Ədəbiyyat Fikrət Qoca

Yoluna bax

Gecə ayrı bir gecə.
Sakit, aylı bir gecə,
Piyada yol gedirəm,
Yola sərilib sükut,
Ulduzlarla mıxlanıb
Göyə bir topa bulud.
Yolum dərədən keçir,
Yolum təpədən aşır.
Deyəsən yol axırda
Gedib aya dırmaşır.
Gecə, aylı bir gecə..
Gecə ayrı bir gecə…

Könlümə uçmaq düşdü,
Gözümü dikdim aya,
Niyə axı qanadsız,
Gəlirik biz dünyaya?!
Qalxardım asimana,
ay nurunda üzərdim,
dağların başı üstə
Qartal kimi süzərdim..
Ayağım daşa dəydi,
tozlu yola sərildim
Özüm özümə gəldim.
“Göyə, aya, ulduza
adam yavaşca qalxar”.
Gecə yol yeriyəndə
Adam yoluna baxar!

Fikrət Qoca

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz