Paypal ilə ödəmək və hesabınıza pul köçürmək

77. 645 baxış  236 şərh  2014.12.11

İnkişaf edən texnologiya, Azərbaycandaki yeniliklər artıq onlayn alışverişdən istifadə edənlərin sayında artışa səbəb olub. Mən də bu yazımda Paypal ilə ödəmə və hesabımıza pul köçürmək barəsində bildiklərimi paylaşmaq istəyirəm.

Bildiyiniz kimi Paypal onlayn ödəmə sistemidir. Onlayn ödəmə üçün bir vasitədir desək daha doğru olardı. Çünki Paypal ödəməni daha əvvəl Paypal hesabınıza tanıtdığınız plastik kartınız (Kredit kartı, debet kart (VİSA/MASTER)) vasitəsi ilə edir.

Paypal sisteminə kredit kartımı necə əlavə edə bilərəm?

Paypal hesabınıza aşağıdaki şəkildə də göstərilən bölmədən kart əlavə edə bilərsiniz.

paypal-kredit-karti-elave-etmek
Kart Əlavə et düyməsini sıxdıqda aşağdaki səhifə ilə qarşılaşacaqsınız:

paypal-kart-elave-edin

Məlumatları daxil etdikdən sonra kartınız əlavə olunacaq. Onu da qeyd edim ki, bu bölmədə siz həm kredit kartınızı (Bolkart Mastercard, Yapikredi Worldcard, Albalı Mastercard) həm də Visa vəya Master kartınızı (debet kart) əlavə edə bilərsiniz.

Kart əlavə olunduqdan sonra sizin kartınızın təsdiqlənməsi üçün kartın aid olduğu banka Paypal tərəfindən 4 rəqəmli kod göndəriləcək. Əvəzində 1$-2$ arasında bir məbləğ kartınızdan çıxılacaq. Kartınız təsdiqləndikdən sonra həmin məbləğ kartınıza geri qaytarılacaq. Bu kodu Bankla əlaqə saxlayaraq əldə edə bilərsiniz. Kodu daxil edərək kartınızı təsdiqlədikdən sonra istədiyiniz kimi alışveriş edə bilərsiniz.

Ancaq bu kartları (istər kredit kartı olsun istərsə də debet kart) yalnız kredit kartı kimi əlavə edə bilərsiniz. Yəni debet kartınız olsa belə siz onu kredit kartı olaraq əlavə edirsiniz və kart hesabınızda olan pulu xərcləyirsiniz. Bank hesabı kimi Azərbaycan banklarına məxsus kartlarla Paypal ödəmə sistemində işləmək hələ ki mümkün deyil.

Paypal ilə hansı ödəmələr mümkündür?

Paypal ilə birçox ödəməni həyata keçirə bilərsiniz. Onlayn alışveriş, xidmət və s. kimi saytlar ödəmə sistemi olaraq Paypal istifadə edirsə asanlıqla paypal hesabınızla ödəmə həyata keçirə bilərsiniz.

İki paypal hesabı arasında ödəmə edə bilərsiniz. Məsələn, freelancer olaraq evinizdən işlər görürsünüz və xaricdən sifarişlər alırsınızsa, görəcəyiniz işin haqqını Paypal ilə tələb edə bilərsiniz. Qarşı tərəf öz paypal hesabından sizin paypal hesabınıza pul köçürə bilər.

Burada kiçik bir problem var. Paypal sistemində hesab açarkən yaşadığınız ölkə olaraq Azərbaycan seçdiyiniz halda xaricdən sizin hesabınıza ödəmə edə bilməyəcəklər birçox halda. Çünki Paypal Azərbaycan üçün ödəmə qəbul etmir. Eləcə də hesabınızdaki məbləği nəğd olaraq çıxara bilməyəcəksiniz. Bunun üçün də tövsiyyəm paypal hesabı açarkən yaşadığınız ölkə/ünvan olaraq Türkiyə seçməyinizdir. Türkiyə seçdiyiniz zaman Azərbaycanda olsanız da xaricdən paypal hesabınıza göndəriləcək pulu qəbul edə biləcəksiniz. Eləcə də Azərbaycan banklarına aid kredit və debet kartlarınızı istifadə edə biləcəksiniz. Ancaq Bank Hesabı əlavə edə bilməyəcək eləcə də hesabınızdaki məbləği bank hesabınıza köçürə bilməyəcəksiniz.

Paypal hesabınızdaki məbləği Bank hesabınıza köçürmək üçün ən gözəl yol isə hər hansı bir bankda hesab açdırıb, həmin hesaba aid Visa kartını paypal hesabında kredit kartı kimi əlavə edərək Paypal hesabınızdaki məbləği 7.5 türk lirəsi qarşılığında bank hesabınıza köçürə bilərsiniz. Təbii ki bu halda paypal hesabınızdaki pul bank hesabınızın aid olduğu valyutaya görə hesablanaraq hesabınıza keçəcək.

Aşağıdaki şəkillərdə bu daha aydın göstərilir:

Əvvəla hesabınızdaki qalığı göstərən bölmədən “Para çek” bağlantısını sıxaraq aşağıda göstərilən səhifəyə keçid edirsiniz:

paypal hesabından pul çəkmək

Bu səhifəyə keçid etdikdən sonra gördüyünüz kimi iki seçim çıxır qarşınıza. Bank hesabınıza (debet kart hesabı) vəya kredit hesabınıza pulun köçürülməsi şərtləri qeyd edilib. Onu da qeyd edim ki əgər hesabınızı Türkiyə hesabı kimi açmısınızsa Azərbaycan banklarındaki hesab kartınızı burada sadece kredit hesabı kimi əlavə edə bilərsiniz. Yəni başqa bir deyişlə burada göstərilən bank hesabı bölməsinə sadəcə türkiyədəki banklara aid hesabınızı əlavə edə bilərsiniz.

paypal hesabından pul çəkmək

Nümunə olaraq aşağıdaki şəklə baxa bilərsiniz. Unibank VİSA Electron kartına paypal hesabımdan pul köçürmə əməliyyatının fakturası. Onu da qeyd etmək istərdim ki, bu üsülla pul 1 dəqiqə ərzində hesabıma keçir. Ancaq TL-AZN valyuta əməliyyatı zamanı çox itgi olur.

Bank hesabına pul köçürmək - paypal

Mövzu ilə əlaqədar hər hansı sualınız olarsa şərhlər bölməsinə yaza bilərsiniz.

etiketlər: #bank hesabına pul köçürmək , #kredit kartı , #mastercard , #paypal , #paypal ilə ödəmə , #paypal pul köçürməl , #visa kartı
236 şərh yazılıb
  1. Ali

    Salam qardaş. Mən istəyirəm ki, paypal hesabı açam. Və mənə xaricdən göndəriləcək pul mənim paypal hesabımın özünə gəlsin. Həmin pulu çıxarmaq fikrim yoxdur, sadəcə həmin pul ilə xarici saytlardan mal gətizdirəcəm. Bu mümkündürmü? Azərbaycanda bunu edə bilərəmmi? Xahiş edirəm cavab yazasınız

    07/05/2018 tarixində, saat 23:20
    • Anar SAMADOV

      Yuxarıda əslində sualınıza cavab vermişəm. Soruşduğunuz üçün buraya yenidən əlavə edirəm. Ama əminəm başqa sualınız varsa onun da cavabı yuxarıda olacaq.

      Burada kiçik bir problem var. Paypal sistemində hesab açarkən yaşadığınız ölkə olaraq Azərbaycan seçdiyiniz halda xaricdən sizin hesabınıza ödəmə edə bilməyəcəklər birçox halda. Çünki Paypal Azərbaycan üçün ödəmə qəbul etmir.

      07/05/2018 tarixində, saat 23:30
  2. Ayshan

    Salam, mən gearbest.com-dan istifadə edərək Çindən hər hansı məhsulu sufariş vermək istəyirəm, lakin paypol və ya krefit/debet kartı ilə ödənişi etməyimi istəyirlər. Mənim hal hazırda AG bankdan tələbə təqaüd kartım var Bu kartla nəsə edə bilərəm? Yoxsa hər hansı banka yaxınlaşıb debet kartı əldə etməliyəm?
    Bir də əlavə olaraq, ödənişi dollar şəklində etməliyəm. Kartımdakı pulu manatdan dollara dəyişməliyəm?

    18/04/2018 tarixində, saat 12:47
    • Anar SAMADOV

      Hal-hazırki kartınızla ödəniş edə bilərsiniz. Əgər VİSA vəya MasterCarddırsa və Bankınız tərəfindən bir qadağa yoxdursa. Ancaq tövsiyəm xaricdən alışveriş üçün dollar debet kartı alın.

      27/04/2018 tarixində, saat 09:35
  3. Mehriban

    Salam. Ebay- da satici gondermediyi malin pulunu geri qaytarib. Odenishi pay pal vasitesi Ile etmishem. Bank Respublika – nin visa karti Ile. Kartda qaytarilmish hech bir mebleg yoxdur. Pay pal -da qeydiyyatda Azerbaycani sechmishem. Saticinin mene qaytardigi pulu nece elde ede bilerem? Zehmet olmasa, meslehet verin.

    18/03/2018 tarixində, saat 02:49
    • Anar SAMADOV

      Normalda Türkiyə hesabı ilə Azərbaycandakı kartıma pul çıxarırdım. Ancaq hazırda Türkiyə üzərindən paypal işləmir. Azərbaycan hesabında da kimdənsə pul qəbul etmək olmur. Yəni sizin paypala pul göndərə bilməzlər. Ancaq geri qaytarma əməliyyatında pul paypala əlavə olunubsa (belə birşey olur mu dəqiq bilmirəm) withdraw ilə yoxlaya bilərsiniz. Yəni paypal üzərindən pulu karta köçürə bilərsiniz. Ancaq yenə deyirəm Azərbaycan hesabı işlətməmişəm ona görə Azərbaycan üçün mümkünlüyündən xəbərim yoxdur.

      29/03/2018 tarixində, saat 13:32
  4. Rabiya

    Salam . Men yalniz odenis etmek ucun istifade ede bilerem mi? Mende kapitalin visa kartidir onu paypala daxil ederek xarice odenisi mumkundur? Birdeki aktiv etmek ucun banka yaxinlsmaliyam?

    24/02/2018 tarixində, saat 18:05
  5. MURAT

    merhabalar kandaşlar. ben türkiyeden yazıyorum yardımcı olursanız çok memnun olurum. malum türkiyede paypal kapandı bende sizin ülke üzerinden paypal hesabı açtım. bir çok alışveriş yaptım hiç sorun çıkmadı. lakin bir alışverişte pürüz çıktı ebaydaki satıcı ile anlaştık parayı geri yatırdı. http://www.paypal.com/az sitesi girdiğimde refund +103,99 dolar yazıyor ama banka hesabı ekleme yeri göremedim hesabıma gönderem ve sitede kayıtlı olan kredi kartına parayı nasıl aktarabilirim yardımcı olursanız çok memnun olurum.

    28/01/2018 tarixində, saat 01:40
  6. Ulkar

    Salam, Anar bey. Chox tashakkurlar maraqli yazi uchun! Agar debit card xarici olka bankina aiddirsa va man yashadighim yeri hamin olka kimi gostariramsa, bela chixir ki, mablaghi oz kartima kochurmakda hech bir problem yaranmir, duzdurmu? Sadece bir daha amin olmaq istadim. Chox sagh olun!

    14/11/2017 tarixində, saat 14:51
  7. Elvin

    salam men paypal sisteminde qeydiyyatdan kecmek isteyirem sirket adindan sadece olaraq Azerbaycan nomresin Azerbaycan kodu ile daxil etdikde deyir yalnisdir mene komeklik ede bilersiniz zehmet olmasa men nomreni nece qeyd edim?

    10/11/2017 tarixində, saat 11:23
  8. Müşfiq Zərbəli

    Salam, Anar müəllim.Mənim kartım Kapital Bank Maestro-dur. Əlliliyə görə aldığım müavinət kartıdır. Onunla PayPal-da qeydiyyatdan keçə bilərəmmi? Əgər keçə bilmərəmsə, hansı bankdan kart almaq məsləhətdir? Elə Kapitalbankdan kart ala bilərəmmi? Çox sağ olun.

    27/10/2017 tarixində, saat 15:45
    • Anar SAMADOV

      Salam, bəli kartınızı paypala tanıda bilərsiniz.

      PayPal ile ödeme yapmak için Visa, MasterCard, American Express ve Maestro kartlarını kullanabilirsiniz. PayPal ile ödeme yaptığınızda, kart numaranız mağazaya açıklanmaz.

      Ancaq hal-hazırda paypal Azərbaycan və Türkiyədə tam dəstklənmir. Paypaldan Azərbaycan kartı ilə qeydiyyatdan keçib ancaq ödəniş edə bilərsiniz. Pul qəbul edə bilməzsiniz.

      01/11/2017 tarixində, saat 21:27
      • Ehmed

        Anar Samadov bes pul qebul etmek ucun ne etmek lazımdır?

        20/01/2018 tarixində, saat 23:14
        • Anar SAMADOV

          Pul qəbul etmə funksiyası dəstəklənən hansısa bir ölkə adından hesab açmaq lazımdır. Ancaq bu qaydalara uyğun deyil və bunun üçün həmin ölkənin mobil nömrəsi filan lazımdır. Əgər bilinsə ki siz o ölkənin vətəndaşı deyilsiniz sorğu sualsız sizin hesabı bağlaya bilərlər.

          21/01/2018 tarixində, saat 19:38
  9. Tural

    Salam qardas men xarice bir iki sey satsam onu nece edimki negd pulumu alim neceki bize paypaıla ödenis etdirirler 3 saniye pul ciblərinde mendə istiyirem odenis asan olsun

    08/09/2017 tarixində, saat 00:34
  10. mayis

    saIam mene yazinda sizinIe is g0rmek isteyirem….

    16/08/2017 tarixində, saat 16:02

Şərh yazın..

Blogda axtar

Tanışlar

reklam
reklam

reklam
reklam