ƏDV geri necə alınır?

Bildiyiniz kimi etdiyimiz alışverişlərdə ödədiyimiz məbləğlərin bir hissəsi ƏDV-dir. Yəni Əlavə Dəyər Vergisi.

Əlavə Dəyə Vergisi (ƏDV) nədir?

Əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür.

ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün ölkədə yeni portal yaradılıb istifadəyə verilib. Portalın nə işə yaradığını və necə istifadə edəbiləcəyinizi qısaca paylaşmaq istəyirəm. Portalın ünvanı edvgerial.az-dır.

Məbləğin neçə faizi geri qaytarılır?

Bu sualın cavabını nümunə verərək açıqlayım. Tutaq ki, marketdən 30.87 manatlıq alışveriş etmisiniz. Satış çekinizdə Toplam ƏDV xanasında 4.71 azn yazılıb. Yəni siz aldığınız məhsul üçün ödədiyiniz 30.87 manatın 4.17 manatı ƏDV-dir. Əgər siz bu ödənişi nəğd şəkildə etmisinizsə toplam ədv-nin 10%-i (0.47 manat) nağdsız ödəniş  (kartla) etmisinizsə o zaman toplam ədv-nin 15%-i (0.70 manat) balansınıza geri qaytarılacaq.

Portalda qeydiyyatdan keçdikdən sonra alışveriş etdiyiniz müəssisədə sizə verilən satış çekinin üzərindəki Fiskal İD-ni portala daxil edərək ədv-nin bir hissəsini geri ala bilərsiniz. Ancaq qeyd etmək lazımdır ki, Fiskal ID yalnız yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərindən etdiyiniz alışverişlər zamanı sizə verilən satış çekinin üzərində olur.

Aşağıdaki şəkildə fiskal id-ni və fiskal kodun edvgerial.az portalına daxil edilməsini görə bilərsiniz:

Nəzərinizdə olsun ki, alışverişdən 90 dəqiqə sonra fiskal id-ni daxil edə bilərsiniz. Fiskal id sistemə daxil edildikdən sonra 30 gün müddətində məbləğ sizin balansınıza oturur. Səbəb isə 30 gün müddətində sizin həmin çekdəki məhsulu vəya məhsulları geri qaytarmaq istəyəbiləcəyinizdir. Yəni siz malı alıb fiskal id-ni daxil etdikdən sonra malı qaytarsanız sistemdə təsdiq gözləyən məbləğ ləğv olunacaqdır.

Əlavə olaraq qeyd edim ki, satış çekinin üzərindəki “QR Code”-u Kapital Bankın Bir Bank mobil tətbiqi vəsitəsilə də oxudaraq portala əlavə etmək olur. Ancaq önəmli məqam odur ki, ilk dəfə bunu etdikdə sizdən qeydiyyat istəyəcək. Portal qeydiyyatdan keçərkən Bir Bank mobil tətbiqində istifadə etdiyiniz mobil nömrəni yazmalısınız. Əgər daha əvvəl edvgerial.az portalında qeydiyyatdan keçmisinizsə mobil nömrəni portalda yeniləyərək Bir Bank mobil tətbiqindəki nömrə ilə əvəzləməlisiniz.

Bəs balansdakı məbləği necə xərcələyə bilərəm?

Balansınızdakı məbləği edvgerial.az portalındakı sol menyudan Ödəniş vəya Köçürmə səhifələrinə keçərək istifadə edə bilərsiniz. Ödəniş səhifəsində balansdakı məbləğdən istifadə edərək müxtəlif ödənişlər etmə imkanı yaradılıb. Məsələn kommunal ödənişlər, mobil və s.

Köçürmə səhifəsi hal-hazırda (nəzərə alın ki bu yazı 05.03.2020 tarixində yazılıb) işlək deyil. Ancaq yəqin ki, yaxın vaxtlarda bu səhifədə məbləği kartınıza köçürmək kimi bir funksionallıq yaradılacaq.

Daha ətraflı məlumat üçün portalın FAQQanunvericilik səhifəsinə baxa bilərsiniz.

#ədv , #ədv geri al , #ədv geri qaytarılması , #ədv necə geri alınır

Şərh yazın..