elektron-hokumet-portali-yenilendi

Elektron Hökumət Portalı – e-gov.az yeniləndi!

5. 600 baxış  9 şərh  2015.10.09

Maraqla izlədiyim və istifadə etdiyim Elektron Hökumət Portalı veb səhifəsi yenilənib. Daha müsair, sadə və istifadəsi rahat bir görünümə sahib olduğunu düşünürəm. Portaldan çox istifadə edən biri kimi açığı köhnə dizayna öyrəşmişdim ancaq yenisi daha səliqəliqəli və sadə olduğu üçün tez öyrəşəcəyəm yəqin ki.

Bilməyənlər üçün onu da qeyd edim ki, Elektron hökumət portalından qeydiyyatdan keçərək vəya elektron imza kartı vasitəsilə daxil olaraq birçox əməliyyatı yerinə yetirə bilərsiniz. Məsələn, sadəcə elektron ərizəni dolduraraq evinizə yeni telefon xətti çəkilişi üçün sifariş verə bilər, mövcüd telefon nömrənizi addan ada keçirə bilər, yaşayış yerindən arayış , iş yerinə dair arayış , rabitə xidmətlərinə görə borcun olub olmaması haqqında arayış, şəxsiyyət vəsiqəsinin məlumatları üzrə arayış, diplom haqqında elektron arayış çap edə bilərsiniz. Təbii ki, bu sadaladıqlarım mövcud elektron xidmətlərinin çox az hissəsidir. Bunlardan başqa birçox xidmətlərdən faydalana bilərsiniz.

Daha ətraflı e-gov.az saytına daxil olaraq öyrənə bilərsiniz.

Yeni dizayn aşağıdaki kimidir:

Elektron Hokumet Portali

etiketlər: #elektron hökumət portalı
9 şərh yazılıb
  1. Mehemmed

    Yaxsı hek olmasa bu temanı nece bu cur gozel edibsen video ceke bilersen yeni temanı alandan sonraki deyisiklikler xais

    27/10/2015 tarixində, saat 14:42
  2. Mehemmed

    Day nese cox sagolun cvb versiyiviz ucun birde 15 yasim var baxdim siz deyen temaya 45 dollardi mene bu yasda kimdi almaga qoyan

    27/10/2015 tarixində, saat 06:14
    • Anar SAMADOV

      Lap yaxşı. Ancaq 15 yaşında olmağınız sizə haqq qazandırmır ki, kiminsə əmək verib satışa çıxardığı temanı pulsuz istifadə edəsiniz. İndidən vərdiş etsəniz ki, əməyə sayğı göstərmək lazımdır gələcəkdə sizin üçün daha yaxşı olar. Pulsuz temalardan istifadə edin vəya ən gözəli ehtiyac varsa özünüz tema düzəltməyi öyrənir. İnternettə kifayət qədər pulsuz təlimlər mövcuddur.

      27/10/2015 tarixində, saat 12:06
  3. Mehemmed

    Salam dostum sen bu temani mene vere bilersen xais edirem lazimli is var

    26/10/2015 tarixində, saat 16:35

Şərh yazın..

Blogda axtar

Tanışlar

reklam
reklam

reklam
reklam