Su sərfiyyatı məlumatlarının əldə edilməsi

Hazır su mövzusu aktuallaşmışkən dedim nə qədər Azərsu-dan zəhləm getsə də hazırladıqları e-su.az portalını paylaşım məlumatınız olsun.

Birçoxu su sərfiyyatı barədə hesablamalar edir hazır. Ayda vəya ildə nə qədər su işlədirsiniz və bugünə qədər sərf etdiyiniz suya nə qədər pul ödəmisiniz əgər bunlar maraqlıdırsa e-su.az saytına daxil olaraq sadaladığım məlumatları əldə edə bilərsiniz. Qeyd edim ki, sistemə daxil olmaq üçün mygov.az saytından asan login qeydiyyatından keçməlisiniz.

Sistemdən bəzi görüntüləri paylaşıram:

Birinci fotoda son ödəniş, bildiriş və elektron müraciətin sayı eləcə də son 12 ay üzrə ödənişlərin cəmi və sərfiyyat barədə məlumatları əldə edə bilərsiniz.

İkinci fotoda isə son 5 ildəki ödənişlər və sərfiyyat barədə məlumatları əldə edə bilərsiniz.

Bunlardan əlavə olaraq sistemdə

  • “Əhali qrupu üzrə istehlakçılara su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və odəniş məlumatlarının verilməsi” haqqında
  • “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi xidməti barədə

elektron arayışlar əldə edə bilərsiniz.

Su həyatdır, gəlin israf etməyək ))

#azərsu , #su sərfiyyatı , #suyun qiyməti

Şərh yazın..