is-yerine-dair-arayis-numune

İş yerindən arayış almağın ən asan yolu!

24. 995 baxış  3 şərh  2015.04.03

Bildiyiniz kimi günlük həyatımızda birçox əməliyyat zamanı iş yerindən arayışa ehtiyac duyulur. Hal-hazırda ən çox kredit əməliyyatları zamanı iş yerindən arayış tələb olunur. Ancaq, iş yerindən arayışın ən qısa zamanda və asan necə əldə ediləcəyini birçoxumuz bilmirik.

Bunun üçün Elektron Hökumət portalından istifadə edərək sürətli bir şəkildə iş yerindən arayış tələb edə bilər, həmin an arayışı elektron formada yükləyə bilərsiniz.

Arayışda birçox məlumatlar qeyd olunur. Məsələn əməq müqaviləsi üzrə aylıq məvacibiniz, əmək müqaviləsi müddəti, arayışın hara təqdim olunacağı, doğum tarixiniz, işlədiyiniz müəssisənin adı, vəzifəniz, şəxsiyyət vəsiqənizə aid məlumatlar və s.

Bunlardan əlavə olaraq arayışa istədiyiniz tarixlərdə keçərli olması üçün tarixi də siz qeyd edirsiniz.

Elektron arayışı necə əldə edə bilərəm?

Elektron arayışı əldə etmək üçün əvvəla Elektron Hökumət portalından qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək üçün  Şəxsiyyət vəsiqəsinə mütləq ehiyac var. Şəxsiyyət vəsiqəsindən əlavə olaraq şəxsi məlumatlarınızı təsdiqləmək və güvənlik məqsədi ilə ən azı 3 sənədin məlumatlarını daxil etməlisiniz. Bu sənədlər Xarici Passport vəya Sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsidir.Bir də öz adınıza qeydiyyatda olan və hal hazırda işləyən mobil nömrə.

Qeydiyyatdan keçmək üçün video təlimatı izləyə bilərsiniz.

Bundan əlavə olaraq müəllimlər üçün sadələşdirilmiş qeydiyyat sistemindən də istifadə edə bilərsiniz. Müəllimlərin sistemə qeydiyyatı ilə əlaqədar təlimatı aşağıdaki videodan izləyə bilərsiniz.

Elektron Hökumət portalından elektron arayışı necə əldə edə bilərəm?

Qeydiyyatdan keçdikdən sonra, əldə etdiyiniz istifadəçi adı və şifrə ilə portala daxil olduqdan sonra E-Xidmətlər siyasınından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərdən “İş yerinə dair arayış” bölməsini seçməlisiniz.

Qarşınızda aşağıdaki səhifə çıxacaq:

is-yerine-dair-arayis
Buradan yeni arayış bölməsinə daxil olaraq iş yerinizi seçərək qarşınıza çıxan növbəti xanaları doldurmalısınız.

is-yerine-dair-arayisin-tesdiqlenmesi

Nəticədə sizə iş yerinə dair arayış PDF formatında təqdim olunacaqdır.

Nümunə olaraq aşağıdaki arayışa baxa bilərsiniz (Şəxsi məlumatlar gizlədilmişdir):

is-yerine-dair-arayis-numune

Elektron arayışa üzərində möhürə ehtiyac yoxdur. Arayış üzərindəki “ştrix kodlar” möhürü əvəz edir.

Son olaraq onu da qeyd edim ki, elektron arayışlar hal-hazırda birçox müəssisədə qəbul edilməkdədir.

etiketlər: #arayış , #aylıq məvacib haqqında arayış , #elektron arayış , #iş yerindən arayış
3 şərh yazılıb
  1. Elektron Hökumət Portalı – egov.az yeniləndi!

    […] bilər, mövcüd telefon nömrənizi addan ada keçirə bilər, yaşayış yerindən arayış , iş yerinə dair arayış , rabitə xidmətlərinə görə borcun olub olmaması haqqında arayış, şəxsiyyət […]

    09/10/2015 tarixində, saat 00:37
  2. Daha 4 elektron arayış növü istifadəyə verilib.

    […] izlədiyim “Elektron Hökumət” portalında yenilik olub. Daha 4 elektron arayış növü vətəndaşların istifadəsinə verilib. Və düşünürəm bunlar önəmli 4 arayış növüdür. […]

    15/04/2015 tarixində, saat 17:42
  1. Naz

    Bu arayishi ing diline cevirib tesdiqletmek mumkundur mu?Sefirliye verilmesi ucun

    04/10/2017 tarixində, saat 15:21

Şərh yazın..

Blogda axtar

Tanışlar

reklam
reklam

reklam
reklam