Haqqımda

Blogun ən çətin səhifəsi haqqımda səhifəsidir yəqin ki. :) Bu səbəblə bir iki kəlmə bu mövzuda paylaşmaq istədim. Məktəbi birinciliklə bitirib, vaxtından əvvəl universitetə daxil olub universiteti də qırmızı diplomla bitirmişəm ya da yox universitetdən 2-ci kursda ikən qovulub aylarla qarajda yaşamışam və daha sonra ağlıma ideya gəlib və s. demək istəyərdim ama bu kimi şeylər olmayıb :)

Sadəcə 8-ci sinifdə tanış olduğum və həddindən çox həvəsim olduğunu anladığım bir sahədir informasiya texnologiyaları. 256 mb RAM, 40 GB HDD və onboard ekran kartı olan ilk kompüterimlə bir çox şey öyrənməyə çalışdım. Kompüteri aldıqdan 1 həftə sonra xarab etmiş (sistem fayllarını silmişəmmiş). Beləcə format üçün kompüteri Mingəçevirdən Bakıya gətirib sonra belə olmaz bu işi öyrənmək lazımdır deyib format diski xarab olana qədər dəfələrlə format etmiş və bunun kimi qarşıma çıxan problemləri araşdırıb öyrənməyə çalışmış, öyrəndikcə də bu sahəyə daha çox həvəslənmiş biriyəm.

Proqramlaşdırma dilləri ilə maraqlanıram. Veb proqramlaşdırma ilə məşğulam. Vaxtım olduqca bu və digər mövzularda blog yazıları yazmağa çalışıram. Əslində özüm üçün qeydlər aparıram sadəcə bu qeydləri istifadəçilərlə də bölüşmüş oluram.

Paylaşdığım mövzuları sosyal şəbəkələrdə paylaşaraq blog səhifəmdəki paylaşımları artırmaqda məni həvəsləndirə bilərsiniz ;)

Tələbəlik illərindən bugünə qədər davam etdirdiyim Türkçə (universiteti orada oxuduğum üçün) blog səhifəmi də incələyə bilərsiniz.