank hesabına pul köçürülməsi digəri isə karta pul köçürmə ilə. Bank hesabına pul köçürülməsi ödənişsiz, karta pul köçürmə isə ödənişli idi. Ödəniş təxminən 7.5 türk lirəsi idi.

Bu günlərdə yenilik edildikdən sonra artıq paypal səhifəsində sadəcə bank hesablarına pul köçürülməsi aktiv görünür. Digər yol olan karta pul köçürülməsi isə ləğv edilib. Bu da o deməkdir ki, Azərbaycanda pulu nəğdləşdirmək müşkül məsələyə çevrilib.

paypal-banka-hesabina-para-cekme

Mən də açığı həmişə karta pul köçürmə yolundan istifadə edirdim. Hesabım Türkiyə hesabı olduğu üçün sadəcə Türkiyə banklarına köçürmə edə bilirdim. Ancaq karta köçürmə Azərbaycan bank kartları üçün də mümkün idi. Bu yeniliklərdən sonra karta pul köçürmə çətinliyi ilə qarşılaşdım. Biraz axtarış etdikdən sonra isə bir yolunu tapdım.

Belə ki, əgər hesabınız Türkiyə hesabıdırsa bu linkə daxil olduqda görəcəksiniz ki, yuxarıda göstərdiyim şəkildəki bildirişi alırsınız. Bəlkə də, gələcəkdə artıq bu linkə daxil olduqda yenidən karta köçürmə aktif olacaq onu deyə bilmərəm ancaq hazırda bu bildiriş ekrana çıxır. “Ödeme çekimi şu anda desteklenmiyor.”

Ancaq buradan daxil olsanız görəcəksiniz ki, əvvəli kimi karta pul köçürülməsi hələ də aktivdir. Yəni bu yolla əvvəlki kimi paypal hesabındaki məbləği karta köçürə bilərsiniz. Belə görünür ki, hazırda bəzi ölkələrdə bu funksiya aktivdir. Burada ağlıma iki səbəb gəlir, ya həmin ölkələrdə yeni versiyaya keçməyiblər, ya da doğurdan da bəzi ölkələr üçün bu funskiya məhdudlaşdırılıb.

paypal-banka-hesabina-para-cekme2

Onu da qeyd edim ki, açıqladığım bu yolla bugün (06.10.2015 tarixində) transfer gerçəkləşdirmişəm. Heçbir problem olmayıb. Xeyirlisi ümid edirəm gələcəkdə bu funksiya tamamilə ləğv edilməz vəya ən azından Azərbaycan üçün də bank hesabına transfer aktivləşdirilər.

Paypalın pul göndərmə və alma, sadəcə pul göndərmə əməliyyatına icazə verdiyi ölkələrin siyahısına buradan baxa bilərsiniz.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

63 şərh

  • Zəhmət olmasa kömək edin. Paypal Türkiyə iyunun 6-sından indiyəkimi bağlıdır. Olarki mən pul çəkə bilmək üçün Rusiya hesabı açım?

Şərh yaz