Texnologiya

Sürətləndirilmiş mobil səhifələr

Sirr deyil ki, google uzun müddətdir mobil səhifələr ilə əlaqəli yeniliklər edir. Əsasən də 21 aprel tarixində mobil səhifələrin artıq axtarışlarda önəm kəsb etdiyi, mobil versiyaya malik səhifələrin axtarışlarda daha ön planda çıxacağı haqqında açıqlaması ilə açıq aydın bildirdi ki, səhifələrin mobil versiyaları dəyər qazanır.

Bunun əsas səbəblərindən biri mobil axtarışlarda artışın olmasıdır. Digər səbəblərdən biri də bütün dünyada mobil cihazların istifadəsinin artmasıdır. Təbii ki, google bunu gözardı etməyəcəkdi.

SEO (Search Engine optimization) üçün çox önəmli olan mobil versiya təcrübəsi, süni zəka alqoritmi RankBrain ilə daha da əhəmiyyət qazanacaq kimi görünür.

Google`ın inkişaf etdirməkdə olduğu Sürətləndirilmiş Mobil Səhifələr (Accelerated Mobile Pages – AMP) layihəsi istifadəçilərə daha sürətli mobil səhifə təcrübəsini təmin edir. Artıq böyük xəbər saytları bu təcrübədən  faydalanırlar.

Məsələn, theguardian.com saytı hazırda sürətləndirilmiş mobil səhifələrdən istifadə edir.

Misal üçün: http://www.theguardian.com/gmg/2015/jul/23/responsibility/amp

Səhifənin əsas keçidi isə belədir: http://www.theguardian.com/gmg/2015/jul/23/responsibility

Yuxarıdaki səhifəni ziyarət edərək çox sadə və sürətli olduğunu müşahidə edə bilərsiniz.

Nümunə kimi elə bu səhifənini AMP versiyasına baxa bilərsiniz. Bunun üçün səhifənin linkinin sonuna /amp əlavə edib vəya buraya klikləyərək fərqi təcrübə edə bilərsiniz.

WordPress istifadə edən xəbər saytları üçün bu layihədən istifadə etmək heç də çətin deyil. WordPress ilə hazırlanmış veb saytınıza AMP qoşmasını quraşdırıb aktivləşdirdikdə linklərinin sonuna /amp yazmaqla bu layihədən istifadə edərək mobil istifadəçilərinizə daha sürətli səhifələr təqdim etmiş olarsınız. Onu da qeyd edim ki, bu qoşma ilə hələlik sadəcə yazı səhifələrini (post) sürətləndirə bilirsiniz.

Qaynaq: https://www.ampproject.org/

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz