Torpaqdan pay olmaz

Biz yaxın olmuşuq qədimdən, yaxın.
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən.

Əgər düşmənsənsə, hiylədən əl çək,
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı. ancaq
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da.
Təbriz də. Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr –
Yəni bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..

Arxını gəl selimə bənd eləmə,
Bu, qan davasıdır, bu, qan davası.
Xəbərimiz yoxdur… yamaqmış demə
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim.
Şərəfim,
Şöhrətim,
Öz adım mənim…

Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa, sənə “hay” verim!

“Dığalar” yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış,
Neçə yol vermişəm, görünür azmış,
İstəyir mən ona yenə pay verim!

Yoluna bax

Gecə ayrı bir gecə.
Sakit, aylı bir gecə,
Piyada yol gedirəm,
Yola sərilib sükut,
Ulduzlarla mıxlanıb
Göyə bir topa bulud.
Yolum dərədən keçir,
Yolum təpədən aşır.
Deyəsən yol axırda
Gedib aya dırmaşır.
Gecə, aylı bir gecə..
Gecə ayrı bir gecə…

Könlümə uçmaq düşdü,
Gözümü dikdim aya,
Niyə axı qanadsız,
Gəlirik biz dünyaya?!
Qalxardım asimana,
ay nurunda üzərdim,
dağların başı üstə
Qartal kimi süzərdim..
Ayağım daşa dəydi,
tozlu yola sərildim
Özüm özümə gəldim.
“Göyə, aya, ulduza
adam yavaşca qalxar”.
Gecə yol yeriyəndə
Adam yoluna baxar!

Fikrət Qoca

Könül deyir, yaşa hələ

Səfərdəyəm, səfərimi
Vurmamışam başa hələ.
Arzularım, əməllərim
Toxunmayıb daşa hələ.

Dolanıb kəndi şəhəri,
Dağlarda açdım səhəri
Fikrim gəzir üfüqləri
Dönüb qızıl quşa hələ.

İlləri yola salmışam,
Şeir yazıb, saz çalımşam
Ömür deyir: – Qocalmışam,
Könül deyir: – Yaşa hələ.

Hüseyn Arif
(Ayrı düşəli kitabından)

Azərbaycanlı istifadəçilər artıq ödənişli android tətbiqlər yayımlaya biləcək.

Bildiyiniz kimi hazırlanan android tətbiqlər play store üzərindən pulsuz vəya pulllu şəkildə istifadəçilərə təqdim edilir. Bugünə qədər Google Azərbaycan istifadəçilərinə pullu tətbiqlər yayımlamağa icazə vermirdi. Yəni bir yolunu tapıb yayımlasanız da Google Azərbaycan hesablarına ödəmə etmirdi. Bunun üçün istifadəçilər fərqli yollara üz tuturdu. Məsələn fərqli ölkələrdə hesab açdıraraq android tətbiqi yayımlaya bilirdilər.

Ancaq Google artıq bir neçə ölkəyə də satış dəstəyi verib. Bu ölkələr arasında Azərbaycan da var.

google-android-app-sell

Rəsmi məlumat belədir:

“Satıcılar için desteklenen yeni konumlar: Azerbeycan, İzlanda, Peru veya Yemen’de yaşıyorsanız artık satıcı olarak kaydolabilirsiniz. Satıcı yönergeleri hakkında daha fazla bilgi edinmek için lütfen Google Play Geliştirici Yardım Merkezi‘ni ziyaret edin.”

Hansı ölkələrin satış icazəsi olduğunu buradan öyrənə bilərsiniz.

FTP nədir? Sayt internetə necə ötürülür?

Əvvəla FTP nədir?, nə işə yarayır? bu sualları cavablandırıb sonra hazırladığınız veb səhifəni internetə necə ötürə biləcəyinizi, necə yayımlaya biləcəyinizi başa salmağa çalışacam. FTP (File Transfer Protocol) kəlimə anlamı olaraq faylların ötürülməsi protokoludur. FTP yardımı ilə şəbəkədəki iki kompyuter arasında fayllarəm mübadiləsini həyata keçirir. Teorik bilgi olaraq bu qədərini bilməyiniz kifayətdir :) Gerisini bilməsəniz də olar. Heç mən də bilmirəm gerisini :) Gerisini nə qədər əzbərləsəniz də tətbiq etmədikdən sonra heçbir işə yaramayacaq. Ən azından mənim fikrim belə olub həmişə.

FTP nə üçün istifadə olunur?

FTP vasitəsilə faylları başqa kompyuterlərə ötürmək üçün FTP proqramlarından istifadə olunur. Bunlara nümunə olaraq cuteFTP, FileZilla, Smart FTP və birçox fərqli proqram adlarını sadalamaq mümkündür. Ancaq bunlardan deyərdim ki, ən çox istifadə olunanı FileZilladır. Səbəbi də yəqin ki pulsuz olmasıdır :)

Ümumiyyətlə FTP-dən daha çox veb səhifələrinin hər hansı bir hostingə ötürülməsi, loru dildə desək veb səhifənin internetdə yayımlanması üçün istifadə olunur.

Sayt internetə necə ötürülür?

Şəxsi kompyuterinizdə hazırladığınız veb səhifələrini sadəcə siz görəbilər, istifadə edə bilərsiniz. Səhifənin bütün dünyada istifadə ediləbilməsi üçün veb səhifəyə aid hazırlanmış bütün faylları internet şəbəkəsinə ötürmək lazımdır. Bunun üçün əvvəlcə hər hansı bir şirkətdən veb səhifəniz üçün ad (domain) və yer (hosting) almalısınız.

(Onu da qeyd edim ki, bəzi pulsuz domain adları və hosting satan şirkətlər də mövcuddur. Bu domain adları adətən .tk ilə bitən vəya hansısa şirkətə məxsus domainin əvvəlinə vəya sonuna adlar əlavə etməklə reklam məqsədli verilir. Pulsuz verilən bu hosting şirkətlərində veb səhifənizi yerləşdirdikdə həmin şirkətə aid reklamlar səhifənizdə göstərilir.)

Domain və Hosting-in nə olduğunu qısaca açıqlamaq lazımdırsa, domain veb səhifənizin internet üzərindəki adıdır. Əslində veb səhifələri internet şəbəkəsində ip adreslərlə ayırd edilir. Ancaq hər veb səhifəsinin ip adresi yadda çətin qalacağı üçün domainlərdən istifadə edilir. Məsələn: www.google.az domaindir. Biz www.google.az yazdıqda əslində 216.58.209.31 ip adresinə daxil olmuş oluruq. İstəsəniz veb bələdçisində (web browser) adres çubuğuna 216.58.209.31 adresini daxil edib enter düyməsini sıxaraq www.google.az saytına daxil olduğunuzu müşahidə edə bilərsiniz.

Bəs hosting nədir? Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu kompyuterin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir (mənbə: domen.az). Yenə loru dildə açıqlama vermək lazımdırsa, necə ki, şəxsi kompyuterinizdə veb səhifəsini hazırlamaq üçün kompyuterin yaddaşında yer olmalıdır, eləcə də veb səhifənizi internetə yerləşdirmək (ötürmək) üçün, səhifəmizə aid faylları itnernet şəbəkəsinə yüksək sürətli çıxışı olan bir kompyuterə yükləməliyik. Bunun üçün də xüsusi şirkətlər sırf bu iş üçün ayrılmış serverlərə sahib olaraq, həmin serverlər üzərində müəyyən həcmlərdə yerlər satırlar. İstifadəçilər də həmin yerləri alaraq (əslində kirayə olaraq alınır, aylıq vəya illik ödəniş edilir) veb səhifələrinin internetə çıxışını təmin etmiş olurlar.

FileZilla proqramından necə istifadə edilir?

Bütün bu məlumatlardan sonra nümunə olaraq əlimdəki boşda olan bir domain və hostingi istifadə edərək FileZilla proqramı vasitəsi ilə faylları hostingə necə atacağınızı göstərəcəm. Videodan əvvəl FileZillanı buradan endirə bilərsiniz.

Mega Dropdown Menu

Səhifələrinizi kodlayarkən istifadə etmək üçün çox vaxt hazır menular axtarırsınız yəqin ki. Paylaşacağım menu CSSJS ilə hazırlanmış mega dropdown menu nümunəsidir. Çox məqsədli menu kimi birçox səhifələrdə istifadəyə uyğundur. Ən əsası pulsuz nümunədir :).  Ancaq pul qazanmaq üçün hazırladığınız saytlarda istifadə etmək üçün EXTENDED LICENSE almalısınız. Əks halda nümunə sahibinin sizin haqqınızda şikayet etmə hüququ var.

Nümunəyə gəldikdə isə paylaşacağım səhifədə nümunəni necə istifadə edəcəyiniz və nümunənin hazır versiyası mövcuddur.

Nümunəni endirmək və demo versiyasına baxmaq üçün buraya klikləyin.