Daha əvvəl bəzi arayış formalarının əldə edilməsi haqqında yazı paylaşmışdım. Vətəndaşların işini asanlaşdırmaq, bilməyənlər üçün arayışların onlayn vəya dövlət qurumlarından asanlıqla necə əldə ediləcəyi barədə məlumat vermək məqsədi ilə növbəti arayış növünün alınması prosesindən danışmaq istəyirəm.
Yaşadığınız ünvanda kimlərin qeydiyyatda olduğunu öyrənmək üçün lazım olan Forma N2 adlandırılan (ailə tərkibi haqqında arayış vəya yaşayış yeri üzrə qeydiyyat haqqında arayış da deyilir) arayış birçox halda lazım olur.
Əslində bu arayışı JEK deyə adlandırdığımız mənzil istismar sahələri verir. Ancaq bir neçə dəfə müraciət etsəm də artıq onların vermədiyini, ASAN xidmət mərkəzlərindən əldə ediləcəyini qeyd edirdilər. Yaxın tarixlərə qədər ASAN xidmət mərkəzləri bu sənədi vermirdi (bir neçə dəfə onlara da müraciət etmişdim).
Hazırda bu sənədi ASAN xidmət mərkəzlərindən almaq mümkündür, mərkəzdən öyrəndiyim qədəri ilə mənzil istismar sahələrindən bu səlahiyyət də hələki alınmayıb. Yəni onlar da bu sənədi əslində verə bilirlər.
01.06.2016 tarixində 2 saylı ASAN xidmət mərkəzinə yaxınlaşaraq bu arayışı əldə edə bildim. ASAN xidmət mərkəzinin rəsmi internet səhifəsindən Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi səhifəsinə daxil olaraq bu barədə məlumat əldə edə bilərsiniz.
Arayışı əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsinə ehtiyac var. Onu da qeyd edim ki, xidmət ödənişsiz həyata keçirilir, yəni heçbir dövlət rüsumu nəzərdə tutulmayıb.
Xüsusi qeyd olaraq bildirilir ki, xidmət müvafiq “ASAN xidmət” mərkəzinin əhatə dairəsində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxslərə göstərilir.
Arayışın nümunəsi:
Cavabla
Elnur
Salam men Rusya’da oluram mene subayliq hakkinda arayiw lazimdir , bunu Atam ala bilerim etibarnamede var i asan xidmetden ala bilerimin?
07/07/2018 tarixində, saat 14:52Cavabla
Anar SAMADOV
Subaylıq haqqında arayışı asan xidmət verir mi bilmirəm düzü. Asan.gov.az ünvanından maraqlana bilərsiniz.
16/07/2018 tarixində, saat 09:29Cavabla
Ceyhun H.
Ela
28/11/2017 tarixində, saat 16:47Cavabla
Naska
Salam bagiwlayin mene de maraqlidir, anam forma 2 almalidir, ona gore uwaqlar da getmelidir ora? Rusum varmi yoxmu deqiq zehmet olmasa qeyd ederdiz.Chox faydalidir paylashimlariniz.
19/04/2017 tarixində, saat 21:08Cavabla
Anar SAMADOV
Xeyr
22/04/2017 tarixində, saat 16:44Cavabla
Sərvər
forma 2 nin müddəti nə qədərdir?
04/12/2016 tarixində, saat 20:55Cavabla
Emin
Tesekkurler
27/09/2016 tarixində, saat 15:20Cavabla
orxan
salam. bağışlayın məndə ailə tərkibi haqqında arayış almaq istəyirəm qardaşımın adına yəni etibarnamə var amma mənə deyillər ki ailə üzüvlərinin metirkası lazımdı. şəxsiyyət vərəqəsi olmaz bu nə mənasız fikirdi. anamın 55 yaşı var, bacımın biri türkiyədə yaşayır biri ailəlidi oda başq bir yerdə indi mən onların metirkasın hardan tapım. Asan xidmətin xidməti asan olmaqdan dahada çətindi.
23/09/2016 tarixində, saat 17:56Cavabla
Taleh
Qeydiyyatda olubda həmin unvanda yaşamayana jekdən forma 2 verilə bilərmi?
15/05/2016 tarixində, saat 11:03Cavabla
Tural
Cox sag olun melumat ucun
28/01/2016 tarixində, saat 21:51