socialblade youtube channel

Youtube kanalları nə qədər qazandırır?

Əslində bu yazımda youtube kanalı ilə pul qazanmaq haqqında yazmaq istəyirdim. Ancaq düşündüm hələki bu haqda yazmayım. Bəlkə bir neçə müddət sonra yazaram. Sadəcə bəzən mənə də maraqlı olan hansı youtube kanalı nə qədər qazanır sualını cavablandırmaq üçün socialblade haqqında yazacam qısaca.

Socialblade.com əslində youtube partnyorluq xidmətidir. Ancaq daha çox youtube kanallarının statistikasını yayınlaması ilə məşhurdur. Socialblade məşhur kanalların abunə sayını, video sayını, videoların izlənmə sayını və bunara bağlı olaraq da təxmini günlük, aylıq və illik gəlirini hesablayır.

Youtubeda ən populyar kanalların, bəzi ölkələrə görə ən populyar kanalların siyahısını da səhifədən əldə edə bilərsiniz. Əslində sadəcə youtube kanalları deyil, instagram və twitch istifadəçiləri üçün də bəzi statistikalar əldə etmək mümkündür.

Saytın dili ingilis dilindədir. İstifadəsi əslində çox sadədir. Saytın sağ üst hissəsindəki axtarış bölməsinə youtube kanalınızın id`sini yazmağınız kifayət edir.

Məsələn: izlədiyim bir kanalın linkini verim.  https://www.youtube.com/channel/UCBJycsmduvYEL83R_U4JriQ  qalın hərflərlə işarələdiyim bölmə youtube kanalının id`sidir. Yəni həmin bölməni kopyalayaraq socialblade səhifəsində axtarış etsəniz, kanalın statistkasına baxa bilərsiniz.

Onu da qeyd edim ki, bəzi kanalları axtardığınızda qarşınıza nəticə çıxmaya bilər. Həmin kanallar axtarışınız zamanı yaddaşa alınıb izlənilir və bir müddət sonra həmin kanalın statistikasını da əldə etmək mümkün olur.

Yuxarıda qeyd etdiyim kanal mobil cihazların incələnməsi, qarşılaşdırılması, yeni cihazların təqdim edilməsi ilə əlaqəlidir. Nümunə olaraq həmin kanalın statistikalarını paylaşıram.

socialblade-youtube-channel-statistics

 

Buraya klikləyərək həmin səhifəni socialblade saytında görüntüləyə bilərsiniz.

Beləcə istədiyiniz kanalın id`sini əlavə etməklə sizi maraqlandıran statistikanı əldə etməyiniz mümkündür.

Dərc edən

Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

5 thoughts on “Youtube kanalları nə qədər qazandırır?”

  1. Salam YouTube’dan pul qazanmaq üçün paypal lazımdır? Birde bu paypalda yanlizca hesab açsam, kart elave etmesem hansisa saytdan paypala pul gönderib online alışveriş etmek olar? cavabınıza göre indiden teşekkürler

    1. şərhinizi gec gördüm üzrlü hesab edin. Youtube`dan pul qazanmaq üçün paypala ehtiyac yoxdur. Google Adsense hesabına ehtiyac var.
      Paypala kart əlavə etmədən pul qəbul edə bilərsiniz. Nəticədə balansınızda toplanan pulları xərcələyə bilərsiniz əlbətdə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir