cyrillic to latin

Kiril əlifbası ilə yazılan mətni Latın əlifbasına çevirmək

18. 335 baxış  16 şərh  2016.02.17

Azərbaycan dilində hazırladığım ilk video dərslik olduğu üçün səhvlər ola bilər üzrlü hesab edin. Başlıqdan da göründüyü kimi mövzu kiril əlifbası ilə yazılan mətnlərin latın əlifbasına çevirilməsidir.

Gördüyüm şahid olduğum qədəri ilə dövlət qurumlarının əksəriyyətində hal-hazırda kiril əlifbası ilə mətnlər yazılır və A1 Lat, A3 Arial AzLat şriftləri ilə latın əlifbası kimi göstərilib çap etdirilir. Yəni əslində bir problem yoxdur. Kiril (klaviaturadaki rus şriftləri ilə) əlifbası ilə yazırsınız və latın əlifbası ilə görüntüləyirsiniz. Ancaq diqqət etdikdə görmək olar ki, şriftlər çox bərbad formada görünür. Bundan başqa həmin sənədi latın hərfləri ilə yazan birinə göndərdikdə əziyyət çəkir. Bir-bir həmin hərfləri latın hərflərinə çevirməli olur. Elə bu əməliyyatda çətinlik olmaması üçün aşağıdaki videonu paylaşmaq istədim. Latin.az saytında paylaşılan convert.bas faylını istifadə edərək çox asanlıqla kirilcə tərtib edilmiş mətni, birdəfəlik latın əlibası hərflərinə çevirərək istifadə edə bilərsiniz.

 

etiketlər: #cyrillic to latin , #kiril əlifbası , #kirilcəni latıncaya çevirmək , #latın əlifbası
16 şərh yazılıb
  1. Yeganə

    Çox çox sağolun Allah razı olsun

    28/08/2018 tarixində, saat 18:18
  2. İrade

    Çox minnətdaram. var olun. probel yerinə hamsı – düşdü. ama o düzələndir. təşəkkür. əməyinizi halal edin

    27/08/2018 tarixində, saat 23:57
  3. Mirac AN

    Çox işimə yaradı təşəkkür edirəm

    20/05/2018 tarixində, saat 12:50
  4. Sexavet

    cox gozel qardaw minnetdaram.ela iw cixarmisiz..ama bu misalcun 9-ju yazir 9-cu yerine…o da xirda sehvlerdi,bele super …UGURLAR

    04/01/2018 tarixində, saat 15:03
  5. Feride

    çox sağ olun çox yardımçı oldu mənə təşəkkürlər

    30/12/2017 tarixində, saat 10:47
  6. C

    Mende cevrilmir deyirki makroslar sonuludur

    07/12/2017 tarixində, saat 09:20
  7. lamia

    Coox saqolun. cox komek oldu mene, tesekkurler size

    23/08/2017 tarixində, saat 00:03
  8. Vəfa

    Salam. Mən bu faylları yükləyirəm amma burda alınmır hərflərin hamısı dəyişmir. Bəlkə kömək edəsiniz? heç kim mənim komputerimdə bunu düzəldə bilmir. nə edim?yardım lazımdı. zəhmət olmasa

    16/11/2016 tarixində, saat 14:45

Şərh yazın..

Blogda axtar

Tanışlar

reklam
reklam

reklam
reklam