e-sosial-az

e-sosial internet portalı haqqında

Hörmətli istifadəçilər, bu səhifə şəxsi blog səhifəsidir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytı və elektron xidmətləri ilə heçbir rəsmi əlaqəsi yoxdur. Burada paylaşılan məlumatlar vətəndaşları məlumatlandırma xarakteri daşıyır. Ölkədəki məlum Covid 19 virusu səbəbi ilə işsiz vətəndaşların qeydiyyatdan keçməsi xəbərindən sonra şərhlərdə qeydiyyata alınma və s. ilə bağlı müraciətlər gəldiyi üçün bu açıqlamanı etməli oluram. Zəhmət olmasa qeydiyyat üçün buraya klikləyin.

Bu barədə digər faydalı linklər:

  1. VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
  2. İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır
  3. İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq?
“Məşğulluq altsistemi”nə qeydiyyat ilə bağlı isə aşağıdakı addımlar nəzərə alınmalıdır:
1. ƏƏSMN-nin www.e-sosial.az portalına daxil oluruq.
2. E-xidmətlər bölümünə daxil oluruq (komputerdən istifadə etməyiniz tövsiyə edilir)
3. Daha sonra “AsanLogin” vasitəsilə giriş edilməlidir. Asan login vasitəsilə giriş etmək üçün qeydiyyatdan keçməlisiniz. Qeydiyyat sadəcə şəxsiyyət vəsiqənizin FİN-i və adınıza qeydiyyatda olan mobil nömrə vasitəsilə həyata keçirilir.
4. Əgər adınıza mobil nömrə yoxdursa, bu zamam Sizin sistemə giriş üçün yalnız 2 seçiminiz var: 1. E-imza vasitəsi ilə, 2. Asanimza vasitəsi ilə giriş.
5. Giriş ettikdən sonra qarşınıza aidiyyatı üzrə “Məşğulluq altsistemi”nin interfeysı çıxır və “İş üçün müraciət” seçərək bütün məlumatlar doldurulur.
6. Məlumatları duldurduqdan sonra müraciətinizi təsdiqləməyi unutmayın.

İstər developer kimi olsun, istərsə də bir vətəndaş kimi daim çalışıram dövlət qurumları tərəfindən göstərilən elektron xidmətləri yoxlayım və istifadə edim. Əslində özüm də bu elektron xidmətlərin ərsəyə gəlməsində iştirak etdiyim üçün texnoloji tərəfləri də maraqlı olduğundan bəyəndiyim xidmətləri çalışıram blogda paylaşım.

Bu dəfə hədəfimdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan e-sosial internet portalıdır.  Bu portal hansı xidmətləri göstərir əvvəl öz paylaşımlarına nəzər salaq:

Portalın yaradılmasında məqsəd vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumlarına, internet resurslarına müraciətləri üzrə aparılan vahid reyestrdən vətəndaşlara növbəti xidmətləri təşkil etməkdir. Vətəndaşlar bu portal vasitəsilə nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlar barədə formalaşmış və saxlanılan məlumatlara çıxış imkanı əldə edə, nazirliyin aidiyyəti qurumlarına müraciət və sorğular göndərə, elektron xidmətlərdən real rejimdə yararlana bilər.

Anlayacağımız şəkildə, yəni daha aydın, qeyri rəsmi cümlələrlə izah etməyə çalışım. Bildiyiniz kimi rəsmi işləyən insanlara əmək kitabçası açılır və rəsmi vəzifəniz həmin əmək kitabçasına qeyd olunur. Daha sonra işdən çıxdıqda yenə əmək kitabçasında qeyd aparılır. İşlədiyiniz müddətdə maaşınızdan müəyyən vergi və pensiya xərcləri tutulur. Yəni siz pensiya yaşına çatdıqda aldığınız məvacibin qarşılığında sizin pensiya kapitalınız yaranmış olur. Nəticədə pensiyaya çıxdıqda nə qədər pensiya alacağınız bu kapital əsasında hesablanır.

Bu portalın ən çox bəyəndiyim xidməti də məs elə odur ki, bugünə qədər hansı qurumda (özəl şirkətlər də buna daxildir) hansı müddətdə və hansı məvaciblə işlədiyiniz rüblük olaraq qeyd edilib. Əlavə olaraq aldığınız gross maaş (yəni vergilər çıxılmadan olan məbləğ) göstərilməklə, maaşınızdan DSMF-yə hər ay hansı məbləğin köçürüldüyünü və ümumi yaranmış kapitalınızı rahatlıqla görə bilirsiniz. Aşağıda nümunələr paylaşacam ancaq ondan əvvəl portaldan istifadə etmək üçün nələr etməlisiniz qısaca bu mövzuya toxunmaq istəyirəm.

Deməli ilk öncə portala daxil olmaq üçün qeydiyyatdan keçməlisiniz vəya elektron imza / asan imza vasitəsi ilə sistemə daxil ola bilərsiniz. Əgər elektron / asan imzaya sahib deyilsinizsə o zaman qeydiyyat bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanınız, şəxsiyyət vəsiqənizin FİN-i və öz adınıza qeydiyyat olunmuş işlək mobil nömrəyə ehtiyac var. Çünki mobil nömrəyə təsdiq sms-i göndərilir və bu sms vasitəsi ilə sizin kimliyinizin həqiqiliyi təsdiq olunur.

Qeydiyyatdan keçdiyinizi və müvəffəqiyyətlə sistemə daxil olduğunuzu düşünərək davam edirəm. Portalda göstərilən xidmətlərin siyahısı aşağıdaki kimidir:

e sosial internet portalı göstərilən xidmətlər

Bu səhifədə mənim əsas göstərmək istədiyim Əmək bildirişi və Fərdi şəxsi hesabdır. Çünki hal hazırda məndə sadəcə bu bölmələrdə aktivlik olduğu üçün faydalana bilirəm. Əgər sizin məsələn, Avotomobil növbəniz, Mənzil növbəniz, Ünvanlı sosial yardımınız varsa həmin bölmələrdən də faydalana bilərsiniz.

Əmək bildirişi bölməsində hansı qurumda, hansı vəzifədə, hansı tarixdə işlədiyiniz və işdən hansı səbəblə hansı tarixdə çıxdığınız, müqavilə nömrəniz, iş saatları, iş rejimi kimi məlumatlar və əmək haqqınız qeyd olunub. Nümunə üçün aşağıdaki fotoya diqqət yetirə bilərsiniz:

Fərdi şəxsi hesab bölməsində isə illər üzrə, hansı qurumda işləmisinizsə, həmin qurumdan aybay aldığınız məvacibə, həmin məvacib müabilində hesablanan kapitala və ödənən kapitala baxa bilərsiniz. Qeyd edim ki, məlumatlar rüblük yükləndiyi üçün son məlumatlar tam olmaya bilər.

Bunlardan əlavə olaraq, səhifənin üst bölməsində çap et düyməsini sıxaraq Sosial Arayış çap edə bilərsiniz. Hansı ki, həmin arayışda yuxarıda bəhs etdiyim bütün məlumatlar açıq aydın öz əksini tapır. Nümunə üçün aşağıdaki fotonu böyüdərək incələyə bilərsiniz. Sosial arayış bir neçə səhifədən ibarət olduğu üçün sadəcə ilk səhifəsini paylaşıram:

Nəticə etibarı ilə düşünürəm yaxşı xidmətdir. Düzdür olmazsa olmaz bir xidmət deyil, bu xidmət olmasa da yaşamaq olur ancaq olması olmamasından yaxşıdır :) Xidmətdən istifadə üçün www.e-sosial.az saytında daxil ola bilərsiniz.

#dsmf , #e-sosial , #əmək bildirişi , #fərdi kapital , #fərdi şəxsi hesab

55 şərh yazılıb
  1. Huseyn

    salam menimde qayananami qeydiyata salardinizda

    12/05/2020 tarixində, saat 16:13

Şərh yazın..