buta airways

Buta Airways haqqında

Son zamanlar avropaya eləcə də dünyanın birçox yerinə səyahət edən vətəndaşların facebook gruplarında, eləcə də ətrafımızda ucuz təyyarə uçuşları barədə verdikləri suallar və buna bağlı olaraq onlar haqqında şikayətləri və s. nəzərə alaraq bu yazını yazmaq qərarına gəldim.

Bildiyiniz kimi Azərbaycanda 2017-ci ildən fəaliyyətə başlamış “Buta Airways” – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Azərbaycanın yeganə loukoster şirkətidir. Bakı və Gəncə havalimanlarından uçuşlar həyata keçirir. Hansı ölkələrə uçuşlar həyata keçirdiyini buradan öyrənə bilərsiniz.

Loukoster nədir?

Əvvəla loukoster nə deməkdir bunu anlamaq lazımdır. Aşağıbüdcəli aviaşirkət. Sadə dillə açıqlasaq bu tip şirkətlərin məqsədi sərnişini bir nöqtədən digərinə aparmaqdır.Bəli sadəcə sərnişini aparmaq. Uçuş şirkətləri bir sərnişini aparmaq üçün birçox xərcə girir. Təbii ki, bu xərclərin başında sərnişinin yükü və yeyib içməyidir. Loukoster şirkətlərdə biletlər digər şirkətlərə nisbətən ucuz olur. Bunun səbəbi də həmin bu baqaj və yeyib içmək məsələsini biletə yansıtmamalarıdır.  Siz sadəcə A nöqtəsindən B nöqtəsinə uçmaq üçün bilet alırsınız və sadəcə uçuşun pulunu ödəyirsiniz. Əgər baqajınız varsa və düşünürsünüzsə ki, yemək yeyəcəksiniz və hətta pəncərə qarşısında oturmaq istəyirsiniz, o zaman bunların hamısı üçün ayrılıqda pul ödəməlisiniz.

Buta Airways də eyni qaydalarla iki növ bilet təklif edir. Aşağıdaki şəkildə də gördüyünüz kimi Baqajsız (Büdcə) və Baqajlı(Standart) olmaqla iki növ bilet almaq mümkündür.

buta airways baki istanbul ucusu

Ancaq burada diqqət edilməli bir neçə məqam var. Əgər siz Baqajsız bilet növünü seçirsinizsə baqaja qəti şəkildə yük verə bilməzsiniz. Təyyarənin göyərtəsinə əl yükü kimi istisnalar xaric heçbir əl yükü apara bilməzsiniz. İstisnalar isə bunlardır:

Əlavə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

  • qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
  • portativ kompyuter (noutbuk)
  • gül dəstəsi
  • əl ağacı
  • çətir
  • kağızlar üçün qovluq
  • üst geyim
  • mobil telefon
  • fotoaparat
  • videokamera
  • portpleddə kostyum
  • Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi
  • hava gəmisinin salonunda və ya sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar
  • iki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.

Büdcə yəni baqajsız biletlərin qaytarılması vəya dəyişdirilməsi mümkün deyil. Standart yəni baqajlı biletlərin isə 50%-i qaytarılır vəya 50% ödəniş etməklə dəyişdirilir.

Bunlardan əlavə olaraq, yer seçimi etmək istəyirsinizsə ödəniş etməlisiniz. Birinci sırada və qəza çıxışının yanında komfortlu yerlər – 25 avro, Ön sıralarda prioritet yerlər – 15 avro. Qeyd edim ki, əgər pul ödəmək istəmirsinizsə yer seçimi etmirsiniz və sistem sizə qeydiyyat zamanı ixtiyari bir yer seçimi edir.

Bir digər məsələ, Buta Airways-dən bilet almısınızsa, uçuşa qeydiyyatı özünüz etməlisiniz. Qeydiyyat uçuşa 24 saat qalmış başlanır. Bu nə deməkdir? Yəni uçuşa 24 saat qalmış siz,  Buta Airways-in saytında Online Qeydiyyat səhifəsinə daxil olaraq, rezervasiya vəya bilet nömrəsini daxil edib vəya havalimanında quraşdırılmış xüsusi qeydiyyat köşklərində qeydiyyatdan keçməlisiniz 2 dəqiqə vaxtınızı alar uzağı. Bunu etməsəniz, hava limanında sizdən ödəniş tələb ediləcək. Baqajın isə qeydiyyatı uçuşa 60 dəqıqə qalmış bitir.

Aviaşirkətin tarifləri və əlavə xidmətlərlə bağlı məlumatı buradan əldə edə bilərsiniz.

Son olaraq onu da qeyd edim ki, Buta Airways yeni tikilmiş terminaldan yox, köhnə terminaldan uçur. :)

Buta Airways ilə bağlı qeydlərim bu qədər idi. Əlavə sualı olan varsa şərhlərdə qeyd edərsə bildiyim qədər cavablandıraram.

Hərkəsə uğurlu səyahətlər arzu edirəm )

Dərc edən

Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir