cyrillic to latin

Kiril əlifbası ilə yazılan mətni Latın əlifbasına çevirmək

23. 711 baxış  17 şərh  2016.02.17

Azərbaycan dilində hazırladığım ilk video dərslik olduğu üçün səhvlər ola bilər üzrlü hesab edin. Başlıqdan da göründüyü kimi mövzu kiril əlifbası ilə yazılan mətnlərin latın əlifbasına çevirilməsidir.

Gördüyüm şahid olduğum qədəri ilə dövlət qurumlarının əksəriyyətində hal-hazırda kiril əlifbası ilə mətnlər yazılır və A1 Lat, A3 Arial AzLat şriftləri ilə latın əlifbası kimi göstərilib çap etdirilir. Yəni əslində bir problem yoxdur. Kiril (klaviaturadaki rus şriftləri ilə) əlifbası ilə yazırsınız və latın əlifbası ilə görüntüləyirsiniz. Ancaq diqqət etdikdə görmək olar ki, şriftlər çox bərbad formada görünür. Bundan başqa həmin sənədi latın hərfləri ilə yazan birinə göndərdikdə əziyyət çəkir. Bir-bir həmin hərfləri latın hərflərinə çevirməli olur. Elə bu əməliyyatda çətinlik olmaması üçün aşağıdaki videonu paylaşmaq istədim. Latin.az saytında paylaşılan convert.bas faylını istifadə edərək çox asanlıqla kirilcə tərtib edilmiş mətni, birdəfəlik latın əlibası hərflərinə çevirərək istifadə edə bilərsiniz.

 

etiketlər: #cyrillic to latin , #kiril əlifbası , #kirilcəni latıncaya çevirmək , #latın əlifbası
17 şərh yazılıb
  1. Tahir

    Təşəkkür edirəm, işimə yaradı.

    27/09/2019 tarixində, saat 10:23
  2. Sero

    Təşəkkürlər, minnətdaram. Vacib bir işi tez həll etdim.

    07/11/2018 tarixində, saat 11:29
  3. Adnan

    Anar bəy video üçün təşəkürrlər. Amma bir məsələ var ki sizin yazdlğınız mətn Kiril əlifbası ilə yox, məhz Rus dilində idi. Yəni Azərbaycan hərfləri olan ÜƏÖ yox idi orada. Azərbaycan kirili ilə yazanda bu makros işləmir. Zəhmət olmazsa aydınlıq gətirə bilərsiniz bu məsələyə?

    21/10/2018 tarixində, saat 08:44
    • Anar SAMADOV

      Təşəkkürlər şərhiniz üçün. Açığı bu paylaşım dövlət strukturlarında işləyənlər üçün nəzərdə tutulmuşdu. Hal-hazırda birçox dövlət strukturlarında hələ də rus klaviaturası ilə yazırlar. Məhz bu səbəblə rus hərfləri ilə test etmişəm videoda. Qaldı ki macrosun hansını baz alaraq hazırlandığına təəssüf ki, macros tərəfimdən hazırlanmayıb.

      21/10/2018 tarixində, saat 15:56
  4. elcin

    power point elemek olmur ama

    30/09/2018 tarixində, saat 14:56

Şərh yazın..

Blogda axtar

Tanışlar

reklam
reklam

reklam
reklam