Hər il çalışıb mümkün olduğunca bütün imtahanlara girən biri olaraq magistratura imtahanına girməyinizi tövsiyyə edirəm. Düzdür magistratura imtahanına hər il girirəm ancaq çox güclü (!) hazırlaşdığıma görə həmişə pulluya qəbul oluram :)
Hər halda oturub hazırlaşmaq lazımdır. İşləyərək imtahana hazırlaşmaq üçün vaxt ayırmaq çətindir amma işləməyənlər üçün fikrimcə hazırlaşmaq olar. Hər gün bir neçə test həll etmək belə kifayət edir deyə düşünürəm. Uzun sözün qısası boş vaxtınız olanda imtahanlara girin sadəcə biliklərinizi təkrar etmək üçün belə yaxşıdır imtahana girmək. :)
Bu ilki magistratura imtahanının 1-ci mərhələsi üçün ərizə qəbulu 10 tarixindən 19 fevral tarixinə qədər davam edəcək.
Bu ilki plan-qrafik aşağıdaki kimidir:
Tədbir | Tarix (2016) |
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: | |
– ərizə qəbulu | 10- 19 fevral |
– QƏBUL İMTAHANI – 1-ci mərhələ | 06 mart |
– jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qeydiyyatı | 11-20 aprel |
– jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı | 26-29 aprel |
– proqram seçimi | 03- 10 may |
– QƏBUL İMTAHANI – 2-ci mərhələ | 05 iyun |
– AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların
qeydiyyatı |
9-12 iyun |
– AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların
müsahibəsi |
13, 14, 16, 17 iyun |
– ixtisaslaşma seçimi | 09-19 iyun |
– bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı | 29 iyun – 11 iyul |
– boş qalan yerlərə ixtisaslaşma seçimi | 08- 14 avqust |
– boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı | 16-25 avqust |
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
|
|
– ərizə qəbulu | 01- 10 mart |
– QƏBUL İMTAHANI 1-ci mərhələ | 03 aprel |
– QƏBUL İMTAHANI 2-ci mərhələ | 29 iyul |
– ixtisaslaşma seçimi | 01 -07 avqust |
– namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı | 09-15 avqust |
– boş qalan yerlərə ixtisaslaşma seçimi | 19-22 avqust |
– boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı | 24-25 avqust |
Qaynaq: TQDK
Şərh yazın..