Opera ilə pulsuz VPN

7. 098 baxış  1 şərh  2016.11.08

Əvvələ VPN nədir sualına cavab tapaq. VPN (Virtual private Network) — iki kompüter arasında məlumatları virtual tunnel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycanca Virtual özəl şəbəkələr deməktir.

VPN bağlantısı üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir.

Opera yeni versiyasında (hansı ki hazırda BETA versiyadadır) daxili pulsuz VPN təqdim edib. Yəni əlavə heçbir program yükləmədən və əlavə ödəniş etmədən sadəcə Opera browser yükləyərək VPN dən istifadə edə bilərsiniz.

Əvvəla buradan Opera Beta versiyanı yükləməlisiniz.

Brauzeri yüklədikdən sonra Menu > Settings bölməsinə daxil olaraq VPN servisini aktivləşdirməlisiniz.

opera-vpn

Daha sonra brauzerde adres çubuğunun sol tərəfində mavi rəngə VPN yazısını görəcəksiniz. Bu bölmədə Virtual Location hissəsində bir neçə ölkə qeyd edilib. Həmin ölkələrdən birini seçərək VPN xidmətindən asanlıqla istifadə edə bilərsiniz. Hər hansı ölkə seçməsəniz avtomatik olarak adətən Hollandiya üzərindən VPN servis aktiv olur.

opera-vpn-2

etiketlər: #opera beta , #opera vpn , #vpn service
1 şərh yazılıb
  1. Elmira

    salam bu vpn nə üçündür,niyə fərqli ölkə seçilir? wi-fi olmayan yerdə istifadə etmək olurmu?

    12/12/2016 tarixində, saat 22:56

Şərh yazın..

Blogda axtar

Tanışlar

reklam
reklam

reklam
reklam