Ümumi

Xidmət göstərməyən “Texniki servis”

Bu yazımda İrşad Electronicsin Texniki Servisinin necə işlədiyindən daha doğrusu işləmədiyindən danışacam. Deməli bir il bundan əvvəl İrşad Electronicsin internet səhifəsindən notebookları incələrkən gördüm ki, birçox məhsulun qarşısında Refurbished olduğu yazılıb. Refurbished təmir olunmuş məhsullara deyilir. Yəni ki, fabrik qüsuru olan məhsulların təmir olunmuş versiyalarını online vəya şəhərdəki mağazalarında satırlar. Sonra bu haqqda İrşad Electronics`in facebook səhifəsində yazdım nəticədə isə hələ də həmin səhifədə bloklanmışam heçbir şərh yaza bilmirəm ki ehtiyac da yoxdur. Bu belə. Bundan sonra özüm və məndən İrşad Electronics haqqında soruşanlara heçvaxt oranı tövsiyyə bilmədim. Ancaq bu mağaza ilə qarşılaşdığım bir neçə hadisəni və sonda da bugün (13.11.2015) yaşadığım problemi qeyd etmək istəyirəm.

refurbished

Yuxarıdaki şəkildə vəziyyəti bölməsinin qarşısında Refurbished yazılıb.Bundan bəhs edirdim.

Hadisə 1

Yenə birgün İrşad Electronics mağazasına yolum düşdü qiymətlərlə maraqlanmaq üçün. Mağazada dostumla qarşılaşdım. Notebook alıb ancaq problem yaranıb və gətirib mağazaya ki, yenisiylə əvəz etsin. Mənə məsələni danışdı və kompyuterə baxdım ki, yuxarıda qeyd etdiyim kimi Refurbished məhsuldur. Bunu elə qutusundan da bilmək olar. Qutuda heçbir qoruyucu yoxdur sadəcə kompyuteri atıblar kağız qutuya vəssalam. Satıcı ilə söhbət edib məsələni daha da aydınlaşdırdıq və qəbul etdilər ki, bəli bu məhsul təmir olunub sonradan satışa çıxarılıb. Ancaq mağaza administratoru satış zamanı biz məhsulun təmirli olduğunu deyib satırıq deyə çıxış etdi. Dostum isə bizə bu haqqda məlumat verilmədiyini bildirdi. Nəticədə uzun haqq hesabdan sonra məhsul geri qaytarıldı. Onu da qeyd edim ki, məhsul qaytarılarkən satıcı cavan oğlanla administrator arasında gizli münaqişə də yarandı. Guya biz eşitməyək deyə alçaq səslə “sən niyə qəbul etdin ki, təmirdən gəlib” deyirdi satıcıya.

Açığı mən hələki İrşad Electronics mağazalarında hansısa satıcının məhsulu təklif edərkən bu məhsul təmirdən gəlib dediyini görməmişəm. Görən olubsa çox yaxşı minnətdaram. Bu hadisə də belə. Keçək ikinci hadisəyə.

Hadisə 2

Deməli yuxarıda qeyd etdiyim məhsulun geri qaytarılması zamanı dostumu gözləyərkən satıcıya sual ünvanladım ki, bəs  deyək mən iphone alsam getsəm bir həftə sonra gəlsəm ki, bu telefonda problem var və siz də təsdiqləsəniz ki, bu fabrik xətasıdır neynirsiniz o məhsulu? Satıcı qeyd etdi ki, geri qaytarırıq. İkinci sualım da belə oldu ki, bəs geri qaytardıqdan sonra o məhsul necə olur? Cavab isə tam gözlədiyim kimi oldu. “Təmir lazımdırsa təmir olunub yenidən vitrinə qoyulur və yeni telefon kimi satılır.” Bu da belə.

Hadisə 3

İndi gələk bir başa mənim yaşadığım problemə. Qeyd etdiyim kimi heçkimə tövsiyyə etmirəm bu mağazanı. Ancaq vəziyyət elə alındı ki, evdə təxminən bir iki gün içərisində hər iki notebook`um xarab oldu. (5-6 illik notebooklar idi.) Təcili notebook`a ehtiyacım oldu və başqa mağazada adıma aktiv kredit olduğu üçün tək çıxış yolum İrşad Electronics oldu. Çünki bu mağazadan heçvaxt məhsul almamışam ancaq müraciət etsəm mütləq verəcəklərini bilirəm. Beləcə internetdən Refurbished olmayan Yeni bir notebook sifariş verdim. Elmlər metrosunun qarşısında sifarişi qəbul etdim. Heçbir problem olmadan 11 ay istifadə edildi notebook. Zəmanətinə 1 ay qalmış (24 Noyabr 2015 də zəmanəti bitir) yəni 24 Okytabr tarixində notebook`u texniki servisə təhvil verməli oldum. Qəbul etdilər. Problem isə belə idi. Monitorda çox kiçik bir nöqtədə piksellər qaralmağa başlamışdı. 2-3 piksel qaralmışdı və gün keçdikcə bu artıb 2-3 düz xətt əmələ gətirmişdi xırda xəttlər. Bir neçə gün sonra mesaj gəldi ki xərci 90 AZN edir. Zəng etdim və zəmanəti olduğunu qeyd etdim. Qarşı tərəf dəqiqləşdirib məlumat verəcəyini qeyd etdi. Xahiş etdim ki, tezliklə mənə xəbər verin məsələ haqqında. Ancaq heçbir xəbər ala bilmədim.

Yenidən zəng etdim həmin nömrəyə ancaq işləmədi. *0171 nömrəsindən əlaqə saxladım aldığım cavab isə o oldu ki, texniki servisə yaxınlaşmalısınız burdan məlumat əldə etmək olmur. İndi yaxşı bəs bu nömrə nə üçündür? Nə isə.

Üz tutdum texniki servisə. Məsələni aydınlaşdırmaq üçün özümü tanıttım və notebook`u gətirib başladılar ki, bu notebook istifadəçi xətasına görə belə olub düzəldə bilmərik pulsuz. Bir neçə nümunə göstərib qeyd etdim ki, bu monitor heçbir zədə almayıb. Çünki zədə alsaydı nəticə fərqli olardı. Bunları da fərqli şəkillərlə göstərdim. Ancaq təbii ki, qəbul etmədilər. Dedilər ki, bizim təcrübəmiz göstərir ki, kompyuterin monitoru durduğu yerdə belə ola bilməz. Ancaq bu məsələdə azca anlayışı olan biri şəkilə baxaraq bunun hansısa zədədən əmələ gəlmədiyini anlaya bilər. Hansı ki, texniki servisdəki işçilər də gözümün içinə baxa baxa düz olduğumu sadəcə başlarındaki adama tabe olduqları üçün ağızlarını aça bilmədiklərini mimikaları ilə göstərirdilər.

Biraz deyişmədən sonra texniki servisdəki bu məsul şəxs bir quş da buraxdı ki, monitora zəmanət verilmir. Əlimdəki zəmanət talonunu uzadıb bura niyə yazmamsınız dedim. Cavab isə ikinci quş oldu. Orda yazılıb! Kənardan işçilərdən biri də – Hər halda gözünə girmək istəyir məsul şəxsin –  dedi ki yazılıb. Dedim xahiş edirəm göstərin mən oxudum ama görmədim. Başladı oxumağa biraz da mənə sarı uzadıb dedi buyurun Klaviatura, Çexol, Mouse və s. səsi alçaldı. Monitor yazılmayıb çünki. Dedim bəs hanı yəqin və s. yazmısınız ora daxildir? Əlbətdə cavab olmadı. Yenə də monitora zəmanət vermədiklərini qeyd etdi. Bəs monitora zəmanət vermisinizsə niyə qəbul edirdiniz gətirəndə?

toshiba lcd

Məsələ burasındadır ki, əgər həqiqətən bu monitor hansısa zərbəyə görə bu hala düşsəydi mən bu uzunluqda yazı yazıb özümü aldatmazdım. Sadəcə öz özümə deyərdim ki, irşad electronicsi aldatmaq istədim ama aldanmadılar və susardım. Ancaq nəticədə istifadə etdiyim məhsulu mən bilirəm. Bu sahədə də yetəri qədər təcrübəm var və bilirəm ki, hansı vəziyyətdə istifadəçi xətası sayılır hansında yox.

Qısacası səbəb əslində bəllidir. Milləti aldatmaq!

Bu yazıda məqsədim kimdənsə hirsimi çıxmaq vəya başqa birşey deyil. Sadəcə istədim təcrübəmi paylaşım ki, haradan məhsul alacağınıza yaxşı qərar verib bu problemləri yaşamayasınız.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz