Avto icbari sığortanın yoxlanılması

Bildiyiniz kimi avtomobilinizə hər il icbari sığorta almalısınız. Əks halda radarlar vasitəsi ilə sizə cərimə yazıla bilər. Bəs avtombilinizin hazırda sığortasının qüvvədə olub olmadığını, hansı sığorta şirkətində sığortalandığını, sığorta şəhadətnaməsinin nömrəsini necə öyrənı bilərsiniz? Bu məsələlərə balaca aydınlıq gətirmək istəyirəm.

İcbari Sığorta Bürosu tərəfindən hazırlanan yoxla.isb.az vəya services.isb.az ünvanlarını ziyarət edərək avtomobilinizin dövlət qeydiyyat nişanını daxil etməklə avto icbari sığortanızın qüvvədə olub olmadığını, sığortanı hansı şirkətdən aldığınızı və sığorta şəhadətnaməsinin nömrəsini öyrənə bilərsiniz. Ancaq burada siz müqavilənin bitmə tarixini görə bilməyəcəksiniz. Çünki bu xidmət vasitəsi ilə dövlət qeydiyyat nişanını bildiyiniz bütün nəqliyyat vasitələrinin hansı şirkətdən sığorta aldığını öyrənmək olur. Bu baxımdan şəhadətnamənin qüvvədən düşmə tarixini paylaşmaq doğru sayılmır.

Bəs şəhadətnamənin bitmə tarixini necə öyrənə bilərsiniz? Bunun üçün isb.az saytından elektron xidmətlər bölməsini seçərək Elektron İmza vəya Asan imza ilə sistemə daxil olmalısınız. Hesab bölməsində Ad və Soyadınızı seçib sistemə daxil olduqda sol tərəftə sığorta məlumatlarım bölməsindən adınıza qeydiyyata alınmış son 10 avto icbari sığorta məlumatlarını qüvvəyə minmə və qüvvədən düşmə tarixlərini görə bilərsiniz. Nümunə üçün aşağıdakı ekran görüntüsünə baxa bilərsiniz.

 

#avto icbari sığorta , #car insurance

Şərh yazın..