Ümumi

Pulsuz rəsmi greencard müraciəti

Greencard müraciəti haqqında bildiklərimi paylaşmak istəyirəm bu dəfə. Bəzi bildiyim məqamları qeyd etmək istəyirəm.

Greencard (yaşıl kart) nədir?

Greencard Amerikanın xarici vətəndaşlara verdiyi ömürlük vəsiqədir. Greencard sahibi olduqdan sonra rahatlıqla Amerikaya gedə bilər, orada universitet oxuya bilər, işləyə bilərsiniz. Qısaca desək Amerika vətəndaşları ilə eyni hüquqa sahib ola bilərsiniz. Sizə sadəcə, Amerika vətəndaşlarından fərqli olaraq səsvermə hüququ verilmir.

Necə müraciət edə bilərəm?

Greencard müraciətini edə biləcəyiniz birçox qurum var. Hansı ki, internetdə tez-tez belə qurumların reklamlarına rastlamaq mümküdür. Müəyyən məbləğ qarşılığında sizin məlumatlarınızı alaraq sizin əvəzinizə greencard müraciəti edirlər.

Bu paylaşımımın əsas səbəbi də məs elə bununla bağlıdır. Həmin vasitəçi qurumlar sizdən ödəniş alırlar. Bu ödəniş əslində əlavə xərcdir. Çünki siz heçbir xərc çəkmədən greencard müraciəti edə bilərsiniz. Onsuz da pullu greencard müraciəti yoxdur. Yəni həmin qurumlar sizdən xidmət haqqı alıb sizin əvəzinizə greencard müraciətini onsuz da pulsuz edirlər. Yəni daha aydın desək sizin görməli olduğunuz işi sizin əvəzinizə görüb qarşılığında sizdən pul tələb edirlər.

Ona görədə istədim bu məsələyə aydınlıq gətirim ki, öz müraciətinizi özünüz edə biləsiniz. Greencard müraciəti rəsmi olaraq Amerika xarici işlər nazirliyinin saytında qəbul edilir. Həmin sayta buradan daxil ola bilərsiniz.

Nə vaxt müraciət etməliyəm?

Greencard müraciəti ildə bir dəfə qəbul edilir. Adətən oktyabr ayının əvvəli başlayır və növbəti ayın (noyabr) əvvəlinə qədər davam edir. Bu tarix yuxarıda qeyd etdiyim bağlantıda hər il göstərilir. Məsələn bu il (2016), 2018 -ci il üçün greencard müraciətləri 4 oktyabr tarixindən 7 noyabr tarixinə qədər qəbul edilir.

Hansı sənədlər lazımdır?

Müraciət üçün heçbir sənəd tələb edilmir. Sadəcə 600×600 ölçülərində fotoşəkil tələb olunur və Online müraciət forması doldurularkən istifadə olunur. Fotoşəkil üçün bəzi qaydalar mövcuddur. Bu qaydalarla buradan tanış ola bilərsiniz. Həmin səhifədə sağ tərəftə qeyd edilən START PHOTO TOOL bölməsinə daxil olaraq çəkdiyiniz şəkli təlimata uyğun tənzimləyib yadda saxlayaraq müraciətinizdə istifadə etməyiniz məsləhətdir. Çünki bu təlimata uyğun olmayan fotoşəkil müraciətinizin diqqətə alınmamasına gətirib çıxara bilər.

Nəticəni necə öyrənə bilərəm?

Nəticələr yenə rəsmi səhifədə adətən may ayının əvvəlindən etibarən öyrənilir. Belə ki, müraciət zamanı sizə “confirmation number” verilir. Həmin “confirmation number” ilə nəticənizi rəsmi səhifədən öyrənə bilərsiniz. Qeyd edim ki, nəticə ilə bağlı heçbir məktub vəya elektron poçt göndərilmir. Ona görə də “confirmation number”`ı mütləq qeyd edib saxlamalısınız.

Digər məqamlar…

Bunlardan əlavə olaraq bəzi məqamları qeyd edim. Greencard hər il çəkiliş (lotoreya) üsulu ilə müxtəlif ölkə vətəndaşlarına verilir. Yəni greencard üçün ali təhsil, iş sahibi olmaq və s. heçbir üstünlük təşkil etmir.

Amerika greencard üçün qəbul etdiyini ölkələrin siyahısını hər il rəsmi saytda qeyd edir. Hər bir ölkənin müəyyən say limiti mövcuddur. Ancaq bu limit heçkəsə bildirilmir. Sadəcə bəzi mənbələrdə qeyd edilir ki, hər il fərqli limitlər müəyyən olunur. Bu da əvvəlki il verilən greencard vəsiqələrinə görə müəyyən edilir.

Greencard üçün müraciət etdikdə hansı ölkənin vətəndaşı olmağınıza baxmayaraq doğulduğunuz ölkənin say limitindən sayılırsınız.

Əgər evlisinizsə müraciət zamanı evli olduğunuzu, uşaqlarınız haqqında məlumatı doldurmalısınız. Bu zaman yoldaşınızın adından da başqa bir müraciət etməli və həmin müraciətdə də hər iki tərəf haqqında məlumatları tam doldurmalısınız. Nəticədə ikinizdən (siz vəya yoldaşınız) birinə greencard vəsiqəsi əldə etmə şansı verilərsə hər ikiniz və eləcə də uşaqlarınız greencard alma haqqına sahib olur.

Qeyd etmək istədiklərim qısaca bunlar idi. Onu da deyim ki, mən greencard almamışam. Şərhlərdə bunu nəzərə alamağınızı xahiş edirəm. Çünki bu paylaşımda məqsədim müraciət üçün əlavə xərc çəkməməyiniz üçün rəsmi saytı təqdim etməkdir.

Daha ətraflı məlumat üçün sonda paylaşdığım greencard haqqında təlimatlara nəzər yetirin. Türk  dilində təlimat mövcuddur.

Rəsmi sayt: https://www.dvlottery.state.gov/

Fotoşəkil ilə bağlı təlimat: https://travel.state.gov/content/visas/en/general/photos.html

Greencard haqqında təlimat: https://travel.state.gov/content/visas/en/immigrate/diversity-visa/instructions.html

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz