Millinet internet mükafatının nəticələri

Millinet 2014 başlayır başlıqlı yazımla layihənin başlanması haqqında yazmışdım. Nəhayət yarışmada iştirak edən səhifələr dəyərləndirildi.

Nəticələrlə buradan tanış ola bilərsiniz.

www.samadov.net də Bloqlar kateqoriyasında ikinciliyə layiq görüldü.

Açığı Millinet bir ölçü deyil. Ancaq hazırladığınız səhifə haqqında münsiflər heyətinin fikirlərini öyrənmək müsbət birşeydir. Çox təəssüf ki bu fikirləri öyrənə bilmək üçün layihədə Nominant olaraq seçilməlisiniz. Yoxsa münsiflər heyətinin sizin səhifələriniz haqqındaki fikirlərini öyrənmə ehtimalınız yoxdur.

Məsələn, bir il əvvəl 3-cü olmusunuz ancaq, bu il səhifəni təkmilləşdirib (responsive dizayn, iOS və android tətbiq və s.) yenidən iştirak etmək üçün göndərib nəticədə heç nominant belə ola bilmirsinizsə bunun səbəbini öyrənmə şansınız yoxdur. :)

Ümumiyyətlə belə layihələrin Azərbaycanda keçirilməsi gözəldir. Ancaq əksikliklər çoxdur.

Düzdür kənardan durub danışmaq asandır amma düşünürəm ki, deyəcəklərim bir tənqid kimi yox, bir sonraki il üçün daha da diqqətli olmağa dəvət kimi nəzərə alınar.

Belə ki, hazırlanan veb səhifələrə qiymət verən bir layihə olaraq Millinet, əvvəla öz səhifəsini təkmilləşdirməlidir zənnimcə.

Ən əsası səhifənin texniki işlərini məsuliyyətli insanlara və layihənin gedişatı zamanı texniki dəstək göstərən insanları yaxşı seçməlidir. Səhv başa düşülməsin, texniki işləri görə bilməyən insanlara tapşırılır demək istəmirəm sadəcə səhlənkarlıqla yanaşılır. Ola bilər ki, iş yoğunluğundan belə olur ancaq bu bir layihədirsə buna diqqət edilməlidir.

Çünki hər il bu mövzuda çox problemlər yaşanır.

millinet-internet-mukafati

Tənqid kimi bir yazı oldu ancaq ümid edirəm səhv anlaşılmaz və gələcəkdə qüsursuz bir layihə halını alar.

Uğurlar.

Paypal ilə ödəmək və hesabınıza pul köçürmək

İnkişaf edən texnologiya, Azərbaycandaki yeniliklər artıq onlayn alışverişdən istifadə edənlərin sayında artışa səbəb olub. Mən də bu yazımda Paypal ilə ödəmə və hesabımıza pul köçürmək barəsində bildiklərimi paylaşmaq istəyirəm.

Bildiyiniz kimi Paypal onlayn ödəmə sistemidir. Onlayn ödəmə üçün bir vasitədir desək daha doğru olardı. Çünki Paypal ödəməni daha əvvəl Paypal hesabınıza tanıtdığınız plastik kartınız (Kredit kartı, debet kart (VİSA/MASTER)) vasitəsi ilə edir.

Paypal sisteminə kredit kartımı necə əlavə edə bilərəm?

Paypal hesabınıza aşağıdaki şəkildə də göstərilən bölmədən kart əlavə edə bilərsiniz.

paypal-kredit-karti-elave-etmek
Kart Əlavə et düyməsini sıxdıqda aşağdaki səhifə ilə qarşılaşacaqsınız:

paypal-kart-elave-edin

Məlumatları daxil etdikdən sonra kartınız əlavə olunacaq. Onu da qeyd edim ki, bu bölmədə siz həm kredit kartınızı (Bolkart Mastercard, Yapikredi Worldcard, Albalı Mastercard) həm də Visa vəya Master kartınızı (debet kart) əlavə edə bilərsiniz.

Kart əlavə olunduqdan sonra sizin kartınızın təsdiqlənməsi üçün kartın aid olduğu banka Paypal tərəfindən 4 rəqəmli kod göndəriləcək. Əvəzində 1$-2$ arasında bir məbləğ kartınızdan çıxılacaq. Kartınız təsdiqləndikdən sonra həmin məbləğ kartınıza geri qaytarılacaq. Bu kodu Bankla əlaqə saxlayaraq əldə edə bilərsiniz. Kodu daxil edərək kartınızı təsdiqlədikdən sonra istədiyiniz kimi alışveriş edə bilərsiniz.

Ancaq bu kartları (istər kredit kartı olsun istərsə də debet kart) yalnız kredit kartı kimi əlavə edə bilərsiniz. Yəni debet kartınız olsa belə siz onu kredit kartı olaraq əlavə edirsiniz və kart hesabınızda olan pulu xərcləyirsiniz. Bank hesabı kimi Azərbaycan banklarına məxsus kartlarla Paypal ödəmə sistemində işləmək hələ ki mümkün deyil.

Paypal ilə hansı ödəmələr mümkündür?

Paypal ilə birçox ödəməni həyata keçirə bilərsiniz. Onlayn alışveriş, xidmət və s. kimi saytlar ödəmə sistemi olaraq Paypal istifadə edirsə asanlıqla paypal hesabınızla ödəmə həyata keçirə bilərsiniz.

İki paypal hesabı arasında ödəmə edə bilərsiniz. Məsələn, freelancer olaraq evinizdən işlər görürsünüz və xaricdən sifarişlər alırsınızsa, görəcəyiniz işin haqqını Paypal ilə tələb edə bilərsiniz. Qarşı tərəf öz paypal hesabından sizin paypal hesabınıza pul köçürə bilər.

Burada kiçik bir problem var. Paypal sistemində hesab açarkən yaşadığınız ölkə olaraq Azərbaycan seçdiyiniz halda xaricdən sizin hesabınıza ödəmə edə bilməyəcəklər birçox halda. Çünki Paypal Azərbaycan üçün ödəmə qəbul etmir. Eləcə də hesabınızdaki məbləği nəğd olaraq çıxara bilməyəcəksiniz. Bunun üçün də tövsiyyəm paypal hesabı açarkən yaşadığınız ölkə/ünvan olaraq Türkiyə seçməyinizdir. Türkiyə seçdiyiniz zaman Azərbaycanda olsanız da xaricdən paypal hesabınıza göndəriləcək pulu qəbul edə biləcəksiniz. Eləcə də Azərbaycan banklarına aid kredit və debet kartlarınızı istifadə edə biləcəksiniz. Ancaq Bank Hesabı əlavə edə bilməyəcək eləcə də hesabınızdaki məbləği bank hesabınıza köçürə bilməyəcəksiniz.

Paypal hesabınızdaki məbləği Bank hesabınıza köçürmək üçün ən gözəl yol isə hər hansı bir bankda hesab açdırıb, həmin hesaba aid Visa kartını paypal hesabında kredit kartı kimi əlavə edərək Paypal hesabınızdaki məbləği 7.5 türk lirəsi qarşılığında bank hesabınıza köçürə bilərsiniz. Təbii ki bu halda paypal hesabınızdaki pul bank hesabınızın aid olduğu valyutaya görə hesablanaraq hesabınıza keçəcək.

Aşağıdaki şəkillərdə bu daha aydın göstərilir:

Əvvəla hesabınızdaki qalığı göstərən bölmədən “Para çek” bağlantısını sıxaraq aşağıda göstərilən səhifəyə keçid edirsiniz:

paypal hesabından pul çəkmək

Bu səhifəyə keçid etdikdən sonra gördüyünüz kimi iki seçim çıxır qarşınıza. Bank hesabınıza (debet kart hesabı) vəya kredit hesabınıza pulun köçürülməsi şərtləri qeyd edilib. Onu da qeyd edim ki əgər hesabınızı Türkiyə hesabı kimi açmısınızsa Azərbaycan banklarındaki hesab kartınızı burada sadece kredit hesabı kimi əlavə edə bilərsiniz. Yəni başqa bir deyişlə burada göstərilən bank hesabı bölməsinə sadəcə türkiyədəki banklara aid hesabınızı əlavə edə bilərsiniz.

paypal hesabından pul çəkmək

Nümunə olaraq aşağıdaki şəklə baxa bilərsiniz. Unibank VİSA Electron kartına paypal hesabımdan pul köçürmə əməliyyatının fakturası. Onu da qeyd etmək istərdim ki, bu üsülla pul 1 dəqiqə ərzində hesabıma keçir. Ancaq TL-AZN valyuta əməliyyatı zamanı çox itgi olur.

Bank hesabına pul köçürmək - paypal

Mövzu ilə əlaqədar hər hansı sualınız olarsa şərhlər bölməsinə yaza bilərsiniz.