Bildiyiniz kimi günlük həyatımızda birçox əməliyyat zamanı iş yerindən arayışa ehtiyac duyulur. Hal-hazırda ən çox kredit əməliyyatları zamanı iş yerindən arayış tələb olunur. Ancaq, iş yerindən arayışın ən qısa zamanda və asan necə əldə ediləcəyini birçoxumuz bilmirik.
Bunun üçün Elektron Hökumət portalından istifadə edərək sürətli bir şəkildə iş yerindən arayış tələb edə bilər, həmin an arayışı elektron formada yükləyə bilərsiniz.
Arayışda birçox məlumatlar qeyd olunur. Məsələn əməq müqaviləsi üzrə aylıq məvacibiniz, əmək müqaviləsi müddəti, arayışın hara təqdim olunacağı, doğum tarixiniz, işlədiyiniz müəssisənin adı, vəzifəniz, şəxsiyyət vəsiqənizə aid məlumatlar və s.
Bunlardan əlavə olaraq arayışa istədiyiniz tarixlərdə keçərli olması üçün tarixi də siz qeyd edirsiniz.
Elektron arayışı əldə etmək üçün əvvəla Elektron Hökumət portalından qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək üçün Şəxsiyyət vəsiqəsinə mütləq ehiyac var. Şəxsiyyət vəsiqəsindən əlavə olaraq şəxsi məlumatlarınızı təsdiqləmək və güvənlik məqsədi ilə ən azı 3 sənədin məlumatlarını daxil etməlisiniz. Bu sənədlər Xarici Passport vəya Sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsidir.Bir də öz adınıza qeydiyyatda olan və hal hazırda işləyən mobil nömrə.
Qeydiyyatdan keçmək üçün video təlimatı izləyə bilərsiniz.
Bundan əlavə olaraq müəllimlər üçün sadələşdirilmiş qeydiyyat sistemindən də istifadə edə bilərsiniz. Müəllimlərin sistemə qeydiyyatı ilə əlaqədar təlimatı aşağıdaki videodan izləyə bilərsiniz.
Qeydiyyatdan keçdikdən sonra, əldə etdiyiniz istifadəçi adı və şifrə ilə portala daxil olduqdan sonra E-Xidmətlər siyasınından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərdən “İş yerinə dair arayış” bölməsini seçməlisiniz.
Qarşınızda aşağıdaki səhifə çıxacaq:
Buradan yeni arayış bölməsinə daxil olaraq iş yerinizi seçərək qarşınıza çıxan növbəti xanaları doldurmalısınız.
Nəticədə sizə iş yerinə dair arayış PDF formatında təqdim olunacaqdır.
Nümunə olaraq aşağıdaki arayışa baxa bilərsiniz (Şəxsi məlumatlar gizlədilmişdir):
Elektron arayışa üzərində möhürə ehtiyac yoxdur. Arayış üzərindəki “ştrix kodlar” möhürü əvəz edir.
Son olaraq onu da qeyd edim ki, elektron arayışlar hal-hazırda birçox müəssisədə qəbul edilməkdədir.
[…] bilər, mövcüd telefon nömrənizi addan ada keçirə bilər, yaşayış yerindən arayış , iş yerinə dair arayış , rabitə xidmətlərinə görə borcun olub olmaması haqqında arayış, şəxsiyyət […]
[…] izlədiyim “Elektron Hökumət” portalında yenilik olub. Daha 4 elektron arayış növü vətəndaşların istifadəsinə verilib. Və düşünürəm bunlar önəmli 4 arayış növüdür. […]
Cavabla
Irade
Mehkemeye vermek ucun iddiaci cavabdehin maashi haaqinda ala bilermi bu yolla arayishi maash haqqinda? Alimentin artirilmasi ucun lazimdir.
11/01/2020 tarixində, saat 00:11Cavabla
Qalib
Arayisi elektron qaydada tercume etmek mumkundurmu.?
30/11/2019 tarixində, saat 17:07Cavabla
Anar SAMADOV
ASAN xidmətin saytında mümkündür. Ancaq elektron senedi tərcümə etdirdikdən sonra tanınır mı bilmirəm
01/12/2019 tarixində, saat 14:59Cavabla
Naz
Bu arayishi ing diline cevirib tesdiqletmek mumkundur mu?Sefirliye verilmesi ucun
04/10/2017 tarixində, saat 15:21