Aliexpress 11.11 və EPN cashback

Bildiyiniz kimi Aliexpress onlayn alışveriş saytı hər il 11-ci ayın 11-i birçox üründə endirim edir. Endirimə 10 günə yaxın vaxt qalmışkən həm bundan xəbərdar etmək həm də alışveriş zamanı necə cashback əldə edəbiləcəyinizi izah etmək istədim.

Bununla bağlı aşağıda kiçik bir video da paylaşacağam. Qısaca qeyd edim ki, bu endirim kampaniyası zamanı birçox ürünü 20-30 faiz endirimlə əldə edə bilərsiniz. Diqqət etməli olduğunuz məqamlardan biri cəld olmaqdır. Yəni almaq istədiyiniz ürün məhdud sayda ola bilər.

Bundan əlavə kuponlar əldə edə bilərsiniz. İstər bu kampaniya istərsə də adi vaxtlarda xərclədiyiniz məbləğin müəyyən hissəsini daha doğru desək müəyyən faizini geri qazana bilərsiniz. Bunun üçün epn cashbak sistemindən istifadə edərək Aliexpress saytına daxil olmağınız və alışverişinizi tamamlamağınız kifayətdir.

Müəyyən kategoriyalara görə faiz dərəcələri epn cashback saytında qeyd edilib. Hətta sadəcə Aliexpress saytında deyil birçox alışveriş saytında bu sistemdən istifadə etmək mümkündür. Alışveriş etdikdən sonra aldığınız ürün sizə təslim edildikdə Aliexpress saytında ürünü təslim aldığınızı qeyd etdikdən sonra 30 gün ərzində cashback epn hesabınıza otuzdururlur. 100$ olduqda həmin məbləği debet kartınıza çıxara bilər vəya 100$ olmasını gözləmədən 20 cent-dən yuxarı məbləği webmoney hesabınıza çıxara bilərsiniz.

EPN CASHBACK: http://ali.pub/2e2gp5
Aliexpress Gameland: https://goo.gl/vYiLjA
Aliexpress: http://www.aliexpress.com

Daha ətraflı aşağıdaki videonu izləyə bilərsiniz:

Buta Airways haqqında

Son zamanlar avropaya eləcə də dünyanın birçox yerinə səyahət edən vətəndaşların facebook gruplarında, eləcə də ətrafımızda ucuz təyyarə uçuşları barədə verdikləri suallar və buna bağlı olaraq onlar haqqında şikayətləri və s. nəzərə alaraq bu yazını yazmaq qərarına gəldim.

Bildiyiniz kimi Azərbaycanda 2017-ci ildən fəaliyyətə başlamış “Buta Airways” – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Azərbaycanın yeganə loukoster şirkətidir. Bakı və Gəncə havalimanlarından uçuşlar həyata keçirir. Hansı ölkələrə uçuşlar həyata keçirdiyini buradan öyrənə bilərsiniz.

Loukoster nədir?

Əvvəla loukoster nə deməkdir bunu anlamaq lazımdır. Aşağıbüdcəli aviaşirkət. Sadə dillə açıqlasaq bu tip şirkətlərin məqsədi sərnişini bir nöqtədən digərinə aparmaqdır.Bəli sadəcə sərnişini aparmaq. Uçuş şirkətləri bir sərnişini aparmaq üçün birçox xərcə girir. Təbii ki, bu xərclərin başında sərnişinin yükü və yeyib içməyidir. Loukoster şirkətlərdə biletlər digər şirkətlərə nisbətən ucuz olur. Bunun səbəbi də həmin bu baqaj və yeyib içmək məsələsini biletə yansıtmamalarıdır.  Siz sadəcə A nöqtəsindən B nöqtəsinə uçmaq üçün bilet alırsınız və sadəcə uçuşun pulunu ödəyirsiniz. Əgər baqajınız varsa və düşünürsünüzsə ki, yemək yeyəcəksiniz və hətta pəncərə qarşısında oturmaq istəyirsiniz, o zaman bunların hamısı üçün ayrılıqda pul ödəməlisiniz.

Buta Airways də eyni qaydalarla iki növ bilet təklif edir. Aşağıdaki şəkildə də gördüyünüz kimi Baqajsız (Büdcə) və Baqajlı(Standart) olmaqla iki növ bilet almaq mümkündür.

buta airways baki istanbul ucusu

Ancaq burada diqqət edilməli bir neçə məqam var. Əgər siz Baqajsız bilet növünü seçirsinizsə baqaja qəti şəkildə yük verə bilməzsiniz. Təyyarənin göyərtəsinə əl yükü kimi istisnalar xaric heçbir əl yükü apara bilməzsiniz. İstisnalar isə bunlardır:

Əlavə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

  • qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
  • portativ kompyuter (noutbuk)
  • gül dəstəsi
  • əl ağacı
  • çətir
  • kağızlar üçün qovluq
  • üst geyim
  • mobil telefon
  • fotoaparat
  • videokamera
  • portpleddə kostyum
  • Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi
  • hava gəmisinin salonunda və ya sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar
  • iki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.

Büdcə yəni baqajsız biletlərin qaytarılması vəya dəyişdirilməsi mümkün deyil. Standart yəni baqajlı biletlərin isə 50%-i qaytarılır vəya 50% ödəniş etməklə dəyişdirilir.

Bunlardan əlavə olaraq, yer seçimi etmək istəyirsinizsə ödəniş etməlisiniz. Birinci sırada və qəza çıxışının yanında komfortlu yerlər – 25 avro, Ön sıralarda prioritet yerlər – 15 avro. Qeyd edim ki, əgər pul ödəmək istəmirsinizsə yer seçimi etmirsiniz və sistem sizə qeydiyyat zamanı ixtiyari bir yer seçimi edir.

Bir digər məsələ, Buta Airways-dən bilet almısınızsa, uçuşa qeydiyyatı özünüz etməlisiniz. Qeydiyyat uçuşa 24 saat qalmış başlanır. Bu nə deməkdir? Yəni uçuşa 24 saat qalmış siz,  Buta Airways-in saytında Online Qeydiyyat səhifəsinə daxil olaraq, rezervasiya vəya bilet nömrəsini daxil edib vəya havalimanında quraşdırılmış xüsusi qeydiyyat köşklərində qeydiyyatdan keçməlisiniz 2 dəqiqə vaxtınızı alar uzağı. Bunu etməsəniz, hava limanında sizdən ödəniş tələb ediləcək. Baqajın isə qeydiyyatı uçuşa 60 dəqıqə qalmış bitir.

Aviaşirkətin tarifləri və əlavə xidmətlərlə bağlı məlumatı buradan əldə edə bilərsiniz.

Son olaraq onu da qeyd edim ki, Buta Airways yeni tikilmiş terminaldan yox, köhnə terminaldan uçur. :)

Buta Airways ilə bağlı qeydlərim bu qədər idi. Əlavə sualı olan varsa şərhlərdə qeyd edərsə bildiyim qədər cavablandıraram.

Hərkəsə uğurlu səyahətlər arzu edirəm )

Green card üçün yeni qaydalar təklif edilib.

Bildiyiniz kimi Amerikanın Yaşıl kart (Green card) adlı programı hər il keçirilir və ildə 55 min nəfər Amerikada yaşamaq və işləmək hüququ qazanır.

Amerikanın yeni prezidenti Donald Trumpın göstərişi ilə Green Card sənəd qəbulu qaydalarında dəyişikliklər təklif edilib. Ancaq bu təklif hələ rəsmiləşməyib. Əgər konqres bu təklifi qəbul edərsə bundan sonra sənəd qəbulu bal sistemi ile aparılacaq. Yəni şansdan yox müəyyən kriteriyalarda asılı olaraq Green Card qazanma şansınız olacaq.

Təklif aşağıdaki kimidir:
Siz sənəd göndərərkən bir neçə kategoriya üzrə bal toplamalısınız və cəmi 30 bal olmalıdır ki, siz qalib gələsiniz.

1. YAŞ
  • 18-21 yaş aralığındasınızsa 6 bal,
  • 22-25 yaş aralığındasınızsa 8 bal,
  • 26-30 yaş aralığındasınızsa 10 bal,
  • 31-35 yaş aralığındasınızsa 8 bal,
  • 36-40 yaş aralığındasınızsa 6 bal,
  • 41-45 yaş aralığındasınızsa 4 bal,
  • 45-50 yaş aralığındasınızsa 2 bal,
  • 18 dən kiçik vəya 50 dən böyüksünüzsə 0 bal :)
2. TƏHSİL
  • US orta təhsil vəya öz ölkənizdə orta təhsil diplomu 1 bal,
  • Bakalavr diplomunuz varsa 5 bal,
  • Bakalavr diplomu US`ə aiddirsə 6 bal,
  • Magistr diplomunuz varsa 7 bal,
  • Magistr diplomu US`ə aiddirsə 8 bal,
  • Prof vəya doktorantura diplomu varsa 10 bal, US`ə aiddirsə 13 bal.
3. DİL (TOEFL vəya İELTS)
  • nəticə 60 % dən azdırsa 0 bal,
  • nəticə 60% – 80% arasındadırsa 6 bal,
  • 80%-90% arasındadırsa 10 bal,
  • 90% və daha çox 11 bal.
4. İŞ TƏKLİFİ
  • Əgər aldığınız iş təklifinin gəliri, gedəcəyiniz ştatın orta həcmli gəlirinin 150%-ni təşkil edirsə 5 bal,
  • Əgər aldığınız iş təklifinin gəliri, gedəcəyiniz ştatın orta həcmli gəlirinin 200%-ni təşkil edirsə 8 bal,
  • Əgər aldığınız iş təklifinin gəliri, gedəcəyiniz ştatın orta həcmli gəlirinin 300%-ni təşkil edirsə 13 bal,
5. Əlavə olaraq əgər Nobel mükafatçısısınızsa avtomatik 25 balınız var :)
6. Fərdi Olimpiya medalı sahibinə və ya nisbətən rəqabətli beynəlxalq idman fəaliyyətini qazanmış birinə 15 bal veriləcəkdir.
Təkrar qeyd edirəm ki, bu təklif hələ qəbul edilməyib.
 
 

Macarıstan Budapeşt səfəri haqqında.

Daha əvvəl Macarıstan səfirliyindən Viza almaq barədə yazmışdım. İndi isə həmin yazının davamı olaraq qısaca Macarıstan daha doğrusu Budapeşt səfəri haqqında yazmaq istəyirəm. Mən işlə bağlı getdiyim üçün əslində gəzmək üçün çox vaxtı yox idi ancaq maksimum dərəcədə gəzməyə çalışdım.

24 – 28 aprel tarixlərində Budapeştə oldum və  elə başlayanda qeyd edim ki, çox bəyəndim. Bildiyiniz kimi Budapeşt şəhərini Dunay çayı iki hissəyə bölür Buda və Peşt. Mən daha çox Buda tərəfində qaldım ama çalışıb hər iki tərəfi gəzmək lazımdır. Hər iki tərəfdə çox gözəl gəziləsi yerlər var.

Ümumiyyətlə şəhərdə birçox heykəltəraşlıq nümunələri var. Avropaya ilk səyahətim olduğu üçün başqa ölkələrlə qarşılaşdırma edə bilməyəcəm.

Getdiyim tarixlərdə internetdən hava haqqında məlumatlara baxmışdım yağışlı və soyuq olacağı göstərilsə də Azərbaycan çox daha isti olduğunu qeyd etməliyəm. Qısa qolda rahatlıqlə gəzə biləcəyiniz hava var idi.

Budapeştdə Dunay çayı ətrafında istər piyada, istər velosipedlə, istərsə də çayın üzərində gəmilərlə səyahət edə bilərsiniz. Axşam saatlarında tarixi binların ışıqlandırıması ilə çox gözəl mənzərə ilə qarşılaşırsınız.

Nəqliyyat

Şəhərədə nəqliyyat baxımından çətinlik demək olar ki yoxdur. Şəhər içi avtobuslar, tramvaylar, metro hətta trolleybuslar (Peşt tərəfində gördüm Buda tərəfində trolleybus var mı bilmirəm) işləyir. Ancaq nəqliyyatdan və şəhərdə müəyyən yerlərdə quraşdırılmış elektronik velosipedlərdən istifadə etmək üçün Budapest Card almağınız vacibdir. Budapest Card ilə muzeylərdə, restoranlarda və s. xüsusi endirimlər də əldə etmək mümkündür.

Pul vahidi

Macarıstan avropa ölkəsi olsa da pul vahidi Forintdir. Ancaq mağazalarda Euro ilə ödəniş də etmək mümkündür. Belə ki, məzənnəyə uyğun olaraq (bir neçə forint daha ucuz) konvertasiya edirlər. Mən orda olarkən 1 euro təxminən 300-308 Forint idi. Ancaq nə badə aeroportda valyuta mübadiləsi edəsiniz. Çox aşağı məzənnə ilə konvertasiya edilir. Şəhərdə müxtəlif Valyuta mübadilə məntəqələrində qiymətlərə nəzər yetirib sonra əməliyyat etməyinizi tövsiyyə edirəm. Mübadilə məntəqələrinin bəziləri komissiya haqqı tutur buna da diqqət etmək lazımdır. Saat 18:00 dan sonra mübadilə məntəqələri və mağazalar işləmir.

Yazını payalaşmaq çox gec alındı. Bu səbəblə çox məlumat əlavə edə bilmədim. ))

Greencard “Confirmation Number” unudulubsa nə etməli?

Bildiyiniz kimi 2 may tarixindən etibarən Greencard nəticələri elan edilib. Sosyal şəbəkələrdə tez-tez confirmation number`ın itirilməsi/unudulması barədə oxuyuram. Düşündüm ki, kiçik bir video çarx ilə köməklik edim.

Aşağıdaki videonu izləyərək confirmation number necə bərpa edilir öyrənə bilərsiniz. Paylaşaraq videonun bilməyənlərə də çatması üçün köməklik göstərəcəyinizə əminəm :)

 

Macarıstan səfirliyindən necə Viza almaq olar?

Açığı xaricə çox da səyahət etməmişəm. Rusiyada anadan olmuşam ancaq Azərbaycanda yaşamışam. Birneçə dəfə Rusiyaya gedib gəlmişəm. Tələbəliyim isə Türkiyədə keçib. Təxminən 5 il. Ancaq səyahət etmək, fərqli ölkələr, fərqli insanlar, fərqli adətlər ilə tanış olmaq , dünya görüşünü artırmaq üçün gözəl fürsətdir.

Türkiyə, Rusiya kimi ölkələrə getmək üçün Azərbaycan vətəndaşlarından bildiyiniz kimi Visa tələb olunmur. Ancaq Visa tələb olunan ölkələrə gedərkən həmin ölkənin səfirliyindən Viza almaq lazım gəlir və bu prosedurlar bir birinə bənzəsə də ölkələrə görə fəqrlilik göstərə bilir.

İşimlə bağlı ezamiyyət məqsədi ilə Macarıstana getməli oldum və bu müddətdə Viza üçün hara necə sənəd verdim bu barədə paylaşmaq istəyirəm.

Əvvəla onu qeyd edim ki, Macarıstan Schengen Viza ərazisinə daxildir və Schengen Vizası almalısınız.

Schengen nədir?

Şengen razılaşması – gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.

Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.

Qaynaq: Wikipedia

Deməli, 2016-cı il Yanvarın 25-dən etibarən Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün “IFR System” – ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunub. IFR System-in saytında daxil olaraq əvvəlcədən sıra almalısınız. Saytda ölkəni seçib (vətəndaşı olduğunuz ölkəni) və sizdən soruşulan şəxsi məlumatları daxil edərək sonda növbə ilə bağlı formanı çap edirisiniz. Formada aşağıdakı məlumatlar əks olunacaq:

Baku Consular Section of the Embassy (Republic of Azerbaijan)
Baku, 1004 Icheri Sheher, Mirza Маnsur u. 72.
Service window (if more than one): Window: 1. customer service window

Service date and time: 4/12/2017 Wednesday 12:30 PM – 4/12/2017 Wednesday 12:45 PM
Number of persons: 1

For any questions in relation to the service call:

Phone: 497-4579

Or visit the webpage of the office: http://www.mfa.gov.hu/emb/baku

Bu sıra nömrəsi ilə siz Macarıstan Səfirliyində (Xəritə üçün klikləyin) sənəd verə bilərsiniz. Bir digər yol isə Macarıstan Viza mərkəzində sənəd qəbulu mümkündür. Ancaq əgər Macarıstan Viza mərkəzinə getmək istəsəniz o zaman Viza rüsumundan (35 euro) əlavə olaraq sizdən 29 euro xidmət haqqı tələb olunacaq. Macarıstan viza mərkəzi rəsmi saytına buradan daxil ola bilərsiniz. Viza mərkəzinin avantajı odur ki, siz səfirliyə getmirsiniz. Lazımi sənədləri toplayaraq onlara verirsiniz və onlar sizin əvəzinizdən səfrlikdə lazımı işləri görüb vizanızı alırlar.

Hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlər Vizanın növünə görə dəyişir. Yəni turistik viza, təhsil vizası, biznes işgüzar viza və s. Ona görə də bunların hamısını burada yazmayacam. Yuxarıda qeyd etdiyim bağlantılardan sizin üçün lazım olan vizanın növünü seçərək lazımı sənədləri təyin edə bilərsiniz.

Sadəcə bəzi xırda nüansları qeyd edim. Tələb olunan sənədlər arasında tibbi sığorta və bankdan maaş kartı hesabından çıxarış tələb olunur. Tibbi sığortanın məbləği 30.000 euro olmalıdır. Bilməyənlər üçün bu əlçatmaz birşey kimi görünə bilər :) ancaq elə deyil. Bu sadəcə sizin sığortanızdır və əldə etmək üçün birçox turizm agentliklərinə yaxınlaşaraq səfərinzin müddətinə görə  ortalama 10-30 azn qarşılığında tibbi sığorta ala bilərsiniz. Sənədlərinizi səfirliyə təqdim edərkən tibbi sığortanın surətini verin əsli sizdə qalsın. Çünki səfər zamanı sizdən istənilə bilər.

Digər məsələ isə bankdan maaş kartı hesabından çıxarışdır. Bu sənəd üçün banka yaxınlaşdıqda adətən ingilis dilində yazılmış hesab arayışı verirlər və qarşılığında 10 azn tələb edirlər (Azərbaycan Beynəlxalq bankından aldığım üçün oranı nümunə verə bilərəm).Ancaq Macarıstan səfirliyi üçün bu arayış lazım olmadı. Əvəzinə maaş kartı hesabınızdan son 6 ayın çıxarışını almaq bəs edir. Bir də ən əsası bu sənəd üçün notarius təsdiqinə ehtiyac yoxdur. Adətən var deyirlər ancaq əlavə xərc çəkməyin. Şübhəniz olarsa səfirliyə zəng edib dəqiqləşdirə bilərsiniz.

Bunlardan başqa səfərlə bağlı qalacağınız oteldən göndərilən rezervasiya ilə bağlı sənəd və biletiniz səfirlik tərəfindən tələb olunur.  Və sonda onu da qeyd edim ki səfərinizə 15 gün qalana qədər viza üçün müraciət edə bilərsiniz. 15 gündən az qalıbsa səfirlik sənədinizi qəbul etməyə bilər. Ancaq şansınızı yoxlayın mütləq məndə 12 gün qalmışdı qəbul etdilər :)

Macarıstan ilə bağlı yazımı isə qayıdandan sonra paylaşacam :)

İmtahan Mərkəzi

Təxminən bir ildən çoxdur ki “Dövlət Qulluğuna Hazırlıq” adlı Dövlət Qulluğuna qəbul üçün qanunvericilik üzrə mobil tətbiqi istifadəyə vermişəm. İstifadəçilər tərəfindən maraqla qarşılandığını və onlara kömək olduğu barədə e-poçtuma gələn rəylərdən sonra qərara gəldim ki, İmtahan Mərkəzi portalını qurum.

İmtahan Mərkəzi ölkədə keçirilən imtahanlarla bağlı sualların cavablandırıldığı, test tapşırıqlarının edildiyi sadə bir portaldır.

Burada istifadəçilər öz təcrübələrini paylaşa bilir, başqalarının təcrübələrindən faydalana bilir və çətinlik çəkdikləri test tapşırıqlarının həllini öyrənə bilirlər.

Əsas məqsəd isə odur ki, sosial şəbəkələrdə bu tip grup vəya səhifələrdə edilən paylaşımları bir neçə ay sonra tapmaq biraz çətindir və vaxt aparır. Ancaq internet səhifəsi olduqda bu bir qədər asanlaşır. Nəticədə bütün paylaşılan təcrübə və test tapşırıqlarını asanlıqla tapıb yenidən oxuma imkanı yaranır.

Buyurun sizin üçün də maraqlıdırsa www.imtahanmerkezi.com portalını ziyarət edin.

Günlük Xəbərlər mobil tətbiqi istifadəyə verildi

Daha əvvəl Azerbaijan News adlı xəbər tətbiqini blogda tanıtmışdım. Əslində özüm üçün xəbərləri təqib etmək məqsədilə hazırladığım mobil tətbiq idi daha sonra bir balaca təkmilləşdirib ümumi istifadəyə açmışdım. Buradan ətraflı oxuya bilərsiniz.(artıq 5000+ istifadəçi tərəfindən endirilib)

Bu səfər isə Günlük Xəbərlər adlı yeni bir android mobil tətbiqini Google Play Marketə yerləşdirdim. Əvvəlki xəbər proqramından fərqi isə daha sadə, daha kiçik həcmli, daha surətli və sadəcə günün xəbərlərini təqib edə biləcəyiniz mobil proqram olmasıdır. Yenə 4 dildə (Türk, Rus, İngilis, Azərbaycan)  xəbərlər göstərilir. Əvvəlki proqramdan daha asan şəkildə dillər arası keçid imkanı yaradılıb.

Proqramdan xəbərlərdən əlavə günlük valyuta məzənnələrini (USD, EURO, TL, RUBL) və Azərbaycanın bütün rayonları üzrə 10 günlük hava haqqında məlumatı əldə etmək də mümkündür.

Tətbiqi android cihazınızda Google Play Marketdə “Günlük Xəbərlər”, “Gunluk Xeberler” və Anar Samadov açar sözlərini axtarmaqla tapıb yüklıəyə bilərsiniz.

Tətbiqin linki: https://play.google.com/store/apps/details?id=com.xebersaati.gunlukxeberler

Tətbiqdən bəzi görüntülər:

gunluk-xeberler1

gunlukxeberler2

screenshot_2016-11-17-10-24-43

screenshot_2016-11-17-10-24-50

Biri vardı, biri yox.

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.

Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə ?evlən? dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: ?biri vardı, biri yox…

Nüsrət Kəsəmənli

PHP və JSON ilə dərman vasitələri haqqında məlumatın əldə edilməsi.

Tələbə vaxtından bu yana türkcə video dərsliklər hazırlayıram. (Türkiyədə təhsil aldığım üçün) Ancaq bir il əvvəl qərar verdim ki yavaş yavaş da olsa azərbaycanca dərsliklər də hazırlayım.

Məqsədim professional dərsliklər hazırlamaq deyil əlbəttə sadəcə vaxtım olduqca maraqlı olduğunu düşündüyüm mövzularda kiçik video dərsliklər paylaşmağa çalışacam.

İlk dərslik bu videodadır. PHPJSON istifadə edərək data.gov.az servislərindən “Dərman vasitələri haqqında məlumatın əldə edilməsi” servisini istifadə edərək dərmanlar haqqında məlumatın necə çəkildiyini göstərməyə çalışdım.

Burada məqsəd servisdən məlumatın çəkildiyini göstərməkdir.Eyni kodlarla xırda dəyişikliklər etməklə servislərdən məlumatları çəkə bilərsiniz.

Dərsliyi bəyənsəniz kanala abunə olmağı və bəyən düyməsinə klikləməyi unutmayın ;)

Videoda yazdığım kodlar:

 

Php ilə Azərbaycan adları barədə məlumatın əldə edilməsi

Daha əvvəl Açık Hökumət Portalı haqqında yazmışdım. Bu yazımda həmin portal yardımı ilə php proqramlaşdırma dilindən istifadə edərək Ədliyyə nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan adları barədə məlumatın verilməsi” servisindən hər hansı bir adın mənasını əldə etməyə çalışacam.

İstifadə edəcəyimiz servis haqqında təlimatı buradan oxuya bilərsiniz:

Açıqlamadan da göründüyü kimi GetMeaningOfName metodundan istifadə edərək name dəyişənini göndərməklə adın mənasını əldə edə bilərik. Nümunə olaraq Koroğlu adı istifadə olunub. Baxaq görək Koroğlu adı ilə metoda müraciət etdikdə cavab olaraq hansı məlumatlar geri qaytarılır?

Gördünüyünüz kimi sorğu nəticəsində bizə əsas 2 məlumat qaytarılır. Birincisi fault (səhv) ikincisi isə response (cavab). və təbii ki, onlara aid digər alt məlumatlar. Biz burada fault bölməsində faultCode istifadə edərək göndərdiyimiz sorğunun nəticəsinin olub olmadığını təyin edə bilərik. Belə ki, əgər faultCode bizə 0 (sıfır) dəyərini geri qaytarırsa deməli səhv yoxdur və sorğumuzun  nəticəsi var. Yox əgər 1 dəyərini qaytarırsa deməli səhv var, göndərdiyimiz sorğunun nəticəsi yoxdur. Yəni mənasını axtardığımız ad ilə əlaqəli heçbir məlumat tapılmayıb.

Digər istifadə edəcəyimiz məlumat isə response bölməsindədir. Burada bizə lazım olan nameField (sorğu üçün göndərilən ad) və name_meaningField (adın mənası) bölmələdiri. İstəsəniz sexField bölməsini də istifadə edə bilərsiniz ancaq adın mənası bölməsində cinsiyyət bildirildiyi üçün əlavə olaraq bu bölmədən istifadə etməyi ehtiyac görmürəm.

İndi gələk php ilə bu məlumatı necə əldə edəcəyimizə. Kodları paylaşmadan qeyd edim ki, məlumatı qarşı tərəfdən səhifəni yeniləmədən əldə etmək üçün ajax`dan istifadə edəcəm.

 

index.php faylı

 

ajax.php faylı

ajax.php faylında file_get_contents funksiyası ilə servisdəki json formatındakı məlumatları əldə etdik. Sorğu üçün göndərəcəyimiz adda Azərbaycan şriftlərindən istifadə ediləcəyi üçün burada urlencode funksiyasından istifadə etdik.  Yəni hərflər avtomatik olaraq lazımi simvollarla dəyişdirilir ki, şrift problemi yaşanmasın. Daha sonra json_decode funskiyası ilə json formatındakı məlumatları oxuduq. Növbəti addımlarda $json dəyişəninə mənimsətdiyimiz məlumatları oxuduq.

main.js faylı

Bu qədər. Kodları istifadə edərək online rejimdə Azərbaycan adlarınən mənalarını əldə edə bilərsiniz.

Scriptin tam kodu üçün github hesabıma baxa bilərsiniz.

Scripti test etmək üçün buraya klikləyin.

Opera ilə pulsuz VPN

Əvvələ VPN nədir sualına cavab tapaq. VPN (Virtual private Network) — iki kompüter arasında məlumatları virtual tunnel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycanca Virtual özəl şəbəkələr deməktir.

VPN bağlantısı üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir.

Opera yeni versiyasında (hansı ki hazırda BETA versiyadadır) daxili pulsuz VPN təqdim edib. Yəni əlavə heçbir program yükləmədən və əlavə ödəniş etmədən sadəcə Opera browser yükləyərək VPN dən istifadə edə bilərsiniz.

Əvvəla buradan Opera Beta versiyanı yükləməlisiniz.

Brauzeri yüklədikdən sonra Menu > Settings bölməsinə daxil olaraq VPN servisini aktivləşdirməlisiniz.

opera-vpn

Daha sonra brauzerde adres çubuğunun sol tərəfində mavi rəngə VPN yazısını görəcəksiniz. Bu bölmədə Virtual Location hissəsində bir neçə ölkə qeyd edilib. Həmin ölkələrdən birini seçərək VPN xidmətindən asanlıqla istifadə edə bilərsiniz. Hər hansı ölkə seçməsəniz avtomatik olarak adətən Hollandiya üzərindən VPN servis aktiv olur.

opera-vpn-2

Pulsuz rəsmi greencard müraciəti

Greencard müraciəti haqqında bildiklərimi paylaşmak istəyirəm bu dəfə. Bəzi bildiyim məqamları qeyd etmək istəyirəm.

Greencard (yaşıl kart) nədir?

Greencard Amerikanın xarici vətəndaşlara verdiyi ömürlük vəsiqədir. Greencard sahibi olduqdan sonra rahatlıqla Amerikaya gedə bilər, orada universitet oxuya bilər, işləyə bilərsiniz. Qısaca desək Amerika vətəndaşları ilə eyni hüquqa sahib ola bilərsiniz. Sizə sadəcə, Amerika vətəndaşlarından fərqli olaraq səsvermə hüququ verilmir.

Necə müraciət edə bilərəm?

Greencard müraciətini edə biləcəyiniz birçox qurum var. Hansı ki, internetdə tez-tez belə qurumların reklamlarına rastlamaq mümküdür. Müəyyən məbləğ qarşılığında sizin məlumatlarınızı alaraq sizin əvəzinizə greencard müraciəti edirlər.

Bu paylaşımımın əsas səbəbi də məs elə bununla bağlıdır. Həmin vasitəçi qurumlar sizdən ödəniş alırlar. Bu ödəniş əslində əlavə xərcdir. Çünki siz heçbir xərc çəkmədən greencard müraciəti edə bilərsiniz. Onsuz da pullu greencard müraciəti yoxdur. Yəni həmin qurumlar sizdən xidmət haqqı alıb sizin əvəzinizə greencard müraciətini onsuz da pulsuz edirlər. Yəni daha aydın desək sizin görməli olduğunuz işi sizin əvəzinizə görüb qarşılığında sizdən pul tələb edirlər.

Ona görədə istədim bu məsələyə aydınlıq gətirim ki, öz müraciətinizi özünüz edə biləsiniz. Greencard müraciəti rəsmi olaraq Amerika xarici işlər nazirliyinin saytında qəbul edilir. Həmin sayta buradan daxil ola bilərsiniz.

Nə vaxt müraciət etməliyəm?

Greencard müraciəti ildə bir dəfə qəbul edilir. Adətən oktyabr ayının əvvəli başlayır və növbəti ayın (noyabr) əvvəlinə qədər davam edir. Bu tarix yuxarıda qeyd etdiyim bağlantıda hər il göstərilir. Məsələn bu il (2016), 2018 -ci il üçün greencard müraciətləri 4 oktyabr tarixindən 7 noyabr tarixinə qədər qəbul edilir.

Hansı sənədlər lazımdır?

Müraciət üçün heçbir sənəd tələb edilmir. Sadəcə 600×600 ölçülərində fotoşəkil tələb olunur və Online müraciət forması doldurularkən istifadə olunur. Fotoşəkil üçün bəzi qaydalar mövcuddur. Bu qaydalarla buradan tanış ola bilərsiniz. Həmin səhifədə sağ tərəftə qeyd edilən START PHOTO TOOL bölməsinə daxil olaraq çəkdiyiniz şəkli təlimata uyğun tənzimləyib yadda saxlayaraq müraciətinizdə istifadə etməyiniz məsləhətdir. Çünki bu təlimata uyğun olmayan fotoşəkil müraciətinizin diqqətə alınmamasına gətirib çıxara bilər.

Nəticəni necə öyrənə bilərəm?

Nəticələr yenə rəsmi səhifədə adətən may ayının əvvəlindən etibarən öyrənilir. Belə ki, müraciət zamanı sizə “confirmation number” verilir. Həmin “confirmation number” ilə nəticənizi rəsmi səhifədən öyrənə bilərsiniz. Qeyd edim ki, nəticə ilə bağlı heçbir məktub vəya elektron poçt göndərilmir. Ona görə də “confirmation number”`ı mütləq qeyd edib saxlamalısınız.

Digər məqamlar…

Bunlardan əlavə olaraq bəzi məqamları qeyd edim. Greencard hər il çəkiliş (lotoreya) üsulu ilə müxtəlif ölkə vətəndaşlarına verilir. Yəni greencard üçün ali təhsil, iş sahibi olmaq və s. heçbir üstünlük təşkil etmir.

Amerika greencard üçün qəbul etdiyini ölkələrin siyahısını hər il rəsmi saytda qeyd edir. Hər bir ölkənin müəyyən say limiti mövcuddur. Ancaq bu limit heçkəsə bildirilmir. Sadəcə bəzi mənbələrdə qeyd edilir ki, hər il fərqli limitlər müəyyən olunur. Bu da əvvəlki il verilən greencard vəsiqələrinə görə müəyyən edilir.

Greencard üçün müraciət etdikdə hansı ölkənin vətəndaşı olmağınıza baxmayaraq doğulduğunuz ölkənin say limitindən sayılırsınız.

Əgər evlisinizsə müraciət zamanı evli olduğunuzu, uşaqlarınız haqqında məlumatı doldurmalısınız. Bu zaman yoldaşınızın adından da başqa bir müraciət etməli və həmin müraciətdə də hər iki tərəf haqqında məlumatları tam doldurmalısınız. Nəticədə ikinizdən (siz vəya yoldaşınız) birinə greencard vəsiqəsi əldə etmə şansı verilərsə hər ikiniz və eləcə də uşaqlarınız greencard alma haqqına sahib olur.

Qeyd etmək istədiklərim qısaca bunlar idi. Onu da deyim ki, mən greencard almamışam. Şərhlərdə bunu nəzərə alamağınızı xahiş edirəm. Çünki bu paylaşımda məqsədim müraciət üçün əlavə xərc çəkməməyiniz üçün rəsmi saytı təqdim etməkdir.

Daha ətraflı məlumat üçün sonda paylaşdığım greencard haqqında təlimatlara nəzər yetirin. Türk  dilində təlimat mövcuddur.

Rəsmi sayt: https://www.dvlottery.state.gov/

Fotoşəkil ilə bağlı təlimat: https://travel.state.gov/content/visas/en/general/photos.html

Greencard haqqında təlimat: https://travel.state.gov/content/visas/en/immigrate/diversity-visa/instructions.html

Yar qasidi

Sən yarımın qasidisən,
Əylən, sənə çay demişəm.
Xəyalım göndəribdi
Bəski mən ax-vay demişəm.

Ax! Gecələr yatmamışam,
Mən sənə lay-lay demişəm.
Sən yatalı, mən gözümə
Ulduzları say demişəm.

Hər kəs sənə “ulduz” deyə,
Özüm sənə “ay” demişəm.
Səndən sora həyata mən
Şirindisə, zay demişəm.

Hər gözəldən bir gül alıb,
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağıvı
Ay balana tay demişəm.

İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm.
Gah toyuvu yada salıb,
Mən dəli nay-nay demişəm.

Sonra yenə yasa,batıb
Ağları hay-hay demişəm!
Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm.

Ömrə, sürən mən qaragün
Ax demişəm, vay demişəm!

Şeiri şairin öz səsi ilə dinləyin:

İctimai nəqliyyatda müşahidələrim :)

Son günlərdə şahidi olduğum iki hadisəni paylaşmaq istəyirəm. Biri yaxşıdır biri pis! Biri IT sahəsində yaşlıların aktiv rol almağına olan ümidimi işıqlandırır, biri bakıda insanların daha anlayışlı, daha mədəniyyətli davranış sərgiləyəcəyi barədə ümidimi zədələyir.

Əvvəl pisdən başlayaq ki, sonu yaxşı bitirək :) Deməli bir neçə gün əvvəl (onu da qeyd edim ki, paylaşacağım hər iki hadisə eyni gündə yaşanıb) Əhmədli metrosunda qatardan enərkən 40-45 yaşlarında bir kişiyə gözüm sataşdı. O yaşlarda birinin nümunə olmağı lazım ikən metro stansiyasının ortasında sanki belə də olmalıymış kimi burnunda qazıntı işləri aparıb (üzr istəyirəm :) bura qədər hardasa başa düşə bilərdim.) sonra çıxartıdığı nadir tapıntını metronun sütununa sürtdü. Özündən razı şəkildə qatara minib çıxıb getdi. Bundan sonra metro sütunlarına da söykənə bilməyəcəm onu da aldı dayday əlimizdən. Düzdür o qədər dərd var bu onun yanında bəlkə də heçnədir ama xoş deyil.

İkinci hadisə isə belədir. Deməli ümumiyyətlə 40+ yaşlarında insanların (Azərabycanda) işləri kompyuterlə görməsi, elekron hesabatlar ilə işləməsi alqışlanası haldır. Çünki bir neçə dəfə bu yaş qrupundaki insanların kompyuter bacarıqlarının zəif olduğunu müşahidə etmişəm yəqin bu heçkəsə yad bir hal deyil. Ona görə də düşünürdüm ki, bu yaş qrupundaki insanlar elə belə də gedəcək öyrənmək istəməyəcəklər. Ancaq son vaxtlarda bu düşüncəmdə yanıldığımı hiss edirəm. Bir neçə 50+ yaşlarındaki proqramçılarla, sistem administratorları ilə rastlaşdıqdan sonra anladım əmin oldum ki, hərşey həqiqətən də həvəsdən və özünü inkişaf etdirməkdən, təmbəllik etməməkdən asılıdır.

Deməli avtobusda 40 yaşlarında bir xanımın telefonla məşğul olduğunu gördüm. Artıq öyrəşmişik bütün yaş qruplarındaki insanların avtobusda, metroda telefonda oyun oynamaqlarına. Ancaq telefon böyük olduğundan və ayaq üstə durduğumuzdan məcburən görürük telefonun ekranını. 40 yaşlarındaki xanım Teamviewer proqramı ilə avtobusda ikən kompyuterə daxil olub hansısa hesabatda düzəlişlər etdi. Sonra onu e-poçt ünvanına göndərdi ardından da telefonda excel faylında dəyişikliklər edib onu da e-poçt ilə göndərib işini bitirdi. Açığı çox təəccübləndim nə yalan deyim. :) Ancaq Əhsən!

Belə, bunu da yazdım ki, bir neçə il sonra bu postu görüb qarşılaşdırma edə bilim vəziyyəti.

CSS3 ilə arxa plan rənginin hərəkətli keçidi

Bu yazımda müasir veb səhifələrdə gördüyünüz menyuların üzərinə gəldikdə arxa fonunun sağdan sola, soldan sağa, aşağıdan yuxarı vəya tərsinə hərəkətli keçidini necə edə biləcəyinizi göstərmək istəyirəm:

Əvvəla səhifəmizə bir düymə əlavə edək:

İndi isə əlavə etdiyimiz düyməni css ilə rəngləndirək və əsas kodlarımızı yazaq:

Kodları açıqlayaq. Deməli əvvəla .duyme sinifini yaratdıq və düyməyə kənarlıq verdik. Arxa fonunu (background:none;) rəngsiz, mövqeyini nisbi (position:relative;) seçdik. Çünki bir sonrakı addımda mövqeyi mütləq edəcəyik və bunun üçün də əvvəlki mövqe nisbi olmalıdır. Transition: color 0.25s ease; kodları isə düymənin üzərinə gəldikdə yazı rənginin keçidli şəkildə dəyişməsi üçündür.

Sonrakı addımda .duyme::after kodları ilə arxa fonumuzu yaratdıq. Burada önəmli olan position:absolute; dəyərinin verilməsi, daha sonra genişliyin sıfır dəyərində saxlanılmasıdır. Hərəkətin keçidli şəkildə olması üçün isə yenə də transition:width 0.25s ease; kodlarından istifadə etdik. Diqqət etsəniz görərsiniz ki yuxarıda transition kodunda color`dan istifadə etmişdik çünki dəyişəcək dəyər rəng idi. İndi isə transition kodunda width istifadə etdik çünki genişliyimiz sıfırdan 100 faize doğru dəyişəcək və nəticədə hərəkətli keçid alınacaq.

Hərəkətli keçidin alınması üçün son addım ise .duyme:hover::after kodunuz yazmaqdır. Bu kodun mənası belədir ki, .duyme sinifinin üzərinə gəldikdə .duyme::after sinifində aşağıdaki (width:100%) dəyişiklikləri et.

Ümid edirəm başa sala bildim. :)

Əlavə olaraq qeyd edim ki, kodlarda .duyme::after bölməsində left:0; yerinə right:0; istifadə etsək arxa fon rəngi soldan sağa yox, sağdan sola dəyişəcəkdir.

Buyurun bu da nəticə.

Myphone.ae biyabırçılığı!

Deməli belə myphone.ae saytı ilə yaşadığım problemi paylaşmaq istəyirəm. Paylaşım ki, səhv edib həmin saytla alış-veriş etməyəsiniz.

Reklamlarından, təriflərindən yaxşı xidmət olacağını ümid edib bir dəfə alışveriş etmişdim və aldığım telefon vaxtında mənə çatdırılmışdı. Həmin vaxtlarda dollar qalxmamışdı və ofisləri Azərbaycanda idi.

Yaxın tarixlərdə dostum myphone.ae saytında qeyd edilən parametrlərə inanıb telefon sifariş etdi və məlum oldu ki, myphone.ae saytında parametrlər səhv yazılıb. Bank hesablarına ödənilən 260 dollar məbləğindəki pulu geri istədi və nəticədə 250 dollar məbləğində pulu mənim bank kartıma göndərdilər.10 dollar kəsinti oldu.

Vəziyyət elə gətirib çıxartdı ki, yenə həmin saytdan sifariş verməli olduq çünki başqa saytda istədiyimiz telefonu tapa bilmədik. Həmin dostum xahiş etdi ki, sifarişi mən edim. 23 iyun tarixində telefonu sifariş etmək üçün sayta daxil oldum. Parametrləri dəfələrlə online əlaqə vasitəsilə Aysun adlı xanımla dəqiqləşdirdim. Dəfələrlə qeyd etdim ki, problem olmayacaq ki?, bir dəfə problem yaşayıb yenidən sifariş veririk. Dəfələrlə soruşdum və qeyd etdim ki, danışıqlarımızı sübut kimi saxlayacam və problem olarsa pulu geri qaytarmağınızı istəyəcəm 1 qəpik də kəsinti etməməlisiniz. Aldığım cavab belə oldu ki, biz pulu tam qaytarırıq. Nə isə bu məsələni çox uzatmadım.

Təkrar problem olub olmadığını dəqiqləşdirib pulu ödədim və saytda yazılan qaydalara əsasən Aysun xanıma dedim ki, 18:00`dan əvvəl sifariş verdiyim üçün bugündən sifarişimi təmin edin. Yaxşı dedi və saytda 28-30 iyun tarixləri üçün sifarişimin çatacağı qeyd olundu.

27 iyun tarixində saytda daxil oldum və heçbir izləmə kodunun daxil edilmədiyini görüb əlaqə saxladım yenə online əlaqə vasitəsi ilə. Bu dəfə Ulduz adlı xanımla danışdım problemi qeyd etdim yardımçı olmadı sadəcə dedi ki bəs hesabımdan sorğu açmalıyam. Sorğu açdım və yazdım ki, niyə izləmə kodu daxil edilməyib? Sifarişim verilibmi? Verilməyibsə səbəbi nədir. Əgər sifarişim verilməyibsə pulumun geri qaytarılmasını tələb etdim.

Aldığım cavab isə sadəcə o oldu ki, 2 günə sifariş veriləcək. Diqqət edin sifariş əlinizə çatacaq yox, sifariş veriləcək. Təbii ki, dəfələrlə yazdım ki, suallarıma cavab verin, dəfələrlə qeyd etdim ki, səbəbini qeyd edin ancaq aldığım cavab sadəcə sifarişin veriləcəyi oldu və heçbir istəyimi yerinə yetirmədilər.

2 iyul tarixində sifarişimi Dubaydan sifariş ediblər. Bəli bəli 23 iyun tarixində verilməli olan sifariş 2 iyul tarixində verilib və yazdığım sualların heçbirinə cavab verməyiblər. Dəfələrlə insanları araya qoyduqlarını, suallarıma niyə cavab vermədiklərimi ünvanlasam da heçbir cavab ala bilməmişəm.

Online əlaqə vasitəsi ilə həm Ulduz həm də Aysun adlı şəxsiyyətlərə dəfələrlə mənim sorğuma düzgün cavab verilmədiyini desəm də, hər dəfə “təəssüf etdiklərini”, sorğumun araşdırıldığını qeyd ediblər. Mən də dəfələrlə araşdırma falan olmadığını, sadəcə söhbəti fırlatdıqlarını iki kəlmə ilə sifarişin göndəriləcəyini yazdıqlarını desəm də, insanları araya qoymaqdan başqa bir iş görmədiklərini bildirsəm də dəyişiklik  olmayıb.

Onu da qeyd edim ki, danışıqlarım sübut kimi hələ də əlimdədir. Qarşı tərəf inkar edərsə dəqiqəsinə saniyəsinə qədər hərşeyi sübut etməyə hazıram.

Odur ki, siz siz olun Myphone.ae saytından alışveriş etməyin. Sakit başınızı ağrıtmayın. Məndən sizə tövsiyyə. Sizə hörmət göstərməyən insanlara xeyir verməyin!

Azərbaycan bankları PayPal-a razılıq veriblər.

Daha əvvəl Paypalın Azərbaycan hesabları üçün ödəmə qəbul etmədiyini qeyd etmişdim. Bugün xəbər saytlarından oxuduğum qədəri ilə Azərbaycan bankları Paypal əməliyyatlarına müsbət baxır və bu əməliyyatlara maraqlıdırlar.

Əlbəttə sevindirici haldır. Paypal ilə razılıq əldə olunarsa və paypal əməliyyatları Azərbaycan hesabları ilə problemsiz fəaliyyət göstərərsə internet alışverişləri üçün çox müsbət hal olacaq. Həm freelancerlar üçün yeni iş imkanları yaranar həm də sahibkarlar internet üzərindən ebay, aliexpress kimi nəhəng saytlarda satışlarını reallaşdıra bilərlər.

Hər bir halda internet üzərindən alışverişin yaygınlaşması üçün müsbət hal olacaq.

Ümid edək ki, bu xəbər tezliklə öz təsdiqini tapacaq və bizlər üçün şad xəbərin müjdəçisi olacaq. :)

“Google Adsense” nədir?

Google adsense nədir, necə istifadə edilə bilər, bir istifadəçi kimi nələrə diqqət etməli olduğunuzu bir neçə blog post olmaqla paylaşmağa çalışacam. Əvvəlcədən qeyd edim ki, sadəcə öz təcrübəmdən, istifadə edərkən öyrənidklərimi paylaşacam ona görə də sadəcə mənim paylaşımlarımla yetinməyib digər qaynaqlardan da məlumat toplamağınız yaxşı olar. Əlavələriniz olarsa şərh bölməsində qeyd etməyi unutmayın. Öyrədərkən öyrənmək pis olmaz :)

Fikrimdə cəmləşdirdiyim mövzulara gəldikdə isə google adsense-in nə olduğunu, necə qeydiyyatdan keçiləcəyini, nələrə diqqət ediləcəyini, pulu necə nəğdləşdirəcəyinizi real nümunələrlə göstərməyə çalışacam.

Adsense Google şirkətinə məxsus reklam xidmətidir. Ancaq Adwords ilə qarışdırmamaq lazımdır. Belə ki, adwords reklam vermək üçün istifadə olunur. Yəni bir sahibkar kimi şirkətinizin, hansısa bir xidmətinizin reklamını adwords ilə insanlara çatdıra bilərsiniz. Adwords ilə reklam yayımlamaq üçün əlbəttə müəyyən ödənişlər etməlisiniz.

Adsense isə sahibkarların reklamlarını internet səhifənizdə yayımlamaq üçün istifadə olunur. Daha açıq olması üçün ən sadə dillə izah etməyə çalışacam.

İnternet səhifənizin (Youtube kanalı da ola bilər) olduğunu düşünürəm. Səhifənizdə reklam üçün yer ayırmısınız və pul qazanmaq istəyirsiniz. Adsense hesabı açaraq (hesab pulsuz açılır) həmin hesabda reklam bölmələri yaradırsınız və həmin bölmələrin kodlarını internet səhifənizə yerləşdirirsiniz. Nəticədə həmin bölmədə istifadəçilərə reklamlar göstərilir. İstifadəçilər göstərilən reklamlara tıklayaraq reklam səhifəsinə keçid etdikdə sizin Adsense hesabınıza müəyyən məbləğdə pul otuzdurulur. Hesabdakı məbləği nəğdləşdirmək üçün nəğdləşdirmə limiti qədər hesabınızda pul olmalıdır. Bu limit hesabınzdaki vlayutaya görə dəyişir. Məsələn hesabınız dollar hesabıdırsa (Azərbaycan üçün dollar hesabı verilir) 100$ limitinə çatdıqda nəğdləşdirmə mümkün olur. Türkiyə lirəsi hesabları üçün bu məbləğ 200TL`dir. Digər valyutalar üçün buraya nəzər sala bilərsiniz.

Onu da qeyd edim ki, adsense hansısa digər pul qazandıran xidmətlər qədər səviyyəsiz bir xidmət deyil. Professional şəkildə qanuni yolla pul qazanma yöntəmidir və xaricdə, hətta çox uzağa getməyək Türkiyədə yüzlərlə insan adsense vasitəsi ilə ayda minlərlə pul qazanırlar. Əlbəttə adsense ilə pul qazanmaq asan iş deyil ancaq mümkünsüz də deyil.

Adsense ilə pul qazanmaq üçün aşağıdakılar önəmlidir:

  • Səhifənizin gündəlik girişi yüksək olmalıdır. yəni hərgün səhifənizə minlərlə insan girməlidir.
  • Sadəcə giriş önəmli deyil. Səhifənizə daxil olan istifadəçilər reklamlara tıklamalıdır ki, siz pul qazana biləsiniz. Bunun üçün də səhifəniz insanların maraqlarına görə hazırlanmalı, maraqlı, dolğun məlumatlar daxil edilməlidir. Dolğun məlumat olduqda istifadəçiyə həmin səhifədəki məlumatlara uyğun reklamlar göstərilir və istifadəçinin həmin reklama daxil olması ehtimalı yüksəlir.
  • Adsense tərəfindən müəyyən edilmiş qaydalar mütləq ciddi şəkildə oxunmalı və həmin qaydalara ciddi riayət edilməlidir. Əks halda hesabınızda qazanılmış məbləğ olsa belə hesabınızı bloklaya bilərlər. Hətta xəbərdarlıq etmədən belə bloklama haqqları var.
  • İnternet səhifəniz adsense tərəfindən dəstəklənən dillərdə olmalıdır. Məsələn: İngilis, Rus, Türk dillərində. Azərbaycan dili hal-hazırda dəstəklənmir.

Bu maddələr istənilən qədər çoxaltmaq olar. Növbəti blog postumda adsense üçün necə qeydiyyatdan keçməliyik, qeydiyyatdan keçmək üçün nə lazımdır hamısını paylaşmağa çalışacam.

Sürətləndirilmiş mobil səhifələr

Sirr deyil ki, google uzun müddətdir mobil səhifələr ilə əlaqəli yeniliklər edir. Əsasən də 21 aprel tarixində mobil səhifələrin artıq axtarışlarda önəm kəsb etdiyi, mobil versiyaya malik səhifələrin axtarışlarda daha ön planda çıxacağı haqqında açıqlaması ilə açıq aydın bildirdi ki, səhifələrin mobil versiyaları dəyər qazanır.

Bunun əsas səbəblərindən biri mobil axtarışlarda artışın olmasıdır. Digər səbəblərdən biri də bütün dünyada mobil cihazların istifadəsinin artmasıdır. Təbii ki, google bunu gözardı etməyəcəkdi.

SEO (Search Engine optimization) üçün çox önəmli olan mobil versiya təcrübəsi, süni zəka alqoritmi RankBrain ilə daha da əhəmiyyət qazanacaq kimi görünür.

Google`ın inkişaf etdirməkdə olduğu Sürətləndirilmiş Mobil Səhifələr (Accelerated Mobile Pages – AMP) layihəsi istifadəçilərə daha sürətli mobil səhifə təcrübəsini təmin edir. Artıq böyük xəbər saytları bu təcrübədən  faydalanırlar.

Məsələn, theguardian.com saytı hazırda sürətləndirilmiş mobil səhifələrdən istifadə edir.

Misal üçün: http://www.theguardian.com/gmg/2015/jul/23/responsibility/amp

Səhifənin əsas keçidi isə belədir: http://www.theguardian.com/gmg/2015/jul/23/responsibility

Yuxarıdaki səhifəni ziyarət edərək çox sadə və sürətli olduğunu müşahidə edə bilərsiniz.

Nümunə kimi elə bu səhifənini AMP versiyasına baxa bilərsiniz. Bunun üçün səhifənin linkinin sonuna /amp əlavə edib vəya buraya klikləyərək fərqi təcrübə edə bilərsiniz.

WordPress istifadə edən xəbər saytları üçün bu layihədən istifadə etmək heç də çətin deyil. WordPress ilə hazırlanmış veb saytınıza AMP qoşmasını quraşdırıb aktivləşdirdikdə linklərinin sonuna /amp yazmaqla bu layihədən istifadə edərək mobil istifadəçilərinizə daha sürətli səhifələr təqdim etmiş olarsınız. Onu da qeyd edim ki, bu qoşma ilə hələlik sadəcə yazı səhifələrini (post) sürətləndirə bilirsiniz.

Qaynaq: https://www.ampproject.org/

Unibankdan Novruz Hədiyyəsi!

İnternetdən alışveriş edənlər, debet kartlardan istifadə edənlər üçün maraqlı bir kampaniyanı tanıtmaq istədim. Açığı Unibankla əlaqəli bir neçə yazımda müsbət rəy vermişəm ancaq elə anlaşılmasın ki, bunlar reklam məqsədli yazılardır. Sadəcə Unibankın müştərisi olaraq mənə görə müsbət olan xidmətləri paylaşmışam.

Deməli, aktif olaraq internet üzərindən alışveriş edirəm, lazım gəldikdə ATM (bankomat) vasitəsi ilə hesabıma vəsait daxil edirəm. Nəticədə mütəmadi olaraq debet kartlara ehtiyac duyuram. Birçox banklarda debet kartların verilməsində istifadəsində fərqliliklər mövcuddur. Hardasa 2-3 ildir Unibank Visa Electron manat hesabını istifadə edirdim. Ancaq bu kartla nağdlaşdırma zamanı minimum 1 manat maximum 1 % komissiya tutulurdu. Onu da qeyd edim ki, visa electron kartını pulsuz sifariş etmişdim ancaq hesaba müəyyən bir məbləğ yerləşdirərək almışdım. Məbləği tam xatırlamıram ancaq hazırda Unibank tərəfindən Visa Electron kartları verilmir.

Daha sonra Albalı debet kart sifariş ettim dollar hesabı açdırdım. Albalı debet kartının fərqi 3 illik kartın 10 dollar və nəğdləşdirmənin komissiyasız olması idi.

debet-novruz

Hazırda Unibankın Novruz bayramı münasibəti ilə, martın 1-dən 30-dək Albalı debet kartlarının pulsuz sifarişi kampaniyası keçirilir. Düşünürəm ki, mütəmadi olaraq debet kartlardan istifadə edən şəxslər üçün gözəl kampaniyadır. Həm kart pulsuz verilir, həm də komissiya 0 faiz ilə hesablanır. Daha nə istəyirsiniz? Bunlardan əlavə olaraq kartı Visa vəya Mastercard ödəniş sistemi üçün sifariş etmə imkanı da mövcuddur.

Ən gözəl xəbər isə artıq Unibankın ödəmə terminallarından daxil etdiyiniz vəsait, həmin an hesabınıza oturacaq. Bu əməliyyat yaxın tarixlərə qədər gündə bir dəfə axşam saatlarında həyata keçirilirdi. Yəni karta daxil etdiyiniz vəsait axşam səhv etmirəmsə saat 19:00-dan sonra hesaba otururdu.

İnternetdən qazanc əldə edənlər üçün bu fürsət məncə qaçırılmamalıdır. ;)

Əlavə məlumat üçün kampaniya səhifəsinə nəzər yetirə bilərsiniz.

Kiril əlifbası ilə yazılan mətni Latın əlifbasına çevirmək

Azərbaycan dilində hazırladığım ilk video dərslik olduğu üçün səhvlər ola bilər üzrlü hesab edin. Başlıqdan da göründüyü kimi mövzu kiril əlifbası ilə yazılan mətnlərin latın əlifbasına çevirilməsidir.

Gördüyüm şahid olduğum qədəri ilə dövlət qurumlarının əksəriyyətində hal-hazırda kiril əlifbası ilə mətnlər yazılır və A1 Lat, A3 Arial AzLat şriftləri ilə latın əlifbası kimi göstərilib çap etdirilir. Yəni əslində bir problem yoxdur. Kiril (klaviaturadaki rus şriftləri ilə) əlifbası ilə yazırsınız və latın əlifbası ilə görüntüləyirsiniz. Ancaq diqqət etdikdə görmək olar ki, şriftlər çox bərbad formada görünür. Bundan başqa həmin sənədi latın hərfləri ilə yazan birinə göndərdikdə əziyyət çəkir. Bir-bir həmin hərfləri latın hərflərinə çevirməli olur. Elə bu əməliyyatda çətinlik olmaması üçün aşağıdaki videonu paylaşmaq istədim. Latin.az saytında paylaşılan convert.bas faylını istifadə edərək çox asanlıqla kirilcə tərtib edilmiş mətni, birdəfəlik latın əlibası hərflərinə çevirərək istifadə edə bilərsiniz.

 

Magistratura səviyyəsinə qəbul üçün qeydiyyat başlayır.

Hər il çalışıb mümkün olduğunca bütün imtahanlara girən biri olaraq magistratura imtahanına girməyinizi tövsiyyə edirəm. Düzdür magistratura imtahanına hər il girirəm ancaq çox güclü (!) hazırlaşdığıma görə həmişə pulluya qəbul oluram :)

Hər halda oturub hazırlaşmaq lazımdır. İşləyərək imtahana hazırlaşmaq üçün vaxt ayırmaq çətindir amma işləməyənlər üçün fikrimcə hazırlaşmaq olar. Hər gün bir neçə test həll etmək belə kifayət edir deyə düşünürəm. Uzun sözün qısası boş vaxtınız olanda imtahanlara girin sadəcə biliklərinizi təkrar etmək üçün belə yaxşıdır imtahana girmək. :)

Bu ilki magistratura imtahanının 1-ci mərhələsi üçün ərizə qəbulu 10 tarixindən 19 fevral tarixinə qədər davam edəcək.

Bu ilki plan-qrafik aşağıdaki kimidir:

Tədbir Tarix (2016)
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
–          ərizə qəbulu 10- 19 fevral
–          QƏBUL İMTAHANI – 1-ci mərhələ 06 mart
–          jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qeydiyyatı 11-20 aprel
–          jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı 26-29 aprel
–          proqram seçimi 03- 10 may
–          QƏBUL İMTAHANI – 2-ci mərhələ 05 iyun
       –     AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların

qeydiyyatı

9-12 iyun
       –     AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların

müsahibəsi

13, 14, 16, 17 iyun
–          ixtisaslaşma seçimi 09-19 iyun
–          bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun – 11 iyul
–          boş qalan yerlərə ixtisaslaşma seçimi 08- 14 avqust
–          boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-25 avqust
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:

 

–          ərizə qəbulu 01- 10 mart
–          QƏBUL İMTAHANI 1-ci mərhələ 03 aprel
–          QƏBUL İMTAHANI 2-ci mərhələ 29 iyul
–          ixtisaslaşma seçimi 01 -07 avqust
–          namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 09-15 avqust
–          boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust
–          boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust

Qaynaq: TQDK

Xatalı yuxu

Adların üstünә adlar calandı,
Bu nәdir?!
Gözlәrim alacalandı.
Şöhrәt cәdvәlindә ad böyüdükcә
İstеdad büküldü, balacalandı.
Xatalı yuxudur şöhrәt yuxusu,
Canıma оd saldı оnun qоrxusu.
Bu yuxuya uyan yatar, оyanmaz.
Dәbdәbә axtarar, tәmtәraq gәzәr,
Sürәt qatarına nеcә dә bәnzәr,
Kiçik оbalardan ötәr, dayanmaz.
Ancaq qulaqlarda qalar fit sәsi.
Amandır, qоrxuram, şöhrәt zirvәsi
Razılıq tәxtinә qaldıra mәni.
Zirvә saymamışam, mәn bir zirvәni.
Hara tәlәsirsәn, dayan, еy qatar,
Ayağım altından tоrpaq qaçmasın.
Böyüklü, kiçikli еllәr, оbalar
Оlarmı şairә könül açmasın!
Ağrıdan, acıdan yaranır әsәr,
Ölәr yaşanmamış söz bәlәyindә.
Bitmәmiş,
Bitәmmәz böyük bir әsәr
Özündәn razılıq kölgәliyindә.
Şöhrәtin yükünü düşündünmü bәs?!
Min şöhrәt bir bоrcu ödәyә bilmәz.
Qоrxum оndandır ki,
Ömrün qışında
Bahar çicәklәri üzә gülmәsin.
Sәnәtlә şöhrәtin bu yarışında
Şеirim şöhrәtimә çata bilmәsin.
Min şöhrәt yaradır bәzәn bir şеir,
Min şöhrәt bir şеiri yarada bilmir.
Sәnәti şöhrәtә yеdәk оlanlar
Sоnsuz оlduğunu gоrunda anlar.
Rahatlıq gәldimi,
Könül dincәlәr.
Xәzanı gәlmәmiş susar söz bağım.
Bütün bu fikirlәr, bu düşüncәlәr.
— özümün özümә xәbәrdarlığım!

1984 Bəxtiyar Vahabzadə (Axı dünya fırlanır)

Ailə tərkibi haqqında arayış – Forma N2

Daha əvvəl bəzi arayış formalarının əldə edilməsi haqqında yazı paylaşmışdım. Vətəndaşların işini asanlaşdırmaq, bilməyənlər üçün arayışların onlayn vəya dövlət qurumlarından asanlıqla necə əldə ediləcəyi barədə məlumat vermək məqsədi ilə növbəti arayış növünün alınması prosesindən danışmaq istəyirəm.

Yaşadığınız ünvanda kimlərin qeydiyyatda olduğunu öyrənmək üçün lazım olan Forma N2 adlandırılan (ailə tərkibi haqqında arayış vəya yaşayış yeri üzrə qeydiyyat haqqında arayış da deyilir) arayış birçox halda lazım olur.

Əslində bu arayışı JEK deyə adlandırdığımız mənzil istismar sahələri verir. Ancaq bir neçə dəfə müraciət etsəm də artıq onların vermədiyini, ASAN xidmət mərkəzlərindən əldə ediləcəyini qeyd edirdilər. Yaxın tarixlərə qədər ASAN xidmət mərkəzləri bu sənədi vermirdi (bir neçə dəfə onlara da müraciət etmişdim).

Hazırda bu sənədi ASAN xidmət mərkəzlərindən almaq mümkündür, mərkəzdən öyrəndiyim qədəri ilə mənzil istismar sahələrindən bu səlahiyyət də hələki alınmayıb. Yəni onlar da bu sənədi əslində verə bilirlər.

01.06.2016 tarixində 2 saylı ASAN xidmət mərkəzinə yaxınlaşaraq bu arayışı əldə edə bildim. ASAN xidmət mərkəzinin rəsmi internet səhifəsindən Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi səhifəsinə daxil olaraq bu barədə məlumat əldə edə bilərsiniz.

Arayışı əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsinə ehtiyac var. Onu da qeyd edim ki, xidmət ödənişsiz həyata keçirilir, yəni heçbir dövlət rüsumu nəzərdə tutulmayıb.

Xüsusi qeyd olaraq bildirilir ki, xidmət müvafiq “ASAN xidmət” mərkəzinin əhatə dairəsində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxslərə göstərilir.

Arayışın nümunəsi:

aile-terkibi-haqqinda-arayis

Azərbaycan Xəbərləri android tətbiqi

Mobil proqramlama ilə maraqlanarkən hazırladığım bir tətbiqdən bəhsetmək istəyirəm. Tətbiq Azərbaycandakı xəbər saytlarını bir pəncərədə istifadəçilərə təqdim edir. Belə ki, proqramı mobil cihazınıza yükləməklə proqramdaki xəbər saytlarını seçəbilər və həmin saytlardaki xəbərləri izləyə bilərsiniz.

Azərbaycan xəbərləri proqrama əlavə edilən saytlar mobil versiyası mövcud olan xəbər saytlarıdır. Əlavə etmədiyim mobil versiyaya malik xəbər saytları təklif edilərsə əlavə etmək istəyərəm. Oxşar tətbiqlərin olduğunu bilirəm. Onu da qeyd edim ki, bu tətbiq hər hansı bir iddia ilə hazırlanmayıb. Sadəcə tətbiqin sadə olması, bildiriş sisteminin olması istifadəçilərə baş verən hadisələrdən daha tez xəbərdar olabiləcəyini düşünürəm.

Mobil proqramlama öyrənərkən hazırladığım diğər tətbiqləri zamanla səhifədə paylaşacağam. Bundan əvvəl Dövlət Qulluğuna Hazırlıq ilə bağlı bir tətbiq paylaşmışdım.

Fikirləriniz, təklifləriniz mənim üçün maraqlıdır. Şərh bölməsindən istifadə edərək düşüncələrinizi paylaşa bilərsiniz.

Android tətbiqi endirin: Azərbayxan Xəbərləri

azərbaycan xəbərləri azərbaycan xəbərləri

azərbaycan xəbərləri

azərbaycan xəbərləri

Xidmət göstərməyən “Texniki servis”

Bu yazımda İrşad Electronicsin Texniki Servisinin necə işlədiyindən daha doğrusu işləmədiyindən danışacam. Deməli bir il bundan əvvəl İrşad Electronicsin internet səhifəsindən notebookları incələrkən gördüm ki, birçox məhsulun qarşısında Refurbished olduğu yazılıb. Refurbished təmir olunmuş məhsullara deyilir. Yəni ki, fabrik qüsuru olan məhsulların təmir olunmuş versiyalarını online vəya şəhərdəki mağazalarında satırlar. Sonra bu haqqda İrşad Electronics`in facebook səhifəsində yazdım nəticədə isə hələ də həmin səhifədə bloklanmışam heçbir şərh yaza bilmirəm ki ehtiyac da yoxdur. Bu belə. Bundan sonra özüm və məndən İrşad Electronics haqqında soruşanlara heçvaxt oranı tövsiyyə bilmədim. Ancaq bu mağaza ilə qarşılaşdığım bir neçə hadisəni və sonda da bugün (13.11.2015) yaşadığım problemi qeyd etmək istəyirəm.

refurbished

Yuxarıdaki şəkildə vəziyyəti bölməsinin qarşısında Refurbished yazılıb.Bundan bəhs edirdim.

Hadisə 1

Yenə birgün İrşad Electronics mağazasına yolum düşdü qiymətlərlə maraqlanmaq üçün. Mağazada dostumla qarşılaşdım. Notebook alıb ancaq problem yaranıb və gətirib mağazaya ki, yenisiylə əvəz etsin. Mənə məsələni danışdı və kompyuterə baxdım ki, yuxarıda qeyd etdiyim kimi Refurbished məhsuldur. Bunu elə qutusundan da bilmək olar. Qutuda heçbir qoruyucu yoxdur sadəcə kompyuteri atıblar kağız qutuya vəssalam. Satıcı ilə söhbət edib məsələni daha da aydınlaşdırdıq və qəbul etdilər ki, bəli bu məhsul təmir olunub sonradan satışa çıxarılıb. Ancaq mağaza administratoru satış zamanı biz məhsulun təmirli olduğunu deyib satırıq deyə çıxış etdi. Dostum isə bizə bu haqqda məlumat verilmədiyini bildirdi. Nəticədə uzun haqq hesabdan sonra məhsul geri qaytarıldı. Onu da qeyd edim ki, məhsul qaytarılarkən satıcı cavan oğlanla administrator arasında gizli münaqişə də yarandı. Guya biz eşitməyək deyə alçaq səslə “sən niyə qəbul etdin ki, təmirdən gəlib” deyirdi satıcıya.

Açığı mən hələki İrşad Electronics mağazalarında hansısa satıcının məhsulu təklif edərkən bu məhsul təmirdən gəlib dediyini görməmişəm. Görən olubsa çox yaxşı minnətdaram. Bu hadisə də belə. Keçək ikinci hadisəyə.

Hadisə 2

Deməli yuxarıda qeyd etdiyim məhsulun geri qaytarılması zamanı dostumu gözləyərkən satıcıya sual ünvanladım ki, bəs  deyək mən iphone alsam getsəm bir həftə sonra gəlsəm ki, bu telefonda problem var və siz də təsdiqləsəniz ki, bu fabrik xətasıdır neynirsiniz o məhsulu? Satıcı qeyd etdi ki, geri qaytarırıq. İkinci sualım da belə oldu ki, bəs geri qaytardıqdan sonra o məhsul necə olur? Cavab isə tam gözlədiyim kimi oldu. “Təmir lazımdırsa təmir olunub yenidən vitrinə qoyulur və yeni telefon kimi satılır.” Bu da belə.

Hadisə 3

İndi gələk bir başa mənim yaşadığım problemə. Qeyd etdiyim kimi heçkimə tövsiyyə etmirəm bu mağazanı. Ancaq vəziyyət elə alındı ki, evdə təxminən bir iki gün içərisində hər iki notebook`um xarab oldu. (5-6 illik notebooklar idi.) Təcili notebook`a ehtiyacım oldu və başqa mağazada adıma aktiv kredit olduğu üçün tək çıxış yolum İrşad Electronics oldu. Çünki bu mağazadan heçvaxt məhsul almamışam ancaq müraciət etsəm mütləq verəcəklərini bilirəm. Beləcə internetdən Refurbished olmayan Yeni bir notebook sifariş verdim. Elmlər metrosunun qarşısında sifarişi qəbul etdim. Heçbir problem olmadan 11 ay istifadə edildi notebook. Zəmanətinə 1 ay qalmış (24 Noyabr 2015 də zəmanəti bitir) yəni 24 Okytabr tarixində notebook`u texniki servisə təhvil verməli oldum. Qəbul etdilər. Problem isə belə idi. Monitorda çox kiçik bir nöqtədə piksellər qaralmağa başlamışdı. 2-3 piksel qaralmışdı və gün keçdikcə bu artıb 2-3 düz xətt əmələ gətirmişdi xırda xəttlər. Bir neçə gün sonra mesaj gəldi ki xərci 90 AZN edir. Zəng etdim və zəmanəti olduğunu qeyd etdim. Qarşı tərəf dəqiqləşdirib məlumat verəcəyini qeyd etdi. Xahiş etdim ki, tezliklə mənə xəbər verin məsələ haqqında. Ancaq heçbir xəbər ala bilmədim.

Yenidən zəng etdim həmin nömrəyə ancaq işləmədi. *0171 nömrəsindən əlaqə saxladım aldığım cavab isə o oldu ki, texniki servisə yaxınlaşmalısınız burdan məlumat əldə etmək olmur. İndi yaxşı bəs bu nömrə nə üçündür? Nə isə.

Üz tutdum texniki servisə. Məsələni aydınlaşdırmaq üçün özümü tanıttım və notebook`u gətirib başladılar ki, bu notebook istifadəçi xətasına görə belə olub düzəldə bilmərik pulsuz. Bir neçə nümunə göstərib qeyd etdim ki, bu monitor heçbir zədə almayıb. Çünki zədə alsaydı nəticə fərqli olardı. Bunları da fərqli şəkillərlə göstərdim. Ancaq təbii ki, qəbul etmədilər. Dedilər ki, bizim təcrübəmiz göstərir ki, kompyuterin monitoru durduğu yerdə belə ola bilməz. Ancaq bu məsələdə azca anlayışı olan biri şəkilə baxaraq bunun hansısa zədədən əmələ gəlmədiyini anlaya bilər. Hansı ki, texniki servisdəki işçilər də gözümün içinə baxa baxa düz olduğumu sadəcə başlarındaki adama tabe olduqları üçün ağızlarını aça bilmədiklərini mimikaları ilə göstərirdilər.

Biraz deyişmədən sonra texniki servisdəki bu məsul şəxs bir quş da buraxdı ki, monitora zəmanət verilmir. Əlimdəki zəmanət talonunu uzadıb bura niyə yazmamsınız dedim. Cavab isə ikinci quş oldu. Orda yazılıb! Kənardan işçilərdən biri də – Hər halda gözünə girmək istəyir məsul şəxsin –  dedi ki yazılıb. Dedim xahiş edirəm göstərin mən oxudum ama görmədim. Başladı oxumağa biraz da mənə sarı uzadıb dedi buyurun Klaviatura, Çexol, Mouse və s. səsi alçaldı. Monitor yazılmayıb çünki. Dedim bəs hanı yəqin və s. yazmısınız ora daxildir? Əlbətdə cavab olmadı. Yenə də monitora zəmanət vermədiklərini qeyd etdi. Bəs monitora zəmanət vermisinizsə niyə qəbul edirdiniz gətirəndə?

toshiba lcd

Məsələ burasındadır ki, əgər həqiqətən bu monitor hansısa zərbəyə görə bu hala düşsəydi mən bu uzunluqda yazı yazıb özümü aldatmazdım. Sadəcə öz özümə deyərdim ki, irşad electronicsi aldatmaq istədim ama aldanmadılar və susardım. Ancaq nəticədə istifadə etdiyim məhsulu mən bilirəm. Bu sahədə də yetəri qədər təcrübəm var və bilirəm ki, hansı vəziyyətdə istifadəçi xətası sayılır hansında yox.

Qısacası səbəb əslində bəllidir. Milləti aldatmaq!

Bu yazıda məqsədim kimdənsə hirsimi çıxmaq vəya başqa birşey deyil. Sadəcə istədim təcrübəmi paylaşım ki, haradan məhsul alacağınıza yaxşı qərar verib bu problemləri yaşamayasınız.

Layiqəmmi mən?

Atalar sözlәri öyüddür bizә
Yüz illәr, min illәr dеyilәcәkdir.
«Еlә yaxşılığı, sәn at dәnizә,
Balıq bilmәsә dә, xalq bilәcәkdir».

Mәn xaliq dеmәdim,
Xalq dеdim…
Nәdәn?
Xalqımdır, еlimdir xaliqim mәnim.
Оnun dоstlarına dоst dеmişәm mәn,
Оnun düşmәnidir, mәnim düşmәnim.

Işıqsız, qapalı bir göz, dе gözmü?
Yaşamaz sünbüldәn düşәn dәn, ayrı…
Xalqın zәrrәsiyәm…
Hеç gördünüzmü
Bir zәrrә yaşasın kütlәdәn ayrı?

Sәnsәn qüvvәt vеrәn sәtirlәrimә,
Sәnsiz özüm dә hеc, sözüm dә hәdәr.
Damla zәhmәtimә, zәrrә şеirimә,
Sәnsәn qiymәt vеrәn dәryalar qәdәr.

Baxdın şairinә bir örnәk kimi,
Dikdin üzümüzә baxışlarını.
Biz hara gеtdiksә,
Gül-çicәk kimi,
Sәpdin başımıza alqışlarını.

Sеvgin gözlәrindә bizi böyütdü,
Öyündün bizimlә, еy xalq, еy Vәtәn!
Hәmişә qәlbimdәn bir sual Ötdü:
Sәnin hörmәtinә layiqәmmi mәn?

Оnu bilirәm ki, sәn еlә sәnsәn,
Gücüm dә sәndәdir, sәadәtim dә.
Yaxşını yamandan yaxşı sеçәnsәn,
Sәnә bәnzәyәydim dәyanәtimdә.
Оnu bilirәm ki, Öz tanrım kimi
Hәmişә fikrimdә, ürәyimdәsәn.
Оnu bilirәm ki, şеirlәrimi
Yazan mәn оldumsa, yazdıran sәnsәn.

Xalqa arxalanan xalqsеvәrlәrin
Özü dә xalq üçün arxaya döndü.
Xalqa arxasını çеvirәnlәrin
Arxası hәmişә yеrdә süründü.

Tanıtdın adınla övladlarını,
Uçdular qırılmaz qanadlarınla.
Xalqlar cәrgәsindә dönüb özün dә
Tanındın namuslu övladlarınla…

Hәr bir övladının qәlәbәsindәn
Bоy alıb ömrünә gün qazanmısan.
Ürәyi ürәklә qarşıladın sәn,
Sәnә qul оlanı allah sanmısan.

Sеvgin gözlәrindә bizi böyütdü,
Öyündün bizimlә, еy xalq, еy Vәtәn!
Hәmişә qәlbimdәn bir sual ötdü:
Sәnin hörmәtinә layiqәmmi mәn?

1974. Bəxtiyar Vahabzadə (Axı dünya fırlanır)